01 okt 20:32aktual

“Qarabağ”ın azarkeşləri Zabit Səmədov seçimiylə razılaşmır

“Qarabağ”ın azarkeşləri Zabit Səmədov seçimiylə razılaşmır
Fanklublar Aqil Abbasla Elnur Zeynalovu namizəd göstərdi
Bildiyiniz kimi, UEFA Çempionlar Liqasında çıxış edən komandaların ulduz fanatlarının siyahısını tərtib edib. Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ”ın da məşhur fanatının adı həmin siyahıda yer alıb. Bu, ölkəmizin ən güclü kikboksçularından biri olan Zabit Səmədovdu. O, hələ qrup mərhələsindən əvvəl klubu şəxsi "instaqram"ında bu sözlərlə dəstəkləyib: "Biz sizin üçün dua edəcəyik, uşaqlar. Sən mənim qəhrəmanımsan. Allah səninlədi. Sən ən güclüsən".
Lakin UEFA “Qarabağ”ın ulduz azarkeşi ilə bağlı bir yanlışlığa yol vermişdi. Qitənin ali futbol qurumu əvvəlcə tanınmış aktyor, şoumen Bəhram Bağırzadəni Ağdam klubunun ulduz azarkeşi seçmişdi. Hansı ki, Bağırzadə qatı “Neftçi” fanatıdı və bir müddət bu klubun Müşahidə Şurasının üzvü olub, sonradan isə istefa verib. Bağırzadənin həmin siyahıda yer alması olduqca böyük ajiotaja səbəb olmuşdu. Sosial şəbəkələrdə bu mövzu bir neçə gün trend olaraq qaldı. Lakin özü bu haqda açıqlama verdi, sonra da UEFA siyahıda dəyişiklik etdi.
Bağırzadə “Qarabağ”ın azarkeşi olmadığı kimi, Zabiti də “köhlən atlar”ın fanatı hesab etmək absurddu. Bəlkə də Səmədov vur-tut iki-üç dəfə “Qarabağ”ın oyununu stadionda izləyib, ya yox. Bəs hansı əsasla kikboksçu klubun ən məşhur azarkeşi hesab olunur? “Qarabağ”ın kifayət qədər yaxşı azarkeş ordusu, fanklubları var. Bəs onlar bu mövzuya necə münasibət bildirirlər? Görəsən, Zabitin belə ad alması onları sevindiribmi? Suallara cavab tapmaq üçün klubun azarkeş qrupları ilə əlaqə saxladıq.
Elnur Quliyev, “İmarət”in rəhbəri: “Həm Bəhram Bağırzadənin, həm də Zabit Səmədovun adı açıqlananda özümüz də təəccübləndik. UEFA-nın məlum siyahısı bəlli olandan sonra bu adamların “Qarabağ” azarkeşi olduğunu bildik. Sözsüz ki, məsələ həmin adamların komandanı stadionda dəstəklməsindən getmir. Ola bilər ki, Səmədovun vaxtı olmur, vaxtının çox hissəsini vətəndən uzaqda keçirir. Amma indiyə kimi onun “Qarabağ”ı dəstəkləməsi ilə bağlı hansısa açıqlamasını, müsahibəsini oxumamışıq. Uğur çox olanda, onun araxasınca düşənlər, dəstəkləyənlər də çox olur. İndi yalnız məşhurlar yox, hamı “Qarabağ”ı dəstəkləyir, oyunlarına gəlməyə çalışır. Ola bilsin ki, Zabit Səmədov da onlardan biridi. Lakin onları tam olaraq bu komandanın azarkeşi saymaq doğru deyil. “İmarət” azarkeş qrupunun bununla bağlı öz mövqeyi var. Həqiqi qərar vermək istəyirlərsə, bizə görə komandamızın ən məşhur azarkeşi görkəmli xanəndəmiz Elnur Zeynalovdu. Hansı ki, həm çempionat, həm də avrokubok oyunlarında stadionda olur, “Qarabağ”ı dəstəkləyir. O, çox vaxt azarkeş qruplarının yanında əyləşir. Futboldan zövq alan insandı. O, həqiqətən uzun müddətdi ki, “Qarabağ” azarkeşidi”.
Ramiz Bayramov "Boys Qarabağ"ın rəhbəri: “Hər iki şəxsin adı açıqlananda mənim üçün də gözlənilməz oldu. Azarkeş qrupumuzun fikri odu ki, “Qarabağ”ın ulduz azarkeşi öz şəxsi hesabına səfər oyunlarına gedən, ev matçlarını stadiondan izləyən biri olmalıdı. Hansısa məşhur komandamızla öz hesabına Londona getmişdisə, növbəti oyunlarda Romaya və Madridə gedəcəksə, o adam da seçilməlidi. Belə daha doğru və gözəl olar. Klub üçün həqiqətən əziyyət çəkən adam seçilməlidi. Səhv etmirəmsə, Zabit Səmədov bir neçə dəfə “Qarabağ”ın avrokubok oyunlarını stadiondan izləyib. Vaxtilə bununla bağlı xəbərlər yayılmışdı. Düzdü, bir çoxları son uğurlardan sonra “Qarabağ” azarkeşi olub. Zabit Səmədov haqda bu iddia ilə danışa bilmərəm. Amma Bəhram Bağırzadə həqiqətən belədi. Daha doğrusu, o nə “Neftçi” azarkeşidi, nə də “Qarabağ”. O, sadəcə, Azərbaycan təmsilçilərinin fanatıdı. Azərbaycan klubları xarici arenada çıxış edərsə, onlara azarkeşlik edir. Adicə bizim azarkeş qrupu hər zaman “Qəbələ”, “İnter” və “Zirə”ni avrokubok matçlarında dəstəkləyib. Çünki bizim təmsilçimizdi. Bunu Azərbaycan naminə edirik. Söhbət “Qarabağ”a görə məşhur olan adamlardan getmir. Söhbət məşhur olub, bu komandaya azarkeşlik etməkdən gedir. Adı çəkilən şəxslər digərlərindən məşhurdu. Bu gün Bəhram Bağırzadə haqda 5 yaşlı uşağa da danışsan, onu tanyır. “Qarabağ”a azarkeşlik edən xeyli məşhur var. Amma nədənsə, onlar bununla tanınmırlar, mətbuatda üzdə deyillər. Yəni konkret hansısa namizədin adını çəkə bilmərik”.
Elvin Süleymanov, “Qarabağ ordusu”nun rəhbəri: “Bəhram Bağırzadə ilə məsələ aydındı. Hamı bilir ki, o futbolu sevir. Bəlkə də ölkədə ən məşhur futbol azarkeşidi. Bunu danmaq olmaz. Amma o, “Qarabağ” fanatı deyil. Sırf Azərbaycan futbolunun tərəfdarıdı. Düzdü, Bağırzadə “Qarabağ”ın oyunlarına gedir, əziyyət çəkir. Amma reallığı unutmaq olmaz. Zabit Səmədovu dəfələrlə “Qarabağ”ın oyunlarında görmüşəm. Amma onun da sırf bu klubun azarkeşi olduğunu deyə bilmərəm. Yəni müəmmalıdı. Elə adamlar var ki, yağışda, qarda gəlib kluba dəstək verir. Həmin insanlar bu cür xəbərlərdən incik düşürlər. Məsələn, “Qarabağ”ın “ən gözəl” azarkeşi adlı xəbər yazırlar. Bu, doğru deyil. Bu nominasiyanı kim verir? İndi hansısa məşhurun “Qarabağ”ın azarkeşi olub-olmadığından söhbət gedir. Bir reallıq var ki, indi nəinki məşhurlar, demək olar, hamı son uğurlardan sonra bu komandaya azarkeşlik edir. İndi öz fikrimi söyləməkdə tərəddüd edirəm. Amma Aqil Abbas həqiqətən də “Qarabağ” azarkeşidi. Onu hər dəfə stadionda görürəm. Kifayət qədər də məşhur insandı. Təsəvvür edin, komandamız Quzanlıda oynayanda, Aqil müəllim orda idi. O, Naxçıvanda “Qəbələ” ilə ölkə kubokunun finalını da izləmişdi. O seçilsəydi, daha məntiqli olardı”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar