24 sen 23:25aktual

Faiq Cabbarovun məhkəməsi təxirə salınıb

Faiq Cabbarovun məhkəməsi təxirə salınıb
Nuriyyə Cabbarova: “Onun səhv addımları səbəbindən evimiz əlimizdən çıxdı, el-oba arasında biabır olmuşuq”
Ötən saylarımızın birində veteran futbolçu, dələduzluq ittihamı ilə gözaltına alınan Faiq Cabbarovun məhkəmə qarşısına çıxacağını xəbər vermişdik. Dünən Faiq bəyin qızı Nuriyyə Cabbarovdan aldığımız bilgiyə görə, sentyabrın 20-də Gəncə şəhər Nizami Rayon Məhkəməsində keçirilən proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, 1997-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilmiş Cabbarov tanışı olan xanımdan onun problemini həll etmək üçün 1000 manat pul alıb. Ancaq nə xanımın işini “aşırıb”, nə də pulunu qaytarıb. Pulunu ala bilməyəcəyini görən xanım da məhz bundan sonra hüquq-mühafizə orqanlarına üz tutaraq veteran futbolçudan şikayət edib. Nuriyyə xanımla söhbətdə bu və bizi maraqlandıran bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq.
- Atanızın nəyə görə həbs olunduğunu bilirsiz?
- Yaşananlardan təm təfsilatı ilə xəbərim olmasa da, müəyyən informasiyam var. Söylənilənlərə görə atam hansısa kəlbəcərli ailədən oğlunu komandaya düzəltmək adı ilə pul alıb. Məbləğ ya 1000 manatdı, ya da 2000. Ancaq verdiyi vədi tutmayıb və uşağı heç bir komandaya düzəltməyib. Bunu görən oğlanın valideynləri pullarını geri istədikdə atam pulu qaytarmayıb. Onlar da məcbur olub şikayətçi düşüblər.
- Atanız sizinlə bir yerdə qalırdı, yoxsa ayrı?
- Anam, qardaşım və anam xalamgildə qalırıq. Atam isə nənəmin başqa evində yaşayır. Ancaq hər gün gəlib yeməyini bizdə yeyirdi. Buna baxmayaraq, münasibətlərimizin heç də yaxşı olmadığını deməliyəm.
- Aranızda nə problem var?
- Bundan böyük problem olar? Onun səhv addımları səbəbindən evimiz əlimizdən çıxdı, el-oba arasında biabır olmuşuq. İndi ailənin bütün yükü mənim çiynimdədi. Özüm Gəncə Dövlət Filarmoniyasının rəqs ansamblının üzvüyəm. Bundan başqa, toylarda da rəqs edib ailəmizin dolanışığını təmin edirəm. Türmədə olanda yanına da getmişəm, pay da aparmışam. Amma artıq bezmişəm.
- Hər halda, o sizin atanızdı...
- Onun mənim atam olduğunu danmıram. 9-cu sinfə qədər məktəbdə əlaçı olmuşam. Bütün fənnlərdən yüksək qiymətlər alırdım. Gələcəklə bağlı müəyyən planlar qurmuşdum. Lakin atamın pis vərdişlərə qurşanması məni məcbur etdi ki, təhsilimi yarımçıq qoyub işləyim. İnsana nə qədər dəstək olmaq olar, nə qədər əl tutasan? Qohum-əqrəba da ondan üz çevirib. Dəfələrlə əmimlərim restoran götürüb işlətmək üçün ona verdilər ki, pul qazanıb ailəsinə baxsın. Ancaq atam hər axşam dost-tanışını başına yığıb qazandıqlarını yeyib-içməyə xərclədi. Bu yaxınlarda yenidən futbol sahəsində çalışmalıydı. Ona iş söz vermişdilər. Ancaq növbəti dəfə səhv edib, özünü gözdən saldı.
- Qardaşınız bir yerdə işləyir?
- Hərbi xidmətdən bu yaxınlarda gəlib. O da atama görə çox əziyyət çəkir. Mənə nə var, işə gedib evə gəlirəm. Ancaq o cavan oğlandı, çayxanaya çıxır, dost-tanışla görüşür. Bir də görürsən, küçənin ortasında kimsə onu görüb “sən filankəsin oğlusan. Atan mənə qarşı bunu edib” deyərək, söz atır. O da psixoloji gərginlik keçirir. Bugünlərdə balaca bir dükan icarəyə götürüb işlətmək üçün ona vermişəm, meyvə-tərəvəz satır.
- Atanız növbəti dəfə sizin yanınıza qayıtsa, qəbul edərsiz?
- Atam uşaq vaxtı bizə çox yaxşı baxıb. İstədiyimizi alıb, istədiyimizi geymişik. Ancaq son illər içkiyə qurşanandan sonra hamımızı unutdu, ailəmizi pis vəziyyətdə qoydu. Bu suala cavab verməyə isə çətinlik çəkirəm. Hər şeyi zamanın öhdəsinə buraxmaq yaxşı olar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar