28 sen 22:42aktual

“Sumqayıt” Nicat Muxtarovu qanun çərçivəsində azadlığa çıxara bilər

“Sumqayıt” Nicat Muxtarovu qanun çərçivəsində azadlığa çıxara bilər
Rəhbərlik isə prosesi izləməklə kifayətlənir
Bildiyiniz kimi, “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov bir neçə gün öncə həbs olundu. O, sentyabrın 9-u və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava-rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində olduğu üçün saxlanılmışdı. Nəticədə Muxtarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi və 3 saylı İstintaq Təcridxanasına göndərildi. Futbolçu peşman olduğunu söyləsə də, hüquq-mühafizə orqanları buna məhəl qoymadı.
Nicatın oğurluq etməsinə heç kim bəraət qazandıra bilməz. Lakin onu bu əməli törətməyə məcbur edən bir məsələ var idi ki, futbolçu AFFA-ya borcunu ödəməliydi. Belə ki, Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırmış və 3200 manat cərimə olunmuşdu. Bu üzdən o, meydana çıxa bilmirdi.
Nicatın həbsindən bir müddət keçsə də, “Sumqayıt” hələ də rəsmi mövqeyini bildirməyib. Baxmayaraq ki, premyer-liqanın son turunda keçirilən “Qarabağ”la oyundan sonra klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov media nümayəndələrinə müraciət edərək, mətbuat konfransında baş məşqçi Samir Abasova Muxtarovla bağlı sual ünvanlamamasını istəmiş və yaxın günlərdə rəsmi mövqelərini açıqlayacaqlarını demişdi. Əslində “Sumqayıt”dan xüsusi açıqlama gözləyən yoxdu. Məsələ ondadı ki, klub öz oyunçusu ilə maraqlanmır. “Sumqayıt” Nicatı həbsdən qurtara bilər? Necə? Çox sadə və qanun çərçivəsində. Buna ev dustaqlığı və zaminlik deyirlər. Yəqin ki, klub rəhbərliyi bunu bilir. Amma biz yenə də xırdalıqlara qədər izah etməyi özümüzə borc bildik.
Bu barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 4 əsas maddə var.
Maddə 163 – Ev dustaqlığı. Burda deyilir ki, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmaqdan ibarətdi. Ev dustağı olan şəxsə yaşayış yerindən tam və ya müəyyən vaxtlarda çıxmağa, telefon danışıqlarına, poçt göndərişlərinə, digər rabitə vasitələrindən istifadəyə, müəyyən şəxslərlə ünsiyyətdə olmağa və evində hər hansı şəxsi qəbul etməyə və digər məsələlərdə qadağa qoyula bilər.
Maddə 164 – Girov. Girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya az ağır, həmçinin ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin həbsdən azad edilməsi, lakin onun cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədi ilə məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini (qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdi. Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər. Girovun qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqda qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər. Bu zaman həm təqsirləndirilən şəxsin әmlakı və vəsaiti, həm də onun yaxın qohumlarının və ya digər fiziki və hüquqi şəxslərin əmlakı və vəsaiti hesabına həyata keçirilə bilər. Girovun dəyərini sübut etmək vəzifəsi girov qoyanın üzərinə düşür. Hətta maddənin bəndlərində məhkəmənin girovun məbləğini həddən artıq yüksək təyin etməməli olduğu barədə də müddəalar var.
Maddə 166 - Şəxsi zaminlik. Şəxsi zaminlik qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyi də daxil olan müvafiq davranışlarına dair fiziki şəxslərin zamin durmaları barədə yazılı öhdəlikdən ibarətdi. Şəxsi zamin kimi yalnız yetkinlik yaşına çatmış, etibar oluna bilən, götürdüyü öhdəliyi yerinə yetirmədikdə 550 manat məbləğində tutula bilən cəriməni qabaqcadan dövlət bankında məhkəmənin depozitinə keçirmiş vətəndaşlar çıxış edə bilərlər. Şəxsi zaminlərin sayını cinayət prosesini həyata keçirən orqan 2-dən 5-dək şəxs həddində müəyyən edir.
Maddə 167 - Təşkilatın zaminliyi. Təşkilatın zaminliyi qətimkan tədbiri qismində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dövlət qeydiyyatından keçmiş etibar oluna bilən hüquqi şəxsin öz nüfuzu və şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyi də daxil olan müvafiq davranışına dair götürdüyü öhdəliyi yerinə yetirmədikdə 1100 manat tutula bilən cəriməni qabaqcadan dövlət bankında məhkəmənin depozitinə keçirdiyi pul məbləği ilə zamin durması barədə yazılı öhdəlikdən ibarətdi.
Prezident İlham Əliyev bu il fevralın 10-da "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalamışdı. Bu, kifayət qədər yaxşı addımdı. Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda həbsxanaların doluluq səviyyəsi aşağı düşəcək, dövlətin bu sahədə xərcləri azalacaq. Cəzalar artıq ən yuxarı həddə olmayacaq və bu, humanist bir yanaşmadı. Yəni insanların törətdiyi cinayətlərə görə qanunda əksini tapan alternativ cəzalara daha çox üstünlük veriləcək. Bura ev dustaqlığı, cərimə, ictimai, islah işlərinə cəlbetmə daxildi. Bu da cəmiyyətdə ab-havaya çox müsbət təsir göstərəcək. Lakin indiyə kimi məhkəmələr bu məsələyə keçid etməkdə o qədər də maraqlı deyillər. Təbii ki, bunun da özünəməxsus və hər kəsə bəlli səbəbi var.
Gördüyünüz kimi, “Sumqayıt” rəhbərliyinin əlində kifayət qədər imkanlar var ki, Nicat həbs qətimkan tədbiri müddətində azadlıqda olsun, məşqlərdə iştirak etsin, formada qalsın. Lakin klub rəhbərliyi bunda maraqlı deyil. Səbəbini öyrənməyə çalışsaq da, mətbuat xidmtənin rəhbəri bu məsələ ilə bağlı açıqlama vermək istəmədi. Bildirildi ki, klub yalnız başverənləri izləyir və Nicatın ailəsinin yanındadı.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar