21 sen 20:42aktual

FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi

FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi
Ndlovu ölkəsinin yığmasına dəvət aldı
"Qarabağ"ın "Roma" ilə ÇL oyununa 6 gün qalır. Son günlər bilet satışının tempində azalma müşahidə olunur. Bununla belə, artıq 46 min nəfər bilet alıb.
Komanda isə məşqləri davam etdirir. Ansi Aqollidən başqa hamı Qurban Qurbanovun sərəncamındadı. Albaniyalı hələlik fərdi qaydada hazırlaşır. Onun çempionatın 6-cı turunda da iştirak etməsi sual altındadı.
Yeri gəlmişkən, adətən, millinin düşərgəsində zədələnən futbolçuya görə FİFA onun klubuna təzminat ödəyir. Maraqlıdı, futbol qurumu "Qarabağ"ın itkisini də maddi şəkildə “sığortalayıbmı”? Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan hələlik büdcələrinə pul köçürülmədiyini öyrəndik: "Bəli, qaydaya görə təzminat ödənilməlidi. Ancaq hələ ki nə köçürmə olub, nə də bu barədə bizə bildiriş gəlib".
Onu da qeyd edək ki, “Roma” Bakıya itkiylə gəlir. "Qarabağ"ın rəqibi heyətlə bağlı problemlə üzləşib. İtaliya mətbuatı “canavarlar”ın iki futbolçusunun komandadan ayrı düşdüyünü xəbər verib. Bunlar yarımmüdafiəçi Raca Naynqqolan və hücumçu Patrik Şikdi. İtaliya A seriyasının 4-cü turunda “Verona” ilə qarşılaşmada (3:0) zədələnən hər iki oyunçu qarşıdakı matçlarda meydana çıxmayacaq.
Maraqlıdı ki, Naynqqolan 75-ci dəqiqədə zədələnərək, yerini məhz Şikə verib. Belçikalı ilə müqayisədə çexiyalı forvardın durumu daha ciddidi. Onların “Benevento” və “Udineze” ilə görüşlərdə oynamayacağı deyilir. Naynqqolanın Çempionlar Liqasında “Qarabağ”la qarşıdakı matçda iştirakı gözlənilirsə, Şikin Bakıya səfərinin baş tutub-tutmayacağı həkimlərin qərarından asılı olacaq.
Bu arada “Qarabağ”ın hücumçusu Dino Ndlovu, nəhayət, uzun fasilədən sonra CAR yığmasına çağırılıb. 27 yaşlı futbolçu Ağdam klubundakı oyunu ilə millinin baş məşqçisi Stüart Baksterin diqqətini cəlb edə bilib. “Bafana-Bafana”nın çalışdırıcısı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Burkina Faso ilə keçirəcəkləri oyunda Ndlovunun da xidmətindən yararlanmaq niyyətindədi. Bu səbəbdən o, ötən ildən “Qarabağ”ın formasını geyən forvardın adını 25 nəfərlik siyahıya daxil edib. CAR millisi Burkina Faso ilə oktyabrın 7-də Yohannesburqda qarşılaşacaq.
Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə cəmi 4 oyun keçirib.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar