28 sen 23:48aktual

Azərbaycan hələ ÇL oyunlarına hazır deyil

Azərbaycan hələ ÇL oyunlarına hazır deyil
Stadionda anşlaq yaşanmadı, təşkilatçılıqda qüsurlar ortaya çıxdı
2015-ci il oktyabrın 10-u. Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyanı qonaq edir, oyun Bakı Olimpiya Stadionunda (BOS) keçirilir. Güclü yağış və küləkli havanın hökm etdiyi həmin gün tribunalara 48300 azarkeş toplaşmışdı ki, bu da ölkə futbolu tarixində rekord say idi. Həmin gün çoxları düşünürdü ki, azarkeş sayı ilə bağlı bu rekord uzun illər dəyişməyəcək. Ancaq cəmi iki il sonra, yenə yağışlı, küləkli payız günü. Bu dəfə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində məşhur “Roma”nı qəbul edir. Artıq oyundan bir neçə gün öncə matça biletlərin tükəndiyi xəbəri yayılmışdı. Bir çoxları bu xəbərə şübhə ilə yanaşsa da, start fitinə iki saat qalmış insan selinin ölkənin ən böyük arenasına necə axın etdiyinin şahidi olduq.
Ciddi yoxlama, stadiona tələsən azarkeşlər
İlk dəfə avrokubok oyununa qucaq açan BOS bu günə kimi bir çox tədbirlərə - Avropa Oyunları, İslam Həmrəyiliyi Oyunları, yığmanın rəsmi və yoldaşlıq matçlarına evsahibliyi edib. Ancaq qeyd etdiyimiz tədbirlərin heç birinə insanların belə həvəslə, özxoşuna yollandığını görməmişdik. Metronun “Koroğlu” stansiyasının önü artıq saat 17.45-dən “qaynayırdı”. Adamlar tək-tək, qrup halında stadionun yolunu tuturdular. Stadiona gedən yolda ilk tunelə çatmamış artıq post qurulmuşdu. Polislər azarkeşlərdən biletlərini göstərməyi xahiş edir, yalnız bundan sonra “yaşıl işıq yandırırdılar”. Oyunu tribunadan canlı izləmək istəyənlər ikinci mərhələdə arenanın girişində yoxlamaya məruz qalırdı. Bu dəfə könüllülər və hüquq-mühafizə orqanlarının əməkdaşları birgə çalışırdı. Sonuncu təftiş sektorların girişində başlayırdı. Bu sınaqdan da üzüağ çıxanlar artıq tribunada yerini tuta bilirdi. Lakin onu da etiraf etmək lazımdı ki, azarkeşlərin böyük əksəriyyətinin oyuna az qalmış stadionun yolunu tutması, yağışın adamları təntitməsi üzündən saat 19-20 arasında həm “Koroğlu”nun foyesində, həm də stadionun giriş qapıları önündə dözülməz şərait yaranmışdı. Hətta iş o yerə çatdı ki, adamlar polis səddini yarmağa məcbur oldu.
“Radara düşən” satıcılar, təlimatlandırlmayan könüllülər
Ölkəmizdə keçirilən istənilən beynəlxalq oyunda şirin çörək və başqa un məmulatları satanlara rast gəlmək mümkündü. Həmin şəxslər bir növ belə matçların tərkib hissəsinə, daha doğrusu, atributuna çevrilib. “Qarabağ” – “Roma” matçı da istisna deyildi. Lakin əvvəlki qarşılaşmalardan fərqli, bu dəfə polislər xırda alverlə məşğul olanlardan çox mədəni formada ərazidən uzaqlaşmağı xahiş edirdi.
Arenanın hər girişinə polislərlə yanaşı, könüllülər də təhkim olunmuşdu. Onların əsas işi stadionda yerini tapmaqda çətinlik çəkən bilet sahiblərinə yardım etmək olsa da, demək olar ki, heç biri bu işin öhdəsindən gəlmirdi. “Media üçün giriş hardandı” sualımıza doğru-dürüst cavab verən könüllü tapılmadı. Heç bilet sahiblərinə də düzgün istiqamət verə bilmirdilər. Hər kəs qarşındakını başından etmək üçün “o tərəfə gedin, orda sizə deyəcəklər” söyləməklə işini bitmiş sayırdı. Yaxşı olardı ki, klub rəhbərliyi, könüllülərlə işləyən, onlara məsuliyyətli iş tapşıran adamlar belə məqamları növbəti oyunlarda nəzərə alsınlar.
Sənan-şou
Matçın startına bir saatdan da çox qalmasına baxmayaraq, artıq azarkeşlər tribunalarda yerlərini tutmağa başlamışdılar. Bu arada daim “Qarabağ”ın beynəlxalq oyunlarında azarkeşləri coşduran Sənan Şəfizadə yenə öz işində idi. Şəfizadə müxtəlif şüarlar səsləndirməklə fanatları, tamaşaçıları ona qoşulmağa səsləyir, Ağdam təmsilçisinin lehinə təzahüratlar səsləndirirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, iki gün əvvəldən bütün biletlərin satıldığı xəbəri yayılmışdı. Bu üzdən BOS-da Çempionlar Liqasının bu tur üçün rekordunun qırılacağı təxmin edilirdi. Ancaq hakim fiti səsləndirən zaman ölkənin ən böyük arenasının tribunalarında yetərincə boş yer var idi ki, bu da o qədər xoşagələn mənzərə deyildi.
Xüsusilə ilk hissədə qonaqların qapısı arxasında 3-cü yarusda 5 sektorun boş qalması (qonaq azarkeşlər üçün nəzərdə tutulmuşdu) diqqəti çəkirdi. Onu da bildirək ki, qarşılaşma ərəfəsində İtaliya paytaxtını təmsil edən “canavarlar”ı Bakıda 500-ə yaxın azarkeşin dəstəkləyəcəyi söylənilsə də, oyun günü BOS-da onların sayı 50-dən çox deyildi. İlk yarımsaatda tribunaların dəstəyi o qədər də hiss olunmurdu. Qonaqların 15 dəqiqəyə “köhlən atlar”ı iki dəfə meydanın mərkəzinə dəvət etməsi də tərəfdarların səsini batırmışdı. Ancaq 28-ci dəqiqədə Pedronun qolu tribunaları sanki yuxudan oyatdı. Qoldan ruhlanan azarkeşlər ilk yarının sonuna kimi dayanmadan Qurban Qurbanovun yetirmələrini irəli səslədi.
Çaysız və susuz qalan jurnalistlər
Bütün beynəlxalq qarşılaşmalarda olduğu kimi, bu dəfə də fasilədə jurnalistlər üçün yüngül qəlyanaltı təşkil olunmuşdu. Təəssüf ki, heç də bütün media nümayəndələri “kəmərinin altını bərkidə” bilmədi. Ya qələm əhlinin sayının çoxluğundan, ya da zəif təşkilatçılıq səbəbindən - bunu dəqiq deməkdə çətinlik çəkirik. Hər halda, bir çox media nümayəndəsi qidalana bilmədi, fotoqraflar isə az qala yemək-içmək məsələlərinə baxanların özünü yeyəcəkdi.
Əbədi xəstəlik
İkinci yarı başlar-başlamaz yağış daha da gücləndi. Məhz bu səbəbdən üstüaçıq olan aşağı sektorda əyləşən tamaşaçılar yerini tərk edərək ikinci yarusun altına, yağışın tutmadığı yerə sığınmağı lazım bildilər. Elə media sektorunda əyləşənlər də təbiətin şıltaqlığından əziyyət çəkənlər arasındaydı. Oyunu işıqlandırmaq istəyən jurnalistlər yağışın əsirinə çevrilmişdilər. Sona 5 dəqiqə qalmış Azərbaycan futbolunun əbədi xəstəliyi növbəti dəfə özünü göstərdi. Belə ki, əksər azarkeşlər hakimin final fitini gözləmədən tribunaları tərk etməyi lazım bildilər. Bu üzdən Ndlovunun oyuna möhtəşəm möhür ola biləcək zərbəsini, çox güman, görmədilər.
Yekun olaraq bunu vurğulamaq istəyirəm ki, ölkəmiz hələ ÇL-in qrupu səviyyəsində oyunları mükəmməl təşkil etməyə qadir deyil. Nə qədər acı olsa da, real mənzərə belədi!
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar