08 sen 14:13aktual

“Asan Xidmət” “Neftçi”nin qarşısına tələb qoymayıb

“Asan Xidmət” “Neftçi”nin qarşısına tələb qoymayıb
Ölkənin ən köklü klubuna pul xərcləmək istəyən tapılmır
Ötən mövsümü boşa verən “Neftçi”də hələ də işlər qaydasında getmir. Artıq üç tur geridə qalsa da, “ağ-qaralar” 1 xalla “Kəpəz”lə sonuncu iki pilləni bölüşür. Görünür, klubdakı qeyri-müəyyənlik və uğursuzluq bir çox məsələlərə sirayət edib. Məsələn, son turda meydana çıxan 8 komandadan altısının üzvlərinin futbolkası qarşısında kluba sponsorluq edən şirkətlərın adları yazılmışdı. Bu mənada yalnız “Səbail”lə “Neftçi”ni fərqləndirmək olardı ki, SOCAR-dan maliyyələşən bu iki komanda sponsorunu reklam etməyə ehtiyac duymur.
“Səbail” yeni yaranıb, məlum durum anlaşılandı. Amma söhbət “Neftçi”dən gedirsə, diqqətçəkən məqam özlüyündə böyük sual doğurur. Müstəqillik tarixindən bu yana “ağ-qaralar”ın geydiyi futbolkaların önündə “Riad”, AZNEZ, SOCAR adlarını görmüşük. Son vaxtlar isə “Asan Xidmət” adı həkk olunmuşdu. Təxminən 2 il əvvəl bu qurumla müqavilə bağlanmışdı və “Asan Xidmət” klubun titul sponsoru sayılırdı. Bildiyimizə görə, klubla şirkət arasında anlaşma müddəti hələ də davam edir və gələn ay başa çatacaq. Belədə “Asan Xidmət”dən imtina edilməsinin səbəbi nədi? Ya da yeni sponsor varsa, onun adı niyə yazılmır? Halbuki pul xərcləyən hər bir sponsor reklam olunmasını istəyir. Buna görə də əlini cibinə atır.
Mövzuya yenidən qayıtmağımız bir ay əvvəl klubdan verilən “yeni sponsorla danışıqlar gedir, çox güman, həmin şirkətin adı yazılacaq” açıqlamasına görədi. Xeyli vaxt ötsə də, hələ ki hansısa sponsorun adı çəkilmir. “Neftçi”nin oyunçuları “Sumqayıt” önünə yenə üzərində sponsor şirkətin adı yazılmayan futbolkalarda çıxacaq. Niyə? Nə vaxta kimi? Suallara aydınlıq gətirmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Əfsərlini arasaq da, o bizə yeni məlumat verə bilməyəcəyini söylədi. Sonda bir qədər gözləməyi məsləhət gördü.
Belədə kluba yaxın mənbədən yeni məlumatlar almağa çalışdıq. Məlum oldu ki, “Asan Xidmət”lə bağlanan müqavilənin müddəti gələn ay bitəcək. Və həmin vaxtdan sonra şirkət “ağ-qaralar”ın əsas yox, adi sponsorlarından biri olacaq. Klub “Asan Xidmət”i reklam etməkdə davam edir. Məsələn, “Bakcell Arena”dakı reklam lövhələrində, həmçinin mətbuat konfransındakı stenddə şirkətin adı yazılıb. Həmçinin broşürlərdə və klubla bağlı digər sənədlərdə “Asan Xidmət” yazılır. Futbolkaların önündəki adın yoxa çıxması isə müqavilə şərtlərindəki boşluğa görədi. Yəni şirkətin rəsmiləri anlaşma imzalayanda futbolkalarla bağlı konkret şərt irəli sürməyib. Ona görə də klubun bu məsələdə öhdəliyi yoxdu. Olsaydı, təbii ki, “Asan Xidmət”in söz sahibləri “Neftçi” rəsmilərinin yaxasından yapışardı. Vəziyyət hələ ki belə davam edəcək. Yeni titul sponsor ilə müqavilə bağlanan günə qədər. O gün isə yaxında deyil. Çünki bir neçə şirkətlə danışıqlar davam etdirilsə də, üfüqdə işıq görünmür. “Neftçi”nin bu günündə ağlı başında olan heç bir pullu kişi kluba pul xərcləmək istəmir. Bu gedişlə “ağ-qaralar” mövsümü sponsor adı yazılmayan futbolkalarda başa vuracaq. Allahın yazığı gəlsin!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar