10 sen 18:45aktual

Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub

Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub
Nail Kərimov: “Özümüzdən güclü komandalarla mübarizə aparıb uduzmaq daha faydalıdı”
“Qəbələ”nin müxtəlif yaş qrupları üzrə komandaları tez-tez ölkə xaricində mini-turnirlərə qatılır. Bu da yeniyetmələrin dünya arenasına çıxması, təcrübə qazanmaları üçün önəmli addımdı. Bu yaxınlarda klubun U-13 komandası Koreyanın Kyoncu şəhərində keçirilən beynəlxalq turnirə qatıldı. Yaponiya “Nara”sını 4:1 hesabıyla məğlub edən “qırmızı-qaralar” ardınca İspaniya “Selta”sına və yerli “Çonqyonq”a 0:2 hesabıyla məğlub oldu. “Qəbələ” son iki oyunda Yaponiya “Vejitto”su (2:2) və Tayland BCC-si (3:3) ilə heç-heçə etdi. Turnirlə bağlı təəssüratlarını öyrənmək üçün “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovla danışdıq: “Səviyyəli turnir idi. İştirakçılar yetərincə güclü komandalar idi. “Selta”nı xüsusi fərqləndirə bilərəm. Koreya “Çonqyonq”u da yaxşı komandaydı. Finalda “Santos” “Selta”ya 5:0 hesabıyla qalib gəldi. Onlar, ümumiyyətlə, tam fərqli futbol sərgiləyirdilər. Braziliyalılar elə oynayırdı ki, sanki 5-10 ilin oturuşmuş komandasıdı. Taktiki tapşırıqları dəqiq yerinə yetirirdilər. Demək olar ki, “Selta”ya göz açmağa imkan vermədilər. Şərait yaxşı idi. Meydançaların durumu yaxşı vəziyyətdəydi. Şəhərin əsas stadionundan əlavə futbol parkı var. Burda 6 standart futbol meydançası var. Bizim üçün fərq ondan ibarət oldu ki, turnir 11-11-ə keçirilirdi. Biz isə çempionatda 9-9-a oynayırıq. Meydançanın ölçüsündə də bir qədər fərq var idi. Biz avqustun 1-dən bu yeniliklərə hazırlaşmışdıq. Təxminən 20 gün vaxtımız oldu. Ümumi rəqabətin səviyyəsindən razı qaldıq. Gözlədiyimiz keyfiyyəti ala bildik. Heç vaxt zəif turnirlərə qatılmırıq. Nadir hallarda olur ki, hansısa yarışda yer tutaq. Bizim üçün belə yaxşıdı. Özümüzdən güclü komandalarla mübarizə aparıb uduzmaq daha faydalıdı. Belədə səhvlərimizi görə bilirik. Bu yaş qrupumuz yaxşı kollektivdi. Seçmə uşaqlarımız var. Rəqiblərə taktiki planda uduzurduq. Bizim üçün vacib olan istedadlı futbolçularımızı görə bilmək idi. Kimin nəyə qadir olduğunu gördük. Potensialına ümid etdiyimiz futbolçular sınaqdan üzüağ çıxdı. Hətta “Selta”nı udsaydıq belə, deməyəcəkdim ki, biz onlardan güclüyük. Onsuz da bu gün üçün hədəfimiz İspaniya klublarını üstələmək deyil. Biz öz səviyyəmizə yaxın olan ölkələrin klublarına çatmağa çalışırıq. Komandamızın baş məşqçisi Namiq Əliyevdi. O, ötən mövsüm U-11-i çalışdırırdı. Bu mövsüm U-13-ün baş məşqçisi kimi fəaliyyət göstərəcək”.
Bir çox klublar skaut sistemindən istifadə edərək müxtəlif ölkələrdən istedadlı yeniyetmələri akademiyalarına cəlb edir, onları əsas komandaları üçün yetişdirir. Maraqlıdı, “Qəbələ” bu sistemdən niyə istifadə etmir? Kərimovu dinləyək: “FİFA-nın hazırkı qaydaları bunu tələb edir ki, 19 yaşa çatmamış futbolçu başqa ölkənin klubunda oynayırsa, mütləq valideynlərindən ən azı biri onunla həmin ölkədə yaşamalı və işlə təmin olunmalıdı. Bu da həmin ailə klubun məxsus olduğu ölkəyə köçməsi müqabilində reallaşa bilər. Köçün səbəbi klubdusa, bu qayda pozuntusu sayılır. Bir neçə il əvvəl “Barselona”ya qoyulan transfer qadağası bu qaydalara riayət etməməsiylə bağlıydı. 50-yə yaxın futbolçusuna 1 illik oynamamaq cəzası verilmişdi. Biz 18 yaşına çatmamış hansısa əcnəbini qeyri-leqal yolla akademiyamıza cəlb etmək fikrində deyilik. Hansısa əcnəbi burda yaşayırsa, onun övladı oynaya bilər. Bir neçə dəfə belə variant olub. Bu durumu götür-qoy etmişik. Fikirləşmişik ki, “11-lik”də əcnəbinin uşağına verilən yer itirilmiş ola bilər. Çünki əcnəbi vətəndaş ölkəmizi tərk etsə, övladını da aparacaq. Belədə onun yerinə hansısa azərbaycanlını oynatmağı məqsədəuyğun sayırıq. Bir neçə dəfə ölkəmizlə bağlılığı olan ukraynalı və dağıstanlı yeniyetmələrin akademiyamıza cəlb olunmasını sınaqdan keçirmişəm. Belə fikirləşirəm ki, indi buna ehtiyac yoxdu. Yaxşı olar ki, elə öz futbolçularımızı yetişdirək”.
Fürsətdən istifadə edib, akademiyanın yataqxanasında görülən işlərlə maraqlandıq: “Hazırda iş yüksək sürətlə gedir. İlin sonuna kimi yataqxana binasına köçəcəyimiz gözlənilir. Ancaq köçməmişdən əvvəl binanı sınaqdan keçirəcəyik. Hər şeyin yerində olduğunu dəqiqləşdirdikdən sonra binaya köçəcəyik. Bütün lazımi avadanlıqlar gətirilib. Binanın tikintisi tam başa çatdıqdan sonra mebellərin düzülməsi, interyer işlərinə keçəcəyik”.
Ronaldinyo Futbol Akademiyasın da hələ fəaliyyətə başlamayıb. Halbuki yeni dərs ilindən “sehrbaz”ın adını daşıyan akademiyanın fəaliyyət göstərəcəyi gözlənilirdi. Nail bəy ləngimənin səbəbini belə izah etdi: “Ötən ilin oktyabrında Ronaldinyonun nümayəndə heyəti ilə Bakıda görüşəndə memorandum imzalandı. Sentyabrın 1-də məktəbin açılışını etmək niyyətimiz var idi. Daha sonra bu ilin martında Dubayda bununla bağlı müqavilə imzalandı. Bu anlaşmaya əsasən gələn il aprelin ilk günlərində məktəbin açılışı olmalıdı. Artıq yer seçimini, demək olar ki, etmişik. Ancaq məsələ tam təsdiqini tapmadığından məktəbin harda yerləşəcəyini indi sizə deyə bilmərəm. Artıq layihəmiz hazırdı. İcraçı şirkət də inşaata başlamağa hazırdı. Prosesin gedişində bizdən asılı olmadan gecikmə ola bilər. İşin tez yekunlaşması da mümkündü. Futbolçu seçimi aparılmayıb. Qarşıdakı günlərdə bununla bağlı marketinq planı hazır olacaq. Bundan sonra elanlar olacaq və müraciətləri qəbul etməyə başlayacağıq. Onu da qeyd edim ki, Ronaldinyo Futbol Akademiyası bizim akademiyamızdan fərqlidi. Burda müraciət edən bütün uşaqlar qəbul olunacaq. Bunu bir növ klubun Bakıdakı bazası kimi də dəyərləndirə bilərik. İstedadlı uşaqları müəyyən yaşadək burda yetişdirib, daha sonra akademiyamıza göndərməyi planlaşdırırıq. Bəzən paytaxtdan müraciətlər alırıq. Valideynlər uşaqlarını akademiyamıza yazdırmaq istəyir. Ancaq biz erkən yaşda uşağın valideyndən uzaq düşməsini istəmirik. Çünki bu, psixoloji olaraq ona mənfi təsir göstərə bilər. 14-15 yaşınadək valideynlərinin yanında böyüməsi məqsədəuyğundu. Ancaq burda da ciddiyət, işə yanaşma məsuliyyəti Qəbədəki kimi olacaq. Müqaviləyə əsasən Ronaldinyo Futbol Akademiyasında 2 braziliyalı məşqçi çalışacaq. Tələb çox olsa, yerli məşqçilər də akademiyada fəaliyyət göstərəcək”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar