23 sen 00:38aktual

UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu

UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu
“Mançester Yunayted” AL-in finalında oynasa, Azərbaycan hakimiyyəti Mxitaryanı ölkəyə buraxacaq?”
Artıq bildiyiniz kimi, Avropa Liqasının 2018/19 mövsümünün final qarşılaşması Bakıda keçiriləcək. Srağagün UEFA-nın Nyonda təşkil olunan 13-cü Növbədənkənar Konqresində bununla bağlı qərar qəbul olunub. “Köhnə qitə”nin ali futbol qurumunun Azərbaycana etimad göstərməsi postsovet məkanında geniş müzakirələrə yol açıb. Rusiyanın sports.ru portalında məsələ ilə bağlı oxucular arasında diskussiya yaşanıb, xeyli şərh yazılıb. Onların arasından ən diqqətçəkənlərlə sizləri də tanış etmək istəyirik.
Ovikovy817: “Hər şey düzdü, belə də olmalı idi. İspaniya mətbuatı toplantıdan bir gün öncə ÇL-in finalının Bakıya veriləcəyini yazsa da, bu o qədər də inandırıcı görünmürdü. Çünki 2018-in finalı Şərqi Avropada keçiriləcəyindən, 2019 yenidən qərb ölkələrinin birinə verilməliydi”.
Qus hiddnik: “Gəlin etiraf edək ki, ÇL finalının Bakıya verilməsi azərbaycanlılar üçün böyük şərəf olardı. Ancaq UEFA düz edib bu hüququ ispanlara verdi. Azərbaycan hələ o qədər böyüməyib ki, belə mötəbər oyuna evsahibliyi etsin”.
Falkao: “Çox düzgün seçimdi. Bakıya görə çox sevindim. Çox gözəl şəhərdi”.
Dmitriy1981: “Finalda da yəqin “Qarabağ”la “Ararat” (Moskva) oynayacaq”.
Bilbox: “Azərilərə böyük hörmətim olsa da, bildirməliyəm ki, ÇL finalı Bakıya salınsaydı, avropalılar tərəfindən heç də xoş qarşılanmazdı. Belə qarşılaşmalar böyük futbol ölkələrinə yaraşır”.
Severovostok: “Maraqlıdı, “Mançester Yunayted” 2019-da AL-in finalında oynasa, Azərbaycan hakimiyyəti Henrix Mxitaryanı ölkəyə buraxacaq?”
Amangəldi Mirzebekov: “Bakıdakı stadiondan TV görüntülər o qədər də effektli alınmır. Futbolçuları yuxarıdan aşağı izləmək xoş deyil. Bəlkə 2019-a kimi arenaya əl gəzdirdilər, deyə bilmərəm”.
Nikolay Kretow: “Azərbaycan kimi avtoritar rejimə malik ölkəyə AL-in finalını vermək çox acınacaqlıdı. UEFA kimi qurum daim insan haqları pozulan ölkəyə necə etimad göstərir, başa düşmürəm”.
Z.Zidane 1998: “Madriddəki finalın biletləri Bakıdakı qarşılaşmanın biletlərindən çox ucuz olacaq. Buna şübhəniz olmasız. Odu ki, ÇL-in finalına yollanmaq daha sərfəlidi, nəinki Bakıda getmək”.
Tanqo442: “Necə olur ki, Kiyev ÇL finalına evsahibliyi edəcəyi məlum olanda heç kim heç nə demir, ancaq Bakıya ağız büzürsüz? Bakı Kiyevdən nədə geri qalır? Əksinə, bu gün Azərbaycan paytaxtı çox gözəl, müasir Avropa paytaxtlarından biridi. Son illər ölkənin futbolu da yüksəlişdədi. UEFA nəsə bilməsəydi, Bakıya AÇ-2020-nin final mərhələsinin oyunlarını həvalə etməzdi”.
Deathride: “Bakıdakı arenanın ətrafında qaçış zolağının olması oyunu izləyənlər üçün çətinlik yaradır. O stadionda futbol ab-havası yaratmaq olmaz”.
Emirel: “Azərbaycanda futbol... Məni güldürməyin. Bu ki nonsensdi... Kiyevlə Bakını müqayisə etmək yersizdi. Ukrayna qədimdən futbol ölkəsi sayılır. Bakıda ancaq qarpız yarmakası keçirmək olar”.
İlqar Alızade: “İtlər hürür, karvan isə öz yolu ilə gedir”.
Fiat Yuve: “Görürsüz, bitərəf azarkeşlər. UEFA Bakının adını çəkən kimi ermənilər anti-təbliğata başladı. Bəziləri də onların boş-boş sözlərinə dəstək verir. Bəzi niklər rus adları olsa da, sizi inandırıram ki, onların çoxu məhz ermənilərdi. Onlar həmişə belə olub və belə də olacaqlar. Tarixboyu bizim paxıllığımızı çəkiblər”.
Dmitri Sinitski: “İdmanı siyasətə qatma. Burda hər kəs öz fikrini bildirir. Əlində hər hansı fakt var ki, Bakının əleyhinə danışanların çoxu ermənilərdi? Siz azərilər bəzən reallığı qəbul etmək istəmirsiz. Bu da Lapşini döyüb, sonra əfv etmək deyil”.
An Ze: “İstəsək də, istəməsək də, bu gün idman siyasətin əsirinə çevrilib. Azərbaycan hakimiyyəti AL-in finalının Bakıya salınmasından təbliğat kimi istifadə edib, qoca Avropanın ölkəyə yüksək qiymət verdiyini söyləyəcək. Necə ki Rusiya hökuməti Soçi Olimpiadasından istifadə etmişdi”.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar