08 sen 13:14aktual

Vaqif Heydərli müştərisinin uğurlu olacağına inanır

Vaqif Heydərli müştərisinin uğurlu olacağına inanır
Həmit Altıntop Fəridə dəstək verib
Bu yay yerli futbolçular üçün legioner həyatı yaşamaq baxımından uğurlu oldu desək, yanılmarıq. Milli üzvlərindən Kamran Ağayev Çexiyaya, Araz Abdullayev Cənubi Kiprə, Rauf Əliyev isə Albaniyaya yollanmaqla yadda qaldılar. “Transfer pəncərəsi”nin bağlanmasına sayılı günlər qalmış daha bir futbolçumuzun ölkə xaricinə yollanması xəbəri yayıldı. Söhbət “Qəbələ” Futbol Akademiyasının yetirməsi, müxtəlif yaş qrupları üzrə yığmaların şərəfini qorumuş Fərid Nəbiyevdən gedir. Gənc futbolçu Çexiyanın aparıcı klublarından sayılan, paytaxt Praqanı təmsil edən “Slaviya” ilə 3 illik müqavilə bağlayıb.
Fəridin “Slaviya”ya transferində müstəsna xidməti olan agenti Vaqif Heydərlini arayıb, keçidin detalları haqda ətraflı bilgi almağı lazım bildik. Vaqif bəy Nəbiyevin hələ bir neçə il öncə Avropanın aparıcı klublarının diqqət mərkəzində olduğunu bildirdi: “Fərid gələcək vəd edən azsaylı gənc və perspektivli futbolçularımızdan biridi. Mən onu hələ ötən il ölkə xaricinə çıxarmaq istəyirdim. Sadəcə, həmin vaxt “Qəbələ” rəhbərliyi onun xidmətində maraqlı olduğundan gənc oyunçunu buraxmadı. Onu da qeyd edim ki, həmin ərəfədə Nəbiyevlə Avropanın aparıcı klubları maraqlanırdı. Bu yay artıq klub rəhbərliyi Fəridin ölkə xaricinə çıxmasına razılıq verdi və bundan da yararlandıq. Ona gələn təklifləri gözdən keçirib “Slaviya” varinatı üzərində dayandıq. Çox maraqlıdı ki, Praqa təmsilçisi müştərimi “transfer pəncərəsi”nin bağlanmasına 10 gün qalmış rənglərinə bağlamasına baxmayaraq, artıq bir neçə gündən sonra onun xidmətindən yararlandı. 18 yaşı tamam olmayan Nəbiyev U-19 komandasında da oynaya bilərdi. Ancaq “Slaviya” rəhbərliyi onu U-21 komandasının çempionat oyununda start heyətində meydana buraxmağa qərar verdi ki, bu da futbolçuya olan inamdan irəli gəlir. Fərid əsas komandanın məşqlərinə qatılır, ancaq hələ ki özünü tam göstərənə qədər 21 yaşadək futbolçulardan ibarət komandanın şərəfini qoruyacaq. Məşqlərdə özünü sübut etsə, yaxın vaxtlarda əsas komandanın da heyətində meydana çıxa bilər. 3 illik müqavilənin maliyyə şərtləri barədə ətraflı danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, anlaşmada qeyd olunan şərtlər gənc futbolçu üçün normaldı. O mövsümboyu özünü göstərəcəyi halda maaşı artacaq. Bundan başqa, onun keçidindən “Qəbələ” də xeyir götürəcək. Müqavilədə Nəbiyevi yetişdirən kluba müxtəlif bonuslar nəzərdə tutulub. Həmçinin gənc oyunçu gələcəkdə hansısa kluba satılacağı halda, “Qəbələ”yə də müəyyən faiz ödəniləcək”.
Müasir futbolda agentlər nəinki müştərilərini yeni iş yerləri ilə təmin edir, hətta onların məişət probelmlərinin həllini öz üzərinə götürür, futbolçunun fikrini yalnız məşqə və oyuna yönəltməsi üçün əllərindən gələni etməyə çalışırlar. Bəs görəsən, son illər ən uğurlu yerli agentlərdən olan Vaqif bəy bu yöndə Fərid üçün hansı addımlar atıb? Heydərlinin reaksiyası belə oldu: “Müştərim yeni klubu ilə müqavilə bağladıqdan sonra 4 gün onunla birgə Praqada qaldım. “Slaviya” rəhbərliyi Fəridin klubun akademiyasında məskunlaşmasına şərait yaratdı. Çox gözəl şəraitə malik akademiyada əsas komandaya namizəd olan gənc futbolçular üçün ayrıca otaqlar və kotteclər nəzərdə tutulub. Nəbiyev də orda qalacaq. Gənc oyunçunun dillə bağlı problemi yoxdu. O istər ingilis, istərsə də rus dilində fikrini normal şəkildə çatdıra bilir. Ən əsası Həmit Altıntopun “Slaviya”da olması Nəbiyev üçün müsbət məqamdı. Mən orda olduğum müddətdə təcrübəli türk futbolçu ilə bir neçə dəfə görüşdük, müəyyən məsələlər barədə fikir mübadiləsi apardıq. Həmit Fəridə bəzi dəyərli məsləhətlərini verdi və daim yanında olduğunu bildirdi. Ümid edirəm ki, yaxın vaxtlarda Nəbiyevin səsi-sorağı daha güclü klublardan gələcək. Onun potensialı buna imkan verir”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar