09 yan 19:42aktual

Amit Yunanıstana, Vaqif Rusiyaya

Amit Yunanıstana, Vaqif Rusiyaya
Tarixində ilk dəfə qış fasiləsinə 4-cü pillədə yollanan “Sumqayıt”ın uğuru, deyəsən, ölkə xaricində də marağa səbəb olub. Belə olmasaydı, “kimyaçılar”ın dayaq yarımmüdafiəçisi Amit Quluzadə Yunanıstan superliqasında mübarizə aparan “Larissa”nın məşqçilər koprusunun maraq dairəsinə düşməzdi. Qış “transfer pəncərəsi”ndən yararlanan yunanlar “ağ-göylər”in 24 yaşlı yarımmüdafiəçisinə təklif göndərib. Amit isə çox düşünmədən hazırda Yunanıstan çempionatında 13-cü pillədə qərarlaşan komandanın təklifini qəbul edərək Elllada torpağına yollanıb. Srağagün tibbi baxışdan keçən futbolçumuzla böyük ehtimalla, bu gün və ya sabah müqavilə imzalanacaq.
Əldə etdiyimiz məlumata görə, bu günə kimi Portuqaliya və Türkiyənin aşağı dəstəsində legioner həyatı yaşamağa imkan tapmış Quluzadənin “köhnə qitə”nin cənubuna yollanmasında əməkdaşlıq etdiyi əcnəbi agentin xüsusi rolu var. Mənbəmiz onun adını bizə bildirsə də, danışmaq istəyimiz alınmadı. Dünən istirahət günü olduğundan onun telefonu söndürülmüşdü. Bizə ötürülən bilgiyə görə, yunanlar Amitə 3 illik müqavilə təklif ediblər. Lakin yarımmüdafiəçi deyilən müddətin çox olduğunu, “6 ay+1 il” şərtiylə anlaşmaya imza atmağa hazır olduğunu bildirib. Qarşı tərəf də onunla razılaşıb. “Gənclik şəhəri” təmsilçisində 1000 manat maaşa top qovan yarımmüdafiəçinin yeni komandasında müxtəlif bonusları çıxmaq şərti ilə ayda 2000 avro əməkhaqqı alacağı da söylənilir.
Hər zaman futbolçularımızın legioner həyatı yaşamasını arzulamışıq. Istəmişik ki, bizim də oyunçularımızın səs-sorağı “köhnə qitə”nin müxtəlif nöqtələrindən gəlsin. Yavaş-yavaş bu istəyimiz gerçəkləşmək üzrədi. Ancaq bu məsələdə də müəyyən əmmalar var. Onlardan biri də futbolçusunu ölkə xaricinə yola salan klublarımızın bu keçiddən pul qazanmamasıdı. Müasir futbolun ən böyük tələbi, heç şübhəsiz, klubun özü-özünü saxlamasıdı. Yəni futbol klubu böyük şirkət kimi özünü maliyyələşdirməli, müxtəlif sahələrdən (bilet satışı, futbolçu satışı, teleyayından gələn gəlir) əldə olunan vəsait hesabına ayaqüstə qalmağı bacarmalıdı. Bəs görəsən, Amit Yunanıstan klubu ilə müqavilə imzalayacağı halda, “Sumqayıt” bundan hansısa xeyir götürəcək, yoxsa rəhbərlik həmişəki kimi “məqsədimiz ölkə futboluna xeyir verməkdi” tezisinə əməl edərək, transferdən pul ummayacaq? Bu suala cavab tapmaq üçün “kimyaçılar”ın baş meneceri, bugünlərdə A kateqoriyasına sahib çıxan Ceyhun Sultanovun fikirlərini öyrəndik: “Bu suala Amit “Larissa” ilə müqavilə bağlayandan sonra cavab verəcəm. Hələlik zamanı qabaqlayıb, nəsə demək istəmirəm”. Yeri gəlmişkən, onu da qeyd edək ki, hazırda “Larissa”nın heyətində top qovan bir futbolçu bizlərə tanışdı. Söhbət 5 il “Qəbələ”nin şərəfini qorumuş, bir ara kapitan sarğısını belə daşımış Dododan gedir. Amitin 2013/14 mövsümündə “qırmızı-qaralar”ın şərəfini qoruduğunu və braziliyalı ilə tanış olduğunu nəzərə alsaq, yeni klubunda darıxmayacağını da söyləmək olar.
“Kimyaçılar”ın daha bir futbolçusunun, bir neçə gün əvvəl qarşılıqlı razılıq əsasında komandanı tərk edən Vaqif Cavadovun da, deyəsən, işsiz günləri çox çəkməyəcək. Mətbuatda yayılan xəbərlərə görə, Vaqif bundan sonra karyerasını Rusiya premyer-liqasında çıxış edən “Orenburq”da davam etdirəcək. Tərəflərin artıq böyük ölçüdə ortaq məxrəcə gəldiyi də gəzən söz-söhbət arasındadı. Yeri gəlmişkən, Cavdovun Rusiya premyer-liqasında oyun təcrübəsi var. O, 2011/12 mövsümündə “Volqa”da çıxış edib. Deyilənlərə aydınlıq gətirmək üçün Vaqiflə danışmaq istədik. Ancaq o və atası Füzuli Cavadov zənglərimizi cavabsız qoydu. Görünür, cavadovlar artıq Azərbaycanda missiyalarının başa çatdığını düşünürlər və yerli mətbuata açıqlma verməyi özlərinə sığışdırmırlar. Belə olmasaydı, daim bizimlə böyük həvəslə danışan, oğlu ilə bağlı hər xırda detala münasibət bildirmək üçün redaksiyayla əlaqə saxlayan Füzuli bəy zənglərimizə cavab verərdi. Yaxşı olardı ki, heç kim (söhbət burda tək cavadovlardan getmir) ataların “örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçir” məsəlini unutmasın.
Maraqlıdı ki, istər “Orenburq”un rəsmi saytında, istərsə də Rusiya mətbuatında bu keçidlə bağlı heç bir xəbərə rast gəlmədik.
RƏŞAD
You saved me a lot of haslse just now.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar