10 sen 15:25aktual

“Milli Dəstə” ilə “İmarət Avropa” “Stemford Bric”də “Qarabağ”a dəstək verəcək

“Milli Dəstə” ilə “İmarət Avropa” “Stemford Bric”də “Qarabağ”a dəstək verəcək
Onlar bilet əldə etmək üçün Bakıya gəlib
Bildiyiniz kimi, “Qarabağ” sentyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinə start verəcək. Son 4 ilin Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinə Londonda, “Çelsi”yə qarşı oyunla başlayacaq. 41631 tamaşaçı tutumuna malik “Stemford Bric”də təbii ki, “köhlən atlar”ı dəstəkləyən azərbaycanlı azarkeşlər də olacaq. “Zadəganlar” qonaqlar üçün 400 bilet ayırıb. Həmin biletlərin satışını UEFA-nın məsləhəti ilə “Qarabağ” tərəfi həyata keçirir. Deyilənlərə görə, artıq biletlərin əksəriyyəti satılıb. Təbii ki, matçı izləyənlər arasında ən çox İngiltərədə yaşayan həmyerlilərimiz olacaq. Amma Avropanın digər yerlərindən də soydaşlarımızın “Qarabağ”ı dəstəkləyəcəyinə şübhə yoxdu. Onların arasında “Milli Dəstə” və “İmarət Avropa”nın da üzvləri olacaq. Görəsən, onların sayı nə qədər olacaq? Azarkeş qrupları xüsusi hazırlıq görüblərmi? Bu suala özlərindən cavab aldıq.
Şamil Mustafayev (Milli Dəstə): “Bəli, bizim üzvlərimiz “Qarabağ” – “Çelsi” oyununda iştirak edəcəklər. Londonda yaşayan hardasa 20 üzvümüz stadionda olacaq. Hazırda onlardan biri Azərbaycandadı. O, Bakıya biletləri aparmaq üçün gedib. Biz “Qarabağ”la əlaqə saxladıq. Onlar bizə dedilər ki, biletlər oyundan bir gün öncə və oyun günü stadionda satılacaq. Amma biz risk etmək istəmədik. Ona görə də bir üzvümüzü Bakıya yolladıq. O, indi 16 bilet əldə edib. Oyun üçün xüsusi hazırlıq görməmişik. Şəxsən özüm viza probleminə görə qarşılaşmanı izləyə bilməyəcəm. Həmçinin sektor məsələsi ilə bağlı bir az problem var. Biletlərin üzərində yazılıb ki, ayaqüstə durmağa icazə yoxdu. Bununla bağlı “Qarabağ”a müaciət etmişik. Amma hələ bir cavab yoxdu. Oxşar problemlə “Fiorentina” – “Qarabağ” oyununda da üzləşmişdik. O zaman bizi qapıarxası boş tribunaya göndərmişdilər. “Stemford Bric”də isə bütün yerlər dolub. Bilmirəm, orda necə edəcəyik. Ola bilər ki, onlar bizə normal azarkeşlik etməyə icazə verməsinlər. Bu üzdən xüsusi nəsə hazırlaya bilməmişik. Standart şəkildə azarkeşlik etməyə məcbur olacağıq. Şüarlar və bəstələrimiz olacaq. Üzvlərimiz həm də özləri ilə “Milli Dəstə”nin şərflərini və bayraqlarını aparacaqlar. Bilirsiz ki, bu oyuna çox böyük maraq var. Bizim üçün ayrılmış biletlərin hamısının satılacağını düşünürəm. Biletlər bir az gec satışa çıxdı. Hamı istəyərdi ki, oyuna bir müddət qalmış bilet alsın. Hətta Amerikadan gələn bir həmyerlimiz var. Bizə müraciət etdi ki, onun üçün də bilet alaq”.
Natiq Babayev (İmarət Avropa) : “Bizim azarkeş qrupundan hardasa 25 nəfər matçda iştirak edəcək. Mən indi Bakıdayam, “Qarabağ” rəsmiləri ilə danışacam. Biletləri hələ əldə etməmişik. Bildiyimiz qədər biletlərin bir hissəsi Bakıda satılır, bir hissəsi də oyundan öncə və oyun günü Londonda satılacaq. Çalışacağıq ki, sabaha (bu günə) kimi biletləri əldə edək. Çünki biz Avropada hər zaman “Qarabağ”i dəstəkləmişik. İndi də dəstəkləmək istəyirik. Ümidvaram ki, biletləri əldə edəcəyik. Xüsusi hazırlıq görməmişik. Ola bilər ki, bunu uşaqlarla müzakirə edək. Həmişəki şüarları səsləndirəcəyik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar