29 sen 02:50aktual

Jurnalistlər Qurban Qurbanova sual vermədi

Jurnalistlər Qurban Qurbanova sual vermədi
Eusebio: “Əsasən Mahir Mədətov, Dino Ndlovu və Pedro Enrikeni bəyəndim”
Oyunsonrası mətbuat konfransına əvvəlcə “Roma”nın çalışdırıcısı Eusebio Di Françesko təşrif buyurdu. O matç haqda fikirlərini bildirdi: “İlk yarı üstünlüyümüz şəraitində keçsə də, ikinci hissədə çətin anlar yaşadıq. “Qarabağ” qapımız qarşısında qol vəziyyətləri yaratdı. Dünən “Qarabağ”ın güclü komanda olduğunu elə-belə deməmişdim. Bu gün bir daha şahid olduq ki, “Qarabağ” çox güclü rəqibdi. Bizim üçün çox çətin oldu.
- Oyunu eyni tempdə keçirmədiz. Sürət gah aşağı düşürdü, gah da qalxırdı. Bu nə ilə bağlı idi?
- Sizinlə razıyam. Rəqibin qolundan sonra bizdə çatışmazlıqlar yarandı. Nəzərə alın ki, hələ inkişaf mərhələsindəyik, topla rəftarımızı gücləndiririk. Biz topla daha çox oynamaq istəyirik. Zamanla bu bizdə alınacaq. Qarabağ”dan güclü idik və əsas odu ki, burdan 3 xalla ayrılırıq.
- İkinci hissədə əsəbləşirdiz. Bunun səbəbi uzun ötürmələrin alınmaması idi, yoxsa Maksim Qonalonun zəif çıxışı?
- Qonalon yaxşı oyunçudu. Amma o, gənc deyil. Təcrübəsi var. Bu gün oyunundan razı qaldım. Uzun ötürmələrə qarşıyam. Amma bəzən belə ötürmələrə də ehtiyac duyulur. Bəzi səhvlər oldu ki, onları düzəltməyə çalışacağıq.
- İlk iki qoldan sonra oyununuz alınmadı. Bu arxayınlıqdan irəli gəlirdi?
- Xeyr. Bundan söhbət gedə bilməz. İki qoldan sonra da 5-6 qol vəziyyətimiz oldu. Fərqi artıra da bilərdik. İkinci yarıda isə “Qarabağ” da bizə çətinliklər yaratmağa başladı. Bunun səbəbi idi ki, 3-cü topu vura bilmədik.
- Bu gün Defrelin zədələnməsi planınıza təsir etməyəcək?
- Defrelin zədəsi, deyəsən, ciddidi. Ola bilər ki, həm o, həm də Perotti qarşıdakı matçda iştirak etməsin. Amma bizim Florentsi kimi oyunçumuz var ki, onları əvəz edə bilər.
- “Qarabağ”da kimi xüsusi fərqləndirərdiz?
- Bütün futbolçular yaxşı oynadılar. Topla gözəl davranırdılar. Matçdan əvvəl də rəqibin hücum xəttini xüsusi qeyd etmişdim. Əsasən Mahir Mədətov, Dino Ndlovu və Pedro Enrikeni bəyəndim.
Ardınca jurnalistlərin önünə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çıxdı. O, oyun haqda fikirlərini qısa şəkildə ifadə etdi: “Bizim üçün ağır oyun oldu. Xüsusən də matçın əvvəli. İlk dəqiqələrdə yaxşı təsir bağışlamadıq. Başlanğıcda rəqib hansı ustalığa malik olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli oynadılar, rəqibi yaxşı tanıdılar. Oyunçulardan razı qaldım. Evdə ilk oyun olduğundan, xal qazanmağa çalışırdıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Amma “Roma” layiqli qələbə qazandı. Azarkeşlərimizə də bizi sona qədər dəstəklədikləri üçün təşəkkür edirəm”.
Maraqlıdı ki, bu fikirlərdən sonra mətbuat konfransına toplaşan media nümayəndələri Qurbanova heç bir sual ünvanlamadı. O, “hamınıza təşəkkür edirəm” deyərək, zalı tərk etdi. Özü də çıxarkən təəssüflənərək, bəlkə də əsəbləşərək başını yellədi.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:30 Şəhriyar övladları ilə bir arada Dünən, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb Dünən, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır Dünən, 12:19 Yunis Hüseynov Antalyaya gedir Dünən, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub Dünən, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Dünən, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu Dünən, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi Dünən, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib Dünən, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib Dünən, 12:04 U-19 hər ay toplanış keçəcək Dünən, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər Dünən, 11:59 Bakı metrosunda əcaib irqçilik Dünən, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” 30-12-2019, 10:58 Elvin Yunuszadə yerli klublarla danışıq aparır 30-12-2019, 10:55 Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir 27-12-2019, 12:41 Güləş ailəsi bir araya gəldi 27-12-2019, 12:39 Riçard “Qarabağ”dan 1 milyon tələb edir 27-12-2019, 12:37 “Neftçi” rəhbərliyi Bordini yola salmağın planlarını cızır 27-12-2019, 12:35 “Forza Neftçi”nin rəhbəri üsyan edir 27-12-2019, 12:31 Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür 27-12-2019, 12:29 “Azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik” 27-12-2019, 12:26 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 27-12-2019, 12:24 Milli Olimpiya Komitəsində 2019-a yekun vuruldu 27-12-2019, 12:20 AFFA, “Neftçi” və “Qəbələ”… 27-12-2019, 12:19 Region Liqası qış fasiləsinə yollandı 24-12-2019, 23:26 Səməd Qurbanov günahı Bordində görür 24-12-2019, 23:23 “Səbail” AFFA-dan haqqını tələb etməkdə acizdi 24-12-2019, 23:16 Volkovla Ağabala rəsmən “Zirə”də! 24-12-2019, 23:10 “Keşlə” rəhbərliyinin “açılış oyunu” 24-12-2019, 23:06 “Mehdi Hüseynzadə”yə ağır texnika yeridildi 24-12-2019, 23:05 “Qəbələ” tələsik qərar vermək istəmir 24-12-2019, 23:03 Slavçev “Levski”yə keçdi 24-12-2019, 23:02 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 24-12-2019, 22:55 “Dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq” Bütün xəbərlər
Ən çox oxunanlar