10 sen 15:38aktual

Aqolli “Çelsi”yə qarşı oynamayacaq

Aqolli “Çelsi”yə qarşı oynamayacaq
“Roma” ilə görüş üçün 7 mindən çox bilet satılıb
“Qarabağ” sabah Londona yola düşəcək. “Çelsi” ilə səfər matçı ərəfəsində yeganə qanqaraldıcı xəbər Ansi Aqollinin zədələnməsiylə bağlıdı. Müdafiəçi Albaniya millisinin düşərgəsində olarkən zədə alıb. Aqollinin Makedoniya ilə səfər matçının 73-cü dəqiqəsində, komandası hesabda 1:0 öndəykən Memola ilə əvəzləndiyini, bundan cəmi 5 dəqiqə sonra meydan sahiblərinin penaltidən vurduğu qolla hesabı bərabərləşdirdiyini xəbər vermişdik. Həkimlərin ilkin müayinəsindən sonra Ansinin azı bir həftə-on gün topa toxuna bilməyəcəyi aydınlaşıb. O, “Qarabağ”ın məşqlərinə qatılmır. Müdafiəçinin zədəsinin ciddiliyi və nə vaxt məşqlərə başlaya biləcəyi dərin müayinədən sonra müəyyənləşəcək.
“Roma”yla oyuna bilet satışı ilə bağlı xəbər var. Cümə axşamı günün ikinci yarısında, konkret saat 17.00-da satışa çıxarılan biletlərin elə həmin gün 5-6 saat ərzində 3 mininin sahibinə qovuşduğu məlum idi. Dünən klubdan öyrəndik ki, günorta saatlarına kimi bu rəqəm 7 mini ötüb.
Tələbatın böyük olduğunu millət vəkili Aydın Mirzəzadənin “feysbuk” şəbəkəsində paylaşdığı statusdan da görmək mümkündü. Düzdü, deputat “ASAN Xidmət”in Yasamal filalında xoşagəlməz halla qarşılaşıb. Belə ki, o, filialın binasında yerləşən bilet kassasının qarşısında 4 saat növbədə dayanmalı olub: “Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra "Qarabağ" - "Roma" oyununa bilet aldım. Bileti “ASAN Xidmət”in Yasamal filialının binasında yerləşən bilet kassasından əldə etdim. Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar. Bilet satışını həyata keçirən firma bu işi daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular. Satıcı qıza xüsusi təşəkkür düşür, o çox səbirlə işləyirdi və böyük növbəyə görə nahara getmədi”.
Bu arada “Çelsi”nin sabiq baş məşqçisi Avraam Qrantın Azərbaycana səfərinin səbəbi müəyyənləşib. Bu barədə Yakub Jezniçak Polşa mətbuatına məlumat verib. İsrailli mütəxəssis “Qarabağ”ın müdafiəçisinin dəstək verdiyi layihə üçün ölkəmizdə olub. Müdafiəçi sabiq komandası “Legiya”nın əlil azarkeşləri üçün hazırlanan xeyriyyə layihəsində Qrantdan kömək istəyib. 13 il formasını geyindiyi Polşa klubunu hələ də unutmayan 31 yaşlı müdafiəçi “Legiya”nın “Əlil fanatlar” qrupu ilə növbəti dəfə görüşüb. Polşa millisinin sabiq oyunçusu onun üçün əziz olan qrupun 15 üzvünü “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə sentyabrın 12-də keçirəcəyi səfər qarşılaşmasına dəvət edib. Bu layihədə ona Avraam Qrant da kömək edəcək. 62 yaşlı mütəxəssis bu yaxınlarda məhz futbolçu ilə layihəni müzakirə etmək üçün Bakıda olub. “Əlil fanatlar” qrupu ilə görüşdən məmnun ayrılan Jezniçak sosial şəbəkə vasitəsilə onlara təşəkkür edib: “Hər birinizə təşəkkür edirəm. Məqsədim və arzum sizə dəstəyimi davam etdirməkdi. Londona getməyə hazırlaşırıq. Ümid edirəm ki, bu, bizim birgə sonuncu fəaliyyətimiz olmayacaq”.
Qeyd edək ki, Yakub Jezniçak 2004-17-ci illərdə “Legiya”nın formasını geyinib. Bu klubun sadiq azarkeşləri hesab edilən “Əlil fanatlar” qrupu isə 2006-cı ildən fəaliyyət göstərir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar