02 okt 20:48aktual

AFFA rəsmisi bu gün Ozancanla əlaqə saxlayacaq

AFFA rəsmisi bu gün Ozancanla əlaqə saxlayacaq
Riad Rəfiyev: “Orkun Kökcü heç vaxt maraq dairəmizdə olmayıb”
U-21-in üzvü Ozancan Kökcünün Azərbaycan millisindən imtina etdiyini ötən sayımızda xəbər vermişdik. Hollandiyada futbolun sirlərini öyrənən, bu yay “Bursaspor”la 4 illiyə anlaşan “milliləşdirilmiş” yarımmüdafiəçi qərarını “instaqram” səhifəsində bölüşüb. Ozancanın xüsusilə “düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı. Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orda oynayan oyunçulara haqsızlıq etdiyimi düşünərək Azərbaycan millisindən icazəmi istəyirəm” fikirləri futbol ictimaiyyəti arasında maraqla qarşılanıb.
Görünür, kimlərinsə marağı naminə “milliləşdirilmiş” yarımmüdafiəçi ya Azərbaycan yığmasında gələcək üçün heç bir perspektiv görmədiyindən belə qərar verib, ya da... Ya da Kökcü dilinin bəlasına düşüb və U-21-ə müvəqqəti də olsa, baş məşqçi təyin olunan Samir Ələkbərov onu qarşıdakı matçlara dəvət etməyib. Çünki “Bursaspor”un üzvü məhz heyət açıqlanandan, adını düşərgəyə dəvət olunanlar arasında görmədikdən sonra millidən ayrıldığını bəyan edib.
Hollandiyada böyüyüb boya-başa çatan, Azərbaycan millisinin formasını geyən qürbətçi türk Şimali İrlandiya ilə oyundan sonra mətbuata açıqlamasında Azərbaycana heç bir bağlılığının olmadığını bildirmişdi. Bununla da o özü də bilmədən AFFA-nın fırıldağının üstünü açımış, “yığmaya cəlb olunan əcnəbilərin hər birinin ölkəmizlə bağlılığı var” söyləyən assosiasiya rəsmilərinin yalanını ifşa etmişdi. Azərbaycanda isə belə səhvlər bağışlanılmır və artıq-əskik danışanların başı cəllad kötüyünün üstünə gedir.
Futbolçunun məlum qərarına AFFA-nın seleksiya üzrə baş əlaqələndiricisi Riad Rəfiyevin də münasibətini öyrənməyi lazım bildik. AFFA rəsmisi Kökcünün qərarına belə reaksiya verdi: “Açığı, Ozancan Kökcünün Azərbaycan millisindən imtina etməsi ilə bağlı AFFA-ya heç bir rəsmi müraciət daxil olmayıb. Sabah (bu gün) futbolçunun özü və ailəsi ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirəcəyik. Məhz bundan sonra mətbuata rəsmi açıqlama veriləcək”.
Bir müddət öncə Hollandiya mətbuatına açıqlama verən Ozancanın kiçik qardaşı Orkun Kökcü də Azərbaycan millisinin şərəfini qoruyacağını istisna etməmişdi. “Feyenoord”un şərəfini qoruyan 17 yaşlı gənc yaxın vaxtlarda qərarını açıqlayacağını da vurğulamışdı. Bəs görəsən, qardaşının imtinasından sonra onun aqibəti necə olacaq? Riad bəy məsələ ilə bağlı bunları söylədi: “Orkunun Azərbaycan yığmasının şərəfini qoruyacağı yalan məlumatdı. Gənc futbolçu mətbuata açıqlamasında belə variantın olduğunu bildirsə də, AFFA ona heç bir təklif göndərməyib. Odu ki, qardaşının hansı qərar verməsindən asılı olmayaraq, Orkun Kökcü heç vaxt bizim maraq dairəmizdə olmayıb”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar