14 sen 17:04aktual

Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş

Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş
“Gələndən uşaqlarla danışıram, hələ bir nəfər pulsuzluqdan, şəraitsizlikdən gileylənməyib”
Təxminən ayyarım əvvəl, dəqiq desək, iyulun 24-də ”Zirə” Rəşad Sadiqovla yolları ayırmasıyla bağlı xəbər yaydı. “Astra” ilə Bakıdakı matçdan sonra nə baş verdisə, klub təcrübəli futbolçuyla vidalaşmaq məcburiyyətində qaldı. Sonradan müəyyən ehtimallar səsləndirildi, hərə bir fikir söylədi. Lakin aralarında ciddi münaqişə yaşandığı deyilən iki şəxsdən – baş məşqçi Ayxan Abbasovla Rəşad Sadiqovdan heç biri əsas səbəbi dilə gətirmədi. Abbasov nala-mıxa vursa da, Rəşadın adı, ümumiyyətlə, mətbuatda görünmədi. Nə zənglərə cavab verirdi, nə də stadionlarda görünürdü. Bir də ayıldıq ki, 33 yaşlı yarımmüdafiəçi “Neftçi”dədi. Yeni baş məşqçi təyin olunan Tərlan Əhmədov komandadakı işləri qaydasına salmaq, “ağ-qaralar”ı quyudan çıxarmaq üçün vaxtilə birgə çalışdığı Sadiqovu yanında görmək istədi. Alınacaq, ya yox – bunu zaman göstərəcək. Biz isə fürsətdən istifadə edib, üçüncü dəfə “Neftçi”nin formasını geyəcək Rəşadla söhbətləşmək qərarına gəldik.
- “Zirə”dən ayrılandan sonra yoxa çıxdın. Hardaydın, nə işlə məşğul idin?
- Vaxtımı sırf ailəmə və övladlarıma həsr etdim. Neçə illər idi dincəlmək üçün əlimə belə imkan düşməmişdi. Mövsüm başa çatırdı, dərhal avrokuboklara hazırlaşırdıq. Ona görə də kənara çəkilib dincəldim. Bir ay boyunca Türkiyədə, Gürcüstanda olduq.
- O anlarda karyeranı xaricdə davam etdirmək fikri keçirdi ağlından? Məsələn, qonşu Türkiyədə.
- Düzünü desəm, bu haqda qətiyyən düşünmədim. Çünki elə yaşdayam ki, bundan sonra legioner heyatı yaşamaq, evdəkilərdən uzaq qalmaq çətindi.
- Bəs karyeranı başa vurmaq?
- Açığı, artıq bununla bağlı qərar vermək istəyirdim. Bəzi şeyləri görəndən sonra, ümumiyyətlə, futboldan uzaqlaşmaq haqda düşünürdüm. Amma digər tərəfdən fikirləşirdim ki, hələ gücüm var, bir-iki il oynaya bilərəm. Həm də öz evimə qayıtdım, 7 il formasını geydiyim komandaya.
- “Zirə”dən ayrılandan sonra şəxsən səni çox axtarsam da, tapa bilmirdim. Zənglər, mesajlar cavabsız qalırdı. İndi isə söhbətdən yayınmaq imkanın yoxdu. Danış görək, nə baş vermişdi?
- Bilə-bilə danışmırdım, kənarda dayanmışdım. Kimlərin nə danışacağı, hansı fikir bildirəcəyi özümə çox maraqlıydı. Bu müddət ərzində müşahidə edib, özüm üçün müəyyən nəticələr çıxardım.
- Məsələn, hansı nəticələri?
- Hansısa jurnalist yazmışdı ki, guya baş məşqçinin işinə qarışdığıma görə vəziyyət bu həddə çatıb. Halbuki belə deyildi. İndiyə qədər neçə-neçə məşqçi ilə işləmişəm. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Qurban Qurbanov, Böyükağa Hacıyev, Roman Qriqorçuk kimi fərqli xarakterə malik məşqçilərin rəhbərliyi altında oynamışam. Hansı xarakterə sahib olduğumu hamısından bir-bir soruşa bilərsiz. Görün hansı biri məşqçinin işinə qarışdığımı deyəcək. Heç biri. Çünki elə futbolçu olmamışam. Qriqorçukun necə tələbkar və sərt olduğunu hamı bilir. İki ilyarım o cür məşqçi ilə çalışdım, aramızda bir dəfə narazılıq olmadı. İndi kimlərsə özünə sərf edən şəkildə danışır, açıqlama verir.
- Nə baş vermişdi?
- Onu vaxtı gələndə açıqlayacam. Amma telefon danışığında yox, nə vaxtsa jurnalistlərlə üzbəüz dayananda, söhbət açılanda. Narahat olmayın, biləcəksiz. Sadəcə, hələ danışmaq istəmirəm. “Neftçi”yə yeni gəlmişəm, istəmirəm söz-söhbət boyüsün.
- İşin ən maraqlı tərəfi səninlə Ayxan Abbasovun uşaqlıq dostu olmağınızdı.
- Mənim heç kimdən qorxub-çəkinəcəyim yoxdu. Yeri gələndə danışacam, hər şeyi deyəcəm. İndi yalnız onu deyə bilərəm ki, kimsə bəzilərinin dediyi kimi “Zirə”dən kənarlaşdırıldığımı düşünməsin. “Astra” ilə cavab oyunundan sonra paltardəyişmə otağında söhbət oldu və özüm bütün komandanın qarşısında dedim ki, sabahdan gəlməyəcəm. Sözümü dedim, çantamı yığdım və getdim. Futbolçulardan maraqlana da bilərsiz. Dediyimin üstündə durdum və səhər komandaya qoşulmadım. Sonradan arxamca “Rəşadı qovduq, Rəşad qovuldu” demək kimlərinsə zəifliyidi.
- Müsahibənin əsas hissəsinə keçək. “Neftçi”də vəziyyət necədi?
- İki gündü məşqlərə başlamışam. Allaha şükür, hər şey yaxşıdı. Vəziyyətdən çıxmaq üçün durmadan çalışırıq.
- Çiyinlərində illərin təcrübəsi gəzir. Çox çətinliklər görmüsən, belə durumlarla üzləşmisən. Səncə, “Neftçi”də əsas problem nədi?
- Açıq deyim ki, heyətdəkilər heç də zəif futbolçular deyil. İstər yerlilər olsun, istər legionerlər. Yəni avrokuboklara vəsiqə verən yerlərdən biri üçün mübarizə apara biləcək kollektiv var. Əsas problem komandada ruh düşkünlüyünün olmasıdı. Sanki futbolçular öz gücünə inanmır, təzyiqlərə tab gətirə bilmirlər. İlk növbədə qalib ruhu yaradılmalıdı, kollektiv ailə kimi möhkəmlənməlidi. Tərlan müəllim hazırda bunun üzərində çalışır. Buna qədər “Neftçi” oyuna çıxmamış uduzurdu. Yəni bu, kənardan açıq-aşkar görünürdü.
- Ayyarım futboldan kənar qalmağın fiziki durumuna təsirsiz ötüşməyə bilməz.
- Təbiidi. Amma durumum acınacaqlıdı desəm, yalan olar. Əsas artıq çəkidi ki, o da məndə yoxdu. Bir az oyun təcrübəsinin yoxluğu hardasa mane olur. Məşq edirəm, hazırlaşıram, görək nə olur. Qərar Tərlan müəllimindi.
- Həftəsonu “Zirə”yə qarşı oynaya biləcəksən?
- Ona baş məşqçi qərar verəcək. 5 dəqiqə oynayacam, yoxsa 50 dəqiqə, bəlkdə də 90 dəqiqə - bunu baş məşqçi məşqlərdə gördüklərinə əsasən müəyyənləşdirəcək. Bura “Neftçi”yə kömək etmək üçün gəlmişəm.
- Heç şübhəsiz, “Zirə”yə qarşı oynamaq üçün alışıb-yanırsan.
- Xeyr, qətiyyən. Alışıb-yanmaq hər oyunda var. Bunun üçün rəqibin adı önəm daşımır. Ona qalsa, “Qəbələ”dən ayrılmaq da mənim üçün gözlənilməz olmuşdu. O demək deyil ki, hansısa xüsusi hisslər keçirirəm. Mənim üçün əsas məqsəd “Neftçi”nin qələbələri sıralayıb, bu vəziyyətdən çıxmasıdı.
- “Neftçi”ni bu durumdan çıxarmaq üçün yalnız psixoloji durumu qaydaya salmaq lazımdı?
- Ən başlıca problem budu. Psixoloji durum qaydasında olmadığına görə oyun da alınmır. Futbolçu nə qədər əsəb keçirirsə, tələsirsə, bir o qədər oyununu itirir. Əksəri təcrübəli futbolçulardı, meydanda nə etmək lazım gəldiyini bilirlər. Dediyim kimi, əhval-ruhiyyə yüksəldilməlidi. Ümumi komanda olaraq səviyyə var. Əsas budu.
- “Neftçi”dən dəvət zəngi gələndə təəccüblənmədin?
- Təəccübləndim deməzdim, əksinə, çox xoş oldu. Belə durumda köməyimə ehtiyac duyulursa, deməli, bildikləri nəsə var. Elə yaşdayam ki, təkcə meydanda yox, meydandan kənarda da təcrübəmdən yararlanmalıyam. “Neftçi” kimi komandada futbolçularla danışan, komanda yoldaşlarının dərd-səri ilə maraqlanan təcrübəliyə ehtiyac olur. Çalışacam ki, bu mənada faydalı olum.
- Kapitan sarğısı Ruslan Abışovun qolunda qalacaq?
- Bu haqda heç bir söhbət olmayıb. Komandanın öz kapitanı var, hər şey qaydasındadı. Mən bura sarğı davası etmək üçün gəlməmişəm. Başımızı belə şeylərə qatsaq, uduzarıq. Kapitanın kim olması önəmli deyil. Əsas qələbələr qazanmaqdı.
- Bildiyimə görə, “6”nı geyəcəksən. Pavel Dreksadan özün xahiş etdin, yoxsa necə?
- Rəhbərliklə “6” ilə bağlı söhbətim oldu. Özləri də bilir ki, 20 ildi həmişə bu nömrəni daşımışam. İstər yığmada, istərsə də klublarda. Sağ olsunlar, özləri Dreksa ilə danışdılar. O da sağ olsun, böyük məmnuniyyətlə razılaşdı.
- Yenidən “Neftçi”də oynamağın həm də karyeranı məhz ölkənin ən köklü klubunda başa vurmaq baxımından xeyrinə olacaq.
- Düzü, özüm də bu haqda düşünürəm. “Futbolçu ömrü az olur” deyirlər. Vaxtilə gəldiyimiz kimi, getməyə də hazır olmalıyıq. Artıq son illərdi. Bir, uzağı iki il oynayıb karyeramı başa vuracam. İnşallah, bu, “Neftçi”də baş tutar.
- Azarkeşlərə sözün var?
- Azarkeşlər məni, mən də onları yaxşı tanıyıram və başa düşürəm. Onlar hər zaman irəlidə olan “Neftçi” görməyə alışıblar. Biz bura “Neftçi”ni bu vəziyyətdən çıxarmağa gəlmişik. Əlimizdən nə gəlirsə, edəcəyik. Belə qala bilməz. Sadəcə, bir az səbr etsinlər. Bilirəm, 2-3 ildi dözürlər, səbirləri tükənib. Bir az vaxt versinlər, dəstək olsunlar. İnşallah, onların üzünü güldürəcəyik.
- Əsas sual az qala yadımdan çıxacaqdı. Elxan Abdullayev “Neftçi”dən ayrılandan sonra verdiyi müsahibədə uğursuzluğun səbəbi kimi şəraitsizliyi və qənaət rejimini göstərmişdi. “Bazadakı televizorlar işləmir” ifadəsi dediklərindən yalnız biridi. Həqiqətənmi belədi?
- Elxan Abdullayev o sözləri niyə deyib, hansı əsasla deyib, bilmirəm. Amma şərait baxımından heç bir problem yoxdu. Futbolçunun istədiyi nədi? Maaş, qidalanma, məşq etmək üçün meydança və qalmağa rahat yer. Allaha şükür, hamısı var. Gələndən uşaqlarla danışıram, problemlərlə maraqlanıram, hələ bir nəfər pulsuzluqdan, şəraitsizlikdən gileylənməyib. Hər ay maaşlar vaxtında verilir. Qidalanmada qətiyyən problem yoxdu. Naharda, şamda 5-6 cür yemək təklif olunur. Qalmağa da yerimiz var, məşq etməyə də. O ki qaldı bazadakı şəraitə, televizorlar işləyir. Kondisionerlər dayanmadan işləyir, hərdən özümüz söndürürük ki, çox soyuq olmasın (gülür). Elxan Abdullayev niyə elə danışıb, onu özü yaxşı bilər. Amma futbolçu kimi mən elə bir problem görmürəm. Bir də ki, uğur qazanmaq üçün televizorun işləyib-işləməməsinin nə dəxli var? Onda Tovuzda, Gəncədə oynayan futbolçular nə etsin?
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar