01 okt 14:17aktual

“Qarabağ”ın oyunu: məqamlar üzərində gəzişmə

“Qarabağ”ın oyunu: məqamlar üzərində gəzişmə
Nurlan İbrahimov: “UEFA nümayəndəsi bildirdi ki, burda futbola aid olmayan yazı var”
Srağagün Bakı Olimpiya Stadionunda (BOS) ölkəmiz üçün rekord azarkeş sayı qeydə alındı. Təbii, hansısa oyunu 60 mindən çox azarkeş izləyirsə, təşkilatçılığa toxunmamaq olmaz. Odu ki, bəzi məqamlara bir daha nəzər saldıq, aidiyyatı qurumlarla əlaqə saxladıq.
21165 nəfər aparıb, 22640 nəfər qaytarıblar
Məlum olduğu kimi, xüsusi ayrılmış avtobuslar “Gənclik” və “Qara Qarayev” metrostansiyalarından azarkeşləri Olimpiya stadionuna daşımaq üçün ayrılmışdı. Onlar matç başa çatandan sonra əks istiqamətdə işlərini davam etdirəcəkdi. Ancaq deyəsən, avtobusların işi heç də hər kəsi qane etməyib. Bu haqda Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevlə danışmaq qərarına gəldik. Mais bəy qurumun saytında tezliklə məlumat yerləşdiriləcəyini bildirdi. Belə də oldu və həmin informasiya ilə tanış olun: “Bəzi kütləvi informasiya vasitələrində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”–“Roma” görüşündən sonra ekspress xətt avtobuslarının xidmət göstərmədiyi haqda yayılan xəbərlər həqiqətə uyğun olmayan, yanlış iddialardı. Məlumat üçün bildiririk ki, oyun günü saat 16.30-da metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarının çıxışına yaxın ərazidən BOS-un İctimai Nəqliyyat Terminalına tamaşaçıların daşınması prosesinə başlanılıb. Saat 20.00-dək davam edən proses zamanı 21165 nəfər tamaşaçının daşınması təmin edilib. Sərnişinlərin stadiona daşınması prosesi günün pik saatlarına təsadüf etdiyindən yollarda olan tıxac səbəbindən avtobuslararası intervalda müəyyən gecikmələr yaranıb. Lakin Bakı Nəqliyyat Agentliyinin Dövlət Yol Polisi ilə birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində avtobusların normal fəaliyyəti bərpa olunub. Oyun başa çatdıqdan sonra azarkeşlərin müəyyən edilən istiqamətlərdə (metronun “Qara Qarayev” və “Gənclik”stansiyaları) daşınması da nəzərdə tutulan plana uyğun icra edilib. Futbol qarşılaşmasının birinci hissəsi yekunlaşdıqdan sonra azarkeşlər stadiondan çıxmağa başladığından əks istiqamətdə daşınma vaxtından bir qədər tez başlanıb. Ümumilikdə BOS-un İctimai Nəqliyyat Terminalından metronun “Qara Qarayev” və “Gənclik” stansiyaları istiqamətində 22640 nəfər azarkeşin daşınması təmin edilib. Terminal ərazisində hərəkətin təhlükəsizliyi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülüb. Məhz polisin dəstəyi sayəsində avtobusların terminal ərazisinə vaxtında çatması təmin edilib. Bununla yanaşı, axşam saatlarında ictimai nəqliyyatın fəaliyyətinə nəzarət gücləndirilib, ehtiyac olan istiqamətlərdə nəqliyyat vasitələrinin sayı artırılıb. Məlumat üçün onu da qeyd edək ki, oyundan sonra azarkeşlər stadion ərazisini tərk edən zaman müəyyən xoşagəlməz hallar yaşanıb. Ərazidəki təlimatçılar və digər məsul şəxslər tərəfindən metronun “Koroğlu” stansiyası istiqamətinə yönəldilən azarkeşlərimiz yağışlı havada arzuolunmaz vəziyyətlə üzləşiblər ki, bu hal bizi də ciddi şəkildə narahat edir. Metro istiqamətində hərəkət edən azarkeşlər ekspress xətt avtobuslarından istifadə edə bilməyib uzun müddət yağışda açıq havada qalmalı olublar ki, bu da müəyyən narazlıqlara səbəb olub. Lakin həmin vaxt İctimai Nəqliyyat Terminalında 430 ədəd nəqliyyat vasitəsi hazır vəziyyətdə olub. Bir sıra informasiya vasitələri bunu fürsət bilib Bakı Nəqliyyat Agentliyinə qarşı qara PR kampaniyasına başlayıblar. Sosial şəbəkələrdə azarkeşlər tərəfindən çəkilən videogörüntüləri KİV haqda qanunun tələbini pozaraq müvafiq araşdırma aparmadan informasiya portallarında yayınlayıblar. Jurnalist etikasına zidd bu cür informasiyaların yazılması Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi müsbət işlərin üstündən xətt çəkməklə ictimai rəyi yanlış yönəltməkdi. Bakı Nəqliyyat Agentliyi fəaliyyətini qara PR üzərində quran və müəyyən maraqlara xidmət edən media qurumlarını qaralama kampaniyasına son verməyə, obyektiv və qərəzsiz olmağa, süni günahkarlar təyin edib məlumatı yaymamağa dəvət edir”.
Azarkeşlər metrodan pulsuz yararlanıb
Metronun “Koroğlu” stansiyasının girişlərində stadiondan gələn axının qarşısı alınır, camaat hissə-hissə içəri buraxılırdı. Həmin stansiyada yaşananlarla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə danışdıq: “Əvvəlcədən də elan eləmişdik ki, sərnişin axınının nizamlanması ilə bağlı tədbirlər planı hazırlayırıq. Bizim etdiyimiz tədbirlər planı idi. Bunu Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları zamanı da etmişdik. Burda məsələ nədi? Stansiyanın tutumu, yəni ora sərnişin daxil olma sayı var. Biz qrafiki elə tərtib edirik ki, sərnişinlər stansiyaya daxil olanda qatarlar hər iki istiqamətdən gəlir, platformada sıxlıq yaranmadan sərnişinləri götürüb aparır. Hamını eyni vaxtda içəri buraxsaq, stansiyada həddən artıq sıxlıq yaranar və orda xoşagəlməz hallar, hətta faciə də yaşana bilər. Ona görə də bütün bunlar planlı şəkildə idi. Biz sərnişinlərin içərindən bayıra çıxışını və bayırdan içəri girişini nizamlamışdıq, ayrı-ayrı istiqamətlərə yönəltmişdik. Müəyyən məsafələrdə 3 ayrı nöqtədə sərnişinlərin qarşısını bilərəkdən kəsirdik ki, turniketdən insanlar rahat keçsin, platformada problem olmasın. Keçiddə və açıq havada bir az gözləmək olar, nəinki içəridə hər hansı faciə yaşanmasın. Bütün bunlar nəzərə alınmışdı. Biz bir saat ərzində 25 mindən çox sərnişini “Koroğlu” stansiyasından yola salmışıq. İçəridə heç bir problem olmayıb və nəyəsə ziyan vurulmayıb. Hətta turniketin qarşısında çox ciddi növbə yaranmışdı, təəssüf ki, gələn sərnişinlərin bəzilərinin heç kartı da yox idi, gördük sıxlıq yaranır, ona görə də, belə deyək, gəlirimizdən imtina edib, sərnişinləri pulsuz buraxdıq. Bəlkə də pulsuz keçənlər daha çox idi. Bunu rahat olsun, problem yaranmasın deyə etdik. Düzdü, sıxlıq var idi və bunu inkar etmirik. Ancaq hər hansı xoşagəlməz hal yaşanmadı və sərnişinlər mənzil başına getdilər”.
Bilet problemi
Təbii, onlayn satış, vauçerlərin biletlə dəyişdirilməsi prosesi tez-tez şikayətlərə səbəb oldu. Hətta biletlərin paylanılması, ancaq sistemdən çıxarılmaması fonunda azarkeşlərin pis vəziyyətdə qalması da söhbət mövzusu idi. Bir sözlə, oyunu stadiondan izləmək istəyənlər biletlərinə qovuşana kimi əməlli-başlı əziyyət çəkməli oldular. Bütün bunlarla bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun fikirlərini öyrəndik: “Tamaşaçı sayına görə bu oyun ölkəmizdə keçirilən ən kütləvi tədbir idi. Bu baxımdan bilet məsələləri ilə bağlı söz-söhbətin olması normaldı. Bütün bu müddət ərzində azarkeşlərin problem yaşamamasına çalışırdıq. Ancaq bir məqam var. Sırf vauçerlərin dəyişdirilməsi prosesində anlaşılmazlıqlar yarandı. Xüsusən insanların daha çox üz tutduğu yerlərdə sıxlıqlar müşahidə olunurdu, bu vəziyyətdə isə istər-istəməz anlaşılmazlıqlar yaranır. Vauçerlərin billetlərə çevrilməsi prosesində müəyyən çətinliklər yaşandı. Nəzərə alaq ki, ilk dəfə ölkəmizdə belə bir oyun keçirildi. Texniki cəhətdən olan məqamları isə bilet satışında əməkdaşlıq etdiyimiz şirkət daha aydın izah edə bilər. Yalnız satışla bağlı hesabat alırıq. Ancaq bilet satışında “qara bazar”ın yaşanmaması üçün bütün lazımi tədbirlər görülmüşdü”.
“Roma” 1300 bileti qaytarıb
Yayılan məlumata görə, “Roma” tərəfi “Qarabağ”ın onlar üçün ayırdığı 1300 bileti geri qaytarıb. Səbəbini İbrahimovdasn soruşduq: “ÇL-də komandalar bir-biri ilə qarşılaşdığı zaman bilet satışını klublar özü həll edir. Reqlamentə əsasən stadionun 5 faizi rəqib azarkeşlər üçün ayrılır. Qonaq komanda onlar üçün ayrılan biletləri alır, sata bildiyini satır, qalanını geri qaytarır. “Roma” da 1300 bileti geri qaytarmışdı”.
Jurnalistləri narazı salan durum
“Qarabağ”ın “Tofiq Bəhramov”dakı oyunlarının fasiləsində media nümayəndələrinin qidalanmasında heç bir problem olmurdu. Ancaq bu dəfə jurnalistlər heç də xoş mənzərə ilə qarşılaşmadı, onların bir hissəsi qida və su ehtiyacını ödəyə bilmədi. Nurlan bəyin bu məsələyə də aydınlıq gətirməsini istədik: “Əvvəllər başqa şirkətlərlə əməkdaşlıq edirdik. Özünüz də şahidsiz ki, “Tofiq Bəhramov”da qida təminatı ilə bağlı heç bir problem olmamışdı. Bu dəfə isə başqa şirkətlə razılıq əldə olunmuşdu. Bəlkə say çoxluğundan və ya başqa səbəblərdən bu cür problem yaşandı. Ancaq yəqin ki, qarşıdakı oyunlarda belə problem olmayacaq”.
UEFA “Qarabağ”ı cəzalandıracaqmı?
“Roma” – “Qarabağ” oyunu üçün hazırlanan proqramın 30-31-ci səhifələrində işğal altında olan torpaqlarla bağlı italyan və ingilis dilində informasiya yer alıb. Bu məqam UEFA nümayəndəsinin gözündən yayınmayıb və siyasi məsələlərə həssas yanaşan qurumun buna görə Ağdam klubunu cəzalandırıb-cəzalandırmayacağı maraq doğrurur. Nurlan bəyi dinləyək: “Qarabağ”ın mahiyyəti hamımıza bəllidi. Əslində UEFA-nın reqlamentinə əsasən siyasi mesajların verilməsi düzgün deyil. Mən də qitə futbol qurumuna yazdım ki, orda siyasi mesaj yox, “Qarabağ”ın mahiyyəti ifadə olunur, niyə komandanın təmsil etdiyi bölgədə oynamaması haqda məlumat verilib. Hər kəsə də məlumdu ki, “Qarabağ”ın futboldan da çox ən böyük məqsədi Qarabağ həqiqətlərinin dünyaya çatıdırılmasıdı. Məsələ bu cür olub, hazırda cərimə-filan yoxdu. UEFA nümayəndəsi bildirdi ki, burda futbola aid olmayan yazı var. Ona da dedim ki, biz artıq UEFA-ya məlumat vermişik, bu siyasi mesaj yox, klubun mahiyyətini açıqlayan informasiyaların toplusudu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar