01 okt 21:10aktual

Yığmamız İspaniya və Fransaya rəqib oldu

Yığmamız İspaniya və Fransaya rəqib oldu
Alesio: "Çətin qrupa düşmüşük"
Dünən Sloveniyanın paytaxtı Lyublyanada futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Püşk nəticəsində qitənin ən güclü 12 komandası 4 qrupa bölünüb. 2018-ci il yanvarın 30-dan fevralın 10-dək keçiriləcək yarışın meydan sahibi olan Sloveniya avtomatik olaraq, A qrupuna daxil edilib. Ardıcıl 5-ci dəfə final mərhələsində iştirak edəcək millimiz isə sonuncu - D qrupuna düşüb. Püşkə 2-ci səbətdən qatılan yığma son çempion İspaniya və pley-offda Xirvatiyanı üstələyən Fransa ilə eyni qrupa düşüb.
A qrupu
Sloveniya
İtaliya
Serbiya
B qrupu
Rusiya
Qazaxıstan
Polşa
C qrupu
Portuqaliya
Ukrayna
Rumıniya
D qrupu
İspaniya
Azərbaycan
Fransa
AÇ-2018-in final mərhələsinin təqvimi də bəllidi. İlk turda istirahət edəcək millimiz fevralın 2-də qrupun sonuncu səbətdən gələn komandası - Fransa ilə görüşəcək. Ayın 4-də isə yeddiqat Avropa çempionu İspaniya ilə matç baş tutacaq.
Final mərhələsinin təqvimi
Qrup mərhələsi
1-ci tur
30 yanvar
Sloveniya – Serbiya
Rusiya – Polşa
31 yanvar
Portuqaliya – Rumıniya
İspaniya – Fransa
2-ci tur
1 fevral
Serbiya – İtaliya
Polşa – Qazaxıstan
2 fevral
Rumıniya – Ukrayna
Fransa – Azərbaycan
3-cü tur
3 fevral
İtaliya – Sloveniya
Qazaxıstan – Rusiya
4 fevral
Ukrayna – Portuqaliya
Azərbaycan – İspaniya
Qeyd edək ki, final mərhələsinin oyunları Lyublyanadakı “Stojitse Arena”da baş tutacaq.
Yığmanın baş məşqçisi Joze Alesio da Silva rəqiblərlə bağlı danışıb. Braziliyalı mütəxəssis qrupdan çıxacaqları halda daha uzun yol qət edəcəklərinə inamını ifadə edib: “İspaniya haqda geniş danışmağa ehtiyac yoxdu. Bu komanda təkcə Avropada yox, dünyada sayılıb-seçilən millilərdəndi. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı pley-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək.
Qeyd edim ki, İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik.
Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.
Millinin kapitanı Rizvan Fərzəliyev də püşkün nəticəsini Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə dəyərləndirib: “Düzdü, İspaniya çətin rəqibdi, amma Azərbaycan də asan yeniləcək komanda deyil. Artıq 5-ci dəfədi ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. Deməli, kifayət qədər təcrübəmiz var. Oyunlara qədər qalan vaxtı düzgün dəyərləndirməli, ciddi hazırlaşmalıyıq. Mübarizəni qrup mərhələsi ilə məhdudlaşdırmaq haqda düşünmürük.
Razıyam, bu gün İspaniya dünyada ən güclü yığmalardan biridi. Sonuncu dünya çempionatında büdrəsələr də, zəif rəqib deyillər. İndi qrupumuzun favoriti onlar hesab edilir, amma biz sona qədər mübarizə aparacağıq. Fransaya gəlincə, onlar ilk mərhələdən bura qədər uzun yol qət ediblər. Üstəlik, pley-offda Xorvatiya kimi komandanı yarışdan kənarlaşdırıblar. Halbuki onlar da son illərdə final mərhələsinin iştirakçıları sırasında görməyə alışdığımız rəqiblərdəndi. Deməli, Fransa hazırda yüksəlişdədi. Bir faktı da vurğulayım ki, yığmamıza indi bütün komandalar hörmətlə yanaşır. Bu da əbəs yerə deyil. Dünya çempionatında nümayiş etdirdiyimiz oyunlar, eləcə də ardıcıl Avropa çempionatının final mərhələsində iştirakımız və qazandığımız nəticələr onları buna vadar edir”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar