30 avq 20:32aktual

Azərbaycan topu dünya bazarına çıxmaq istəyir

Azərbaycan topu dünya bazarına çıxmaq istəyir
Günəş Xəlilov: “Özümüzdə bu məhsul olandan sonra yəqin heç kim kənara üz tutmaz”
Artıq bir neçə aydı ki, müxtəlif telekanallarda ALOFF topları reklam olunur. Dünən yerli məhsulun istehsalçısı olan“Askorp” MMC-nin satış müdiri Gündüz Xəlilovu aradıq. Gündüz bəy ALOFF-la dünya bazarına çıxmaq istədiklərini, Azərbaycan məhsulunu bir brend kimi tanıtmaq niyyətində olduqlarını bildirdi.
- Öncə ALOFF topları və şirkətiniz haqda məlumat verərdiz.
- ALOFF bir marka olaraq, “Askorp” MMC-nin istehsal etdiyi məhsuldu. Bu gün “Adidas”, “Puma”, “Nike” hansısa müəssisənin brendidisə, ALOFF da bizim şirkətin brendidi. Şirkət olaraq, bazarı araşdırdıq və gördük ki, bu gün istehsal etdiyimiz məhsula tələbat var. Araşdrıma zamanı bəlli oldu ki, bu məhsulla dünya bazarına da çıxa bilərik. Maraqlansaz, görərsiz ki, yapışdırma-lazer üsulu ilə hazırlanan topların istehsalı dünyanın yalnız üç ölkəsində - Pakistan, Tayland və Çində həyata keçirilir. Azərbaycan isə sayca 4-cü oldu. Hədəfimiz tək respublika daxilində satış yox, ölkə xaricinə də məhsul idxal etməkdi. Onu da bildirim ki, müəssisəmiz Sahibkarlara İnkişaf Fondunun dəstəyi ilə qurulub. Son illər ölkə futbolu inkişaf edir, köklü klublarla yanaşı, yeni-yeni klublar yaranır. Onların hamısına top lazımdı. Həmin topları isə klublar valyuta xərcləyərək ölkə xaricindən alırlar ki, bu da yetərincə böyük vəsaitin kənara çıxması deməkdi. Özümüzdə bu məhsul olandan sonra yəqin heç kim kənara üz tutmaz.
- ALOFF toplarına beynəlxaq qurumlar tərəfindən sertifikat verilib? Razılaşarsız ki, müfaviq sənədlər olmadan bazarda özünüzə yer edə bilməzsiz.
- Öncə respublika daxilini nəzərə alaraq, uyğunluq sertifikatı almışıq. Bundan başqa, gigiyenik və istehsalat sertifikatımız da var. Beynəlxalq bazara çıxmaq üçün İSO sertifikatı tələb olunur ki, bununla bağlı işlər son mərhələdədi. Bundan başqa, ALOFF toplarından istər premyer-liqa, istər dünya və Avropa çempionatı kimi böyük turnirlərdə istifadə olunması üçün təşkil olunan tenderlərə qatılmaq istəyiriksə, mütləq FİFA-nın uyğunluq sertifikatını da əldə etməliyik. Artıq ali futbol qurumu ilə danışıqlara start verilib. “Adidas”ın toplarından Çempionlar Liqasında, “Nike”ın məhsulundan isə premyer-liqada istifadə olunur. Dünya və Avropa çempionatlarında da “Adidas”ın toplarından istifadə olunur. Onlar öz məhsullarını bir brend kimi dünyaya tanıtmağı bacarıblar. ALOFF topları da keyfiyyətinə görə adını çəkdiyim brendlərdən heç nədə geri qalmır. Laboratoriyada yoxlatdırsaz, görərsiz ki, eyni xammaldan istifadə olunub. İstər topun dərisi, istərsə də içliyi “Adidas”da olduğu kimidi. Bayaq qeyd etdiyim kimi, dünyanın dörd ölkəsindən biriyik ki, toplarımız PVO yapışqanla lazer üsulu ilə yapışdırılır.
- Heç şübhəsiz, bazarda özünə yer etmək istəyən şirkət istehsal etdiyi məhsulu ictimaiyyətə tanıtmaq üçün müəyyən piar kampaniyalar aparmalıdı. Siz bu yöndə hansı layihələr həyata keçirmisiz və ya keçirməyi planlaşdırırsız?
- Mayın 19-da “Fairmont” otelində bizim 2017-ci il üçün təqdimat mərasimimiz keçirildi. Tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov, müxtəlif nazirliklərin nümayəndələri, Milli Məclis üzvləri və başqa qonaqlar qatılmışdı. Bəzi telekanallarda reklam çarxlarımız nümayiş olunur. Bundan başqa, şəhərin ən görməli yerlərində reklam lövhələrimiz quraşdırılıb. Xarici ölkələrdə də məhsulumuzu tanıtmaq yönündə müxtəlif layihələr həyata keçiririk. Ancaq təbii ki, ilk növbədə daxili bazarı düşündüyümüzdən daha çox ölkə ərazisində tanıtım işləri aparırıq.
- AFFA və PFL rəhbərliyi ilə görüşləriniz olub? Onlar daxili yarışlarda ALOFF toplarından istifadə etmək istəyirlər?
- Hər iki qurumun rəsmiləri ilə müntəzəm görüşür, müzakirələr aparırıq. Artıq aşağı yaş qrupları üzrə AFFA-nın bayrağı altında keçiriləcək yarışlarda ALOFF toplarından istifadə ilə bağlı razılıq əldə olunub. Bundan əlavə, suvenir topların satışı barədə də anlaşma var. Premyer-liqaya gəlincə, bu yalnız FİFA-dan lisenziya alınandan sonra mümkün olacaq. Bunun üçün isə təxminən 8 ay gözləmək lazımdı.
- Belə çıxır ki, növbəti mövsümdən premyer-liqa təmsilçiləri çempionatda ALOFF topları ilə oynayacaq.
- İnşallah. FİFA-dan lisenziya aldıqdan sonra məhsulumuzu Rusiya, Gürcüstan, Türkiyəyə də ixrac etmək fikirmiz var. Adını çəkdiyim ölkələrin futbol qurumları ilə də danışıq aparırıq.
- İstehsalınız tək futbol topları ilə yekunlaşmır. ALOFF markası altında basketbol və voleybol toplarının da reklam olunduğunu görmüşük.
- Basketbol toplarımız MBA standartlarına uyğun istehsal olunur. Voleybol toplarımız da Voleybol Federasiyasının tələb etdiyi standartlar əsasında hazırlanır. Həmin toplara da müfaviq beynəlxalq federasiyalardan sertifikat və lisenziya alınacaq. Bu sənədləri yaxın vaxtlarda əldə edəcəyik. Artıq məşq etmək üçün toplarımız Azərbaycan Voleybol Federasiyasına təqdim olunub.
- Sirr deyilsə, topların qiymətlərini də açıqlayardız. Bir də ALOFF toplarını almaq istəyənlər hara üz tuta bilərlər?
- Müəssisəmizin yanında satış dükanımız fəaliyyət göstərir. Əlavə olaraq, “Sədərək” Ticarət Mərkəzində yeni dükan açlıb. Ən qısa zamanda şəhərin mərkəzində də satış məntəqəmiz müştərilərə xidmət göstərəcək. Qiymətlərə gəlincə, ALOFF topları bu gün xaricdən gətirilən topların qiymətindən 25-30 faiz ucuz başa gəlir. Bu gün ayrı-ayrı brend dükanlarda satılan toplar dizayna görə fərqli qiymərlərə əhaliyə təklif olunur. Bizim qiymət siyasətimiz tam fərqlidi. ALOFF topları dizayından asılı olmayaraq, eyni qiymətə satılır.
- Sizin kolleksiyanıza diqqət yetirdikdə müxtəlif adda toplara rast gəlmək mümkündü...
- Azərbaycanı xaricdə tanıtmaq istəyiriksə, kolleksiyamız olmalıdı. Məhz bu səbəbdən ilkin olaraq, Qarabağ adlı kolleksiyamızı təqdim etmişik. Ondan başqa, Sport, Minimal, Ornament və Kids kolleksiyalarımız var. Bir sözlə, hər insanın zövqünü oxşayacaq toplar istehsal olunur. Bu gün Sport kolleksiyamıza təbii örtükdə, süni meydançada, futzalda istifadə olunan toplar daxildi. Ornament, Minimal, Qarabağ kolleksisiyasına daxil olan toplar suvenir kimi nəzərdə tutulub. Kids isə əsasən uşaqlar üçündü. Bu qrupa kiçik yaşlılara maraqlı gələ biləcək dizaynlı toplar daxildi.
RƏŞAD
Azərbaycan topu dünya bazarına çıxmaq istəyir
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar