14 sen 20:08aktual / reportaj

“Qarabağ”ın debütü qara gəldi…

“Qarabağ”ın debütü qara gəldi…
Çempionlar Liqası
Qrup mərhələsi
1-ci tur, C qrupu
Çelsi (İngiltərə) – Qarabağ 6:0 (2:0)

13. Tibo Kurtua
24. Hari Keyhill (k)
27. Andreas Kristiansen
28. Sesar Aspilikueta
(2. Antonio Rüdiger, 75)
3. Markos Alonso
4. Fransesk Fabreqas
7. N`Qolo Kante
(14. Tyemua Bakayoko, 63)
21. David Zappakosta
11. Pedro Rodriges
(10. Eden Azar, 58)
22. Villian
23. Mişi Batşuayi
Ehtiyat oyunçular
1. Villi Kabalyero
9. Alvaro Morata
15. Viktor Mozes
30. David Luis
Baş məşqçi: Antonio Konte

13. İbrahim Şehiç
77. Vild-Donald Gerye
14. Rəşad Sadıqov (k)
(11. Mahir Mədətov, 70)
52. Yakub Jezniçak
55. Bədavi Hüseynov
5. Maksim Medvedev
2. Qara Qarayev
(91. Coşqun Diniyev, 70)
20. Riçard Almeyda
8. Miçel
10. Pedro Enrike
(18. Tarik Elyunussi, 77)
9. Dino Ndlovu
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
22. Əfran İsmayılov
32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
Qollar: P.Rodriges, 5 (1:0). D.Zappakosta, 30 (2:0). S.Aspilikueta, 55 (3:0). T.Bakayoko, 71 (4:0). M.Batşuayi, 76 (5:0). M.Medvedev, 82-öz qapısına (6:0).
Vərəqə: H.Keyhill, 16 – sarı.
Hakimlər: TASOS SİDİROPULOS, Polixronis Kostaras, Lazaros Dimitriadis, Xaralambos Kalogeropulos, Alexandros Aretopulos, Damianos Eftimiadis (hamısı Yunanıstan).
Hakim-inspektor: Paulius Malzinskas (Litva).
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya).
12 sentyabr. London. “Stemford Bric” stadionu. 41150 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
18 (7) qapıya (“çərçivə”yə) zərbə 7 (2)
7 korner 2
3 ofsayd 3
10 qayda pozuntusu 9
1 vərəqə (qırmızı) 0
Çərşənbə axşamı hamının intizarla gözlədiyi matç baş tutdu. Çempionlar Liqasının qrupuna düşməklə Azərbaycan futbolunda ilkə imza atan “Qarabağ” startda İngiltərə çempionu “Çelsi” ilə qarşılaşdı. Təəssüf ki, çempionumuzun debütü qara gəldi.
Əslində Londonda məğlubiyyət gözlənilirdi. Şərtlər Qurban Qurbanovun yetirmələri üçün əlverişsiz idi. Əvvəla, qeyd etdiyimiz kimi, rəqib İngiltərə çempionu idi. Yenidən ÇL-də iştirak hüququ qazanan “zadəganlar”ın ambisiyalı məşqçinin rəhbərliyi altında turnirə yüksək motivasiya ilə kökləndiyi gün kimi aydın idi. Ağdamlılar isə debüt həyəcanını yaşayırdı. Üstəlik, ilk sınaq “Stemford Bric”də idi ki, bu da istər-istəməz həyəcan və gərginlik yaradırdı. Hadisələri qabaqlayaraq qeyd edim ki, “Çelsi” qolları əsasən komandamızın fərdi səhvlərindən sonra vurdu. Düzdü, bu səhvlər meydan sahiblərinin təklif etdiyi tempə adekvat cavab verə bilməməyin nəticəsi sayılmalıdı. Hətta əminliklə demək olmur ki, “Qarabağ” qapısında erkən qol görməsəydi, sonluq fərqli ola bilərdi.
Qurban Qurbanov matça “Kopenhagen”lə səfər qarşılaşmasının gedişində əl atdığı “beşli müdafiə” taktiki sxemiylə çıxmışdı. Elə bu məqam rəqibdən çəkinməyin göstəricisiydi. Mərkəzdə Rəşad Sadıqov, Yakub Jezniçak və Bədavi Hüseynovu oynadan Qurbanov zədəli Ansi Aqollinin cinahına Geryeni keçirmiş, sağda isə Maksimə yer vermişdi. Qara, Miçel və Almeyda ortada çoxluq yaratmalı, yeni transfer Pedro Enrike isə sağdan hücumda Dino Ndlovuya dəstək verməliydi.
Start bərbad alındı. Qolaqədərki çaxnaşma və “Qarabağ”ın cərimə meydançasından çıxa bilməməsi ciddi siqnal idi. Ümumiləşdirsək, ilk 4 dəqiqə ərzində qapımıza penalti verilə bilərdi, verilmədi. “Ayaqları əsən”, daha çox səhvə yol verən Qara Alonsoya topu “bağışladı”, Şehiç qola izn vermədi. Markosun növbəti vuruşunun qarşısını isə Rəşad kəsdi. Nəhayət, ilk qol 5-ci dəqiqəyə təsadüf etdi. Künc zərbəsindən sonra Villian topu cərimə meydançasının önündə dayanan Pedro Rodrigesə ötürdü. Qara vaxtında irəli çıxmağı unutmuşdu. Belədə qarşısında xeyli boş məsafə olan ispan topu rahatlayıb qarşısıalınmaz zərbəylə hesabı açdı.
Start həyəcanı bir yana, erkən qolun da şokunu atmağa məcbur olan “Qarabağ”ın yarım saatın tamamına kimi işi pis getmədi. Düzdü, kəsərli hücum qurmaq alınmırdı. Ancaq zaman-zaman oyunu meydanın rəqibə aid hissəsinə daşımaq mümkün olurdu. Bu baxımdan Pedro Enrikenin cinah reydlərinin işə yaradığını qeyd etməliyik. Ümumiyyətlə, “Qarabağ”ın yeni transferi komandada soyuqqanlı təsir bağışlayan yeganə futbolçu idi.
30-cu dəqiqədə daha bir psixoloji zərbə aldıq. Bu dəfə Şehiçin sayəsində. Kurtua topu oyuna daxil etdikdən sonra Zappakosta sağ cinahla 40-45 metr irəlilədi və hətta yolüstü Geryeni də “dükana göndərdi”. Daha sonra “Qarabağ”ın cərimə meydançasına ötürmə etmək istəyirdi ki, top birbaşa qapıya getdi. Çıxışa hazırlaşan Şehiçin mövqe səhvi qolla nəticələndi – 2:0.
Düşündürücü məqam odu ki, ilk hissədə heç nə ilə yadda qalmayan “Qarabağ” qapısında 2 qol gördüyü halda, niyə ikinci yarıda daha 4 top buraxdı? Çox güman, Qurban Qurbanov fasilədə yetirmələrini sakitləşdirməyə çalışmış, fərdi səhvləri minimuma endirmək üçün tapşırıqlarını vermişdi. Ancaq 55-ci dəqiqədə standart vəziyyətdən sonra hesab darmadağın həddinə çatdı. Fabreqasın ötürməsindən sonra müdafiəçilərin arasından irəli şığıyan Aspilikueta yaxın məsafədən başla fərqləndi. Bu epizodda Gerye ilə Rəşadın səhvini qeyd etmək lazım gəlir. “Çelsi” sakitləşmək bilmirdi. Meydana çıxan hər oyunçu özünü göstərmək üçün sanki ikiqat əzmlə çalışırdı. Azarla Bakayokonun mübarizəyə sonradan qoşulmasıyla London təmsilçisinin oyunu yenidən canlandı. 71-ci dəqiqədə məhz Azarın ötürməsindən sonra Bakayoko 4-cü qolu “Qarabağ”ın qapısından keçirdi. Bu vaxt artıq qonaqlar “dördlü müdafiə”yə qayıtmışdı. Rəşadı Mahir Mədətov, Qaranı isə Coşqun Diniyev əvəz etmişdi. Cinahdan qapı qarşısına ötürməyə Miçel uğursuz şəkildə toxundu ki, boşda qalan topu Bakayoko tora qovuşdurdu. Ümumiyyətlə, artıq müdafiəsi sarsılan “Qarabağ” 11 dəqiqə ərzində qapısında 3 qol gördü. Dördüncü qoldan 5 dəqiqə keçməmiş Maksimin top itkisindən sonra fərq 5 topa çatdı. Batşuayi adını tabloya yazdırdı. Matçda son nöqtəni də Medvedev qoydu. O bu dəfə topu öz qapısına göndərdi. Ancaq səhv çox güvəndiyimiz Jezniçakın vicdanına yazılmalıdı. Məhz onun cinahda topu Zappakostaya bağışlamasından sonra təhlükə böyüdü. Ötürmənin qarşısını kəsməyə çalışan Maksim Batşuayinin fərqlənməsinə əngəl olsa da, top məhz öz ayağına toxunub xətti keçdi.
Beləliklə, “Qarabağ” debütdə 0:6 hesablı darmadağına məruz qaldı. Bu nəticə qələbələrinə öyrəşdiyimiz komandanın azarkeşlərini üzsə də, dünyanın sonu deyil. “Roma” ilə iki həftə sonra Bakıda keçiriləcək oyunda çempionun daha yaxşı təsir bağışlayacağına, ən azı italiyalılara layiqincə müqavimət göstərəcəyinə ümid edirik.

Konte xeyli müsbət məqam görüb
Qurban Qurbanov: “İnkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq”


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında britaniyalı jurnalistlərin suallarını cavablayıb. Məğlubiyyətin səbəblərini əsaslandırmağa çalışan təcrübəli mütəxəssis həmçinin komandanın tarixi barədə də onlara məlumat verib.
- Çempionlar Liqasında və Azərbaycan premyer-liqasında hədəfiniz nədi?
- Özümüzü Çempionlar Liqasında harda gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da bacardıq.
- 2008-ci ildən “Qarabağ”ın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandanı böyük uğura daşıdız...
- Suala görə çox sağ olun. “Qarabağ”ın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdi. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyükhesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməyi düşünməliyik.
- “Qarabağ”ın Çempionlar Liqasında iştirakı sizin üçün nə deməkdi?
- Bu, bizim üçün böyük uğurdu. Çempionlar Liqasının qrupuna düşmək vəzifəsinin öhdəsindən gəldik və bu nailiyyət Azərbaycanda futbolu daha da sevdirdi, futbola maraq artdı.
- “Qarabağ” azarkeşlərinin çoxu bu gün klubun formalarını geyməsələr də, Azərbaycan bayraqları ilə sizə dəstək oldular. Bu, üzərinizdə təzyiqi artırmışdı?
- Yəqin ki, bu komandanın tarixini bilirlər, “Qarabağ” adının mənasını dərk edirlər. Bizim yaralı yerimizdi. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədi, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Bir azərbaycanlı kimi “Qarabağ”da işləməkdən fəxr duyuram və əlimdən gələndən artığını etməyə çalışıram.
“Çelsi”nin baş məşqçisi Antonio Konte “Qarabağ” üzərində qələbəni “ideal start” adlandırıb: “Bu, bizim üçün ideal start oldu. Qrupun ilk oyununda çoxlu qol vurduq və qapımızı toxunulmaz saxladıq. Komandamda xeyli müsbət məqamları gördüm. Futbolçular matça əla köklənmişdi. David Zappakosta çox yaxşı çıxış etdi. Eden Azar ən yaxşı formasına qayıtmaq üzrədi. Andreas Kristiansen kimi oyunçulara da şans vermək çox önəmlidi. Zappakosta mənə dedi ki, məqsədi qapıya zərbə vurmaq yox, qapı önünə ötürmə etmək olub. Ancaq həmin zərbə qolla nəticələndi. Bizim üçün də əsas olan qoldu. İndi yolumuza davam etməliyik. Sabah dincəlib sonra “Arsenal”la keçirəcəyimiz çətin matç haqda düşünməliyik".

Reaksiyalar
Fransesk Fabreqas: "Nəhayət, həmin zaman yetişdi. Bu, yaxşı preformans, əla nəticə idi. Qolların qrupun son nəticəsinə necə təsir edəcəyini deyə bilmərik, ona görə də belə davam etməliyik. Bəzən zəif rəqibə daha çox hücum etmək istəyərsiz, bəzən isə yox. Amma bu gün hamının yaxşı oynadığını düşünürəm. Şəxsən mən çox yaxşı idim və biz komanda şəklində geri döndük. Ancaq buna ən yaxşı oyunumuz olduğunu demək olmaz. Biz yavaş-yavaş “artırırıq”. İndi yalnız bazar günü baş tutacaq “Arsenal”la oyunu gözləyirik. Bizim üçün ağır dövrdü. 21 gündə 7 oyun keçirəcəyik. Bu gün baş məşqçi 5 dəyişiklik etmişdi. Keçən il belə deyildi. Çünki Çempionlar Liqasında oynamırdıq”.
David Zappakosta: "Mən həqiqətən xoşbəxtəm. “Stemford Bric”də aruzların debütü oldu. Özüm üçün də hər şey əla idi. Amma Çempionlar Liqasındakı möhtəşəm qələbə daha vacibdi. Qol epizodunda, düzünü desək, irəliləyib yaxşı ötürmə etmək fikrindəydim. Amma sonluq qol oldu. Belə hallar mümkündü. Biz qrupda daha yaxşı oynamağa çalışacağıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik".
Mişi Batşuayi: “Qarabağ”la oyun həm Markos Alonso, həm David Zappakosta, həm N`Qolo Kante, həm də mənim üçün yeni səhifə oldu. Çünki Çempionlar Liqasında ilk matçımız idi. Birinci oyundaca qələbə qazanmaq əla hissdi. Bilirsiz ki, bir neçə oyun idi meydana çıxmırdım. Ancaq nə zaman şans əldə edirəmsə, bundan istifadə edib qol vururam. Çempionlar Liqasında asan oyun olmur. Bütün görüşlərdə qələbə hədəfləyirsənsə, bunların hamısını yüksək səviyyədə keçirməlisən. Artıq “Arsenal”la həftəsonu keçirəcəyimiz premier-liqa matçına köklənməliyik. Yaxşı hazırlıq keçib, qələbə qazanmalıyıq”.
Qlenn Hoddl: “Çelsi” rəqibin pis müdafiə olunan arxa xəttini asanlıqla yarırdı. “Qarabağ”ın müdafiəsi faciəvi vəziyyətdə idi. “Sandey Liqa” (Həvəskarlar Liqası) komandalarının müdafiə xətti daha mütəşəkkildi, nəinki “Qarabağ”ın”.
Frenk Lempard: “Çelsi” bu mövsüm Çempionlar Liqasının favoritlərindən biridi. Antonio Kontenin gəlişindən sonra komanda bu turnirdə rəqabət aparacaq gücə sahib olub. “Qarabağ”la oyunda meydana çıxmaq Azar üçün müsbət haldı. O, uzunmüddətli zədədən sonra bərpa dövrünü erkən başa vurmaq üçün mümkün qədər çox oynamalıdı. Ümid edirəm ki, Azar həftəsonu “Arsenal”la keçiriləcək qarşılaşmada meydana çıxacaq və yüksək səviyyədə çıxış edəcək. Eden “Çelsi” üçün önəmli futbolçudu. Öz oyununu taparsa, ən təhlükəli futbolçulardan biri olar. Onda Messi və Ronaldo səviyyəsində oynamaq potensialı var. Hazırda "Çelsi"nin çox geniş heyəti var. Kontenin tək hədəfi Çempionlar Liqası və premyer-liqa deyil. O, Liqa kubokuna və ölkə kubokuna da “qarmaq ata” bilər. Bu titulları əldə etmək üçün kifayət qədər yaxşı komanda var. Lakin "Qarabağ"a qalib gəlmək hər şey demək deyil. Meydanda sanki iki komandadan biri qılıncsız idi. Rəqib erkən qoldan qorxdu. "Qarabağ" müdafiə xəttində çox zəif idi. Həvəskarlar Liqasında müdafiə xətti "Qarabağ"dan daha yaxşı olan komandalar tapa bilərsiz”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar