28 avq 21:59aktual

Elxan Abdullayev Elşad Əhmədovun cavabını verdi

Elxan Abdullayev Elşad Əhmədovun cavabını verdi
“Fiziki hazırlığı zəif olan komanda bunu edə bilməzdi”
“Neftçi” – “Kəpəz” qarşılaşmasından sonra “ağ-qaralar”a müvəqqəti baş məşqçi təyin olunan Elşad Əhmədovun dedikləri diqqəti çəkdi. Bəndənizin “bu gün “Neftçi”nin problemi nədi” sualına baş məşqçinin cavabı belə olmuşdu: “Burda olduğum cəmi 3 gündü. Gördüklərimə əsasən onu deyə bilərəm ki, əsas çatışmazlıq fiziki hazırlıqdı. Gücləri 60 dəqiqə oynamağa bəs edir. Bu gün də gördüz ki, mövqeləri vaxtında bağlaya bilmirdilər. Taktiki tapşırıqları yerinə yetirmək üçün futbolçu gümrah olmalıdı. Di gəl, yorğunluq var”.
Vəziyyətin bu həddə çatmasının səbəbkarı, təbii ki, Elxan Abdullayev və onun fiziki hazırlığa cavabdehlik daşıyan köməkçisidi. Elşad bəyin dediklərindən belə çıxır ki, “Neftçi” yay fasiləsində fiziki hazırlığa ya önəm verməyib, ya da tapşırıqlar düzgün yerinə yetirilməyib. Deyilənlərə Elxan Abdullayevin də cavabı olmalıdı. Bu məqsədlə “ağ-qaralar”ın sabiq çalışdırıcısıyla əlaqə saxladıq. Söhbətə isə başqa suallarla başladıq.
- Necəsiz, haralardasız?
- Hər şey qaydasındadı, çox sağ olun. Bakıdayam, ailəmin, dostlarımın yanında.
- “Zirə” – “Sumqayıt” görüşünü canlı izlədiz.
- Hə, Zirəyə getmişdim.
- Nə əcəb o boyda yolu qət edib ora getdiz?
- Nə əcəb deyəndə ki, futboldu da. Maraqlı oyun idi, gedib baxdım. İşimiz budu. Məncə, pis iş görməmişəm (gülür).
- Zirədən də birbaşa Suraxanıya yollandız?
- Yox, ora gedə bilmədim.
- Niyə? İşinizdi axı.
- Gec idi deyə televizorda baxdım.
- Bəs bir gün əvvəlki “Neftçi” – “Kəpəz” oyununda hardaydız?
- Bu oyuna da televizorda baxdım.
- Komandadan ayrılanda mətbuata açıqlama vermişdiz və “Neftçi”yə uğurlar arzulamışdız, sizə doğma olduğunu demişdiz. Belə vəziyyətdə “Bakcell Arena”ya gəlib dəstək vermək olmazdı?
- Nədənsə televizorda baxmağı üstün tutdum.
- Məsələn, “Neftçi”ni “Forza Neftçi”lilərlə birgə dəstəkləyə bilərdiz.
- Bu dəfə alınmadı, sağlıq olsun, gələn oyunlarda gələrəm.
- “Neftçi”nin oyunlarına?
- Əlbəttə. Niyə gəlmirəm ki, ya da niyə gəlməməliyəm?! Düşmən deyilik ki.
- Yığmadakı işinizlə bağlı hansısa yenilik var? Yenidən Robert Prosineçkinin köməkçisi olmağı nəzərdə tuturam.
- Hələ ki heç nə yoxdu.
- AFFA-nın baş katibi Elxan Məmmədovla, yaxud Prosineçkinin özüylə danışmamısız?
- Məsləhət bilsələr, dəvət edərlər. Məsləhət deyilsə, çağırmayacaqlar. Gedib deyə bilmərəm ki, məni yığmaya götürün.
- Bir məqam var ki, yığmadan ayrılmaq qərarını siz vermişdiz. Qayıtmaqla bağlı addımı da siz atmalısız, ata bilərsiz.
- Əlbəttə, yenidən qayıtmaq, işləmək istərdim. Amma hər şey heç də məndən asılı deyil. Uzun illər millidə işləmişəm. Şükürlər olsun, tanıyırlar, bilirlər. Məsləhət olsa, yenidən dəvət edərlər, məmnuniyyətlə işləyərəm. Kim işsiz qalmaq istəyir ki?
- Maraqlıdı ki, gedişinizdən sonra boş qalan yerə heç kim cəlb olunmayıb.
- Mən Şimali İrlandiya ilə oyundan sonra getdim. O vaxtdan bu yana milli yığışmamışdı. İndi bir araya gəlirlər. Rəhbərlik və baş məşqçi necə istəsə, elə də olar.
- Amma Norveçlə oyunu izləmək üçün səfərə yollana bilərsiz.
- Elə rahat danışırsız, elə bil Norveç burdan-buradı, Biləcəridi, Zirədi (gülür).
- Çətin məsələ sayılan vizanız var. Qalır bileti alıb havaya qalxmaq. Çətin nə var?
- Söhbət getməkdə deyil e. Uzun yoldu, əvvəldən hazırlaşmalısan, bilməlisən nə var, nə yox.
- Uzun illər yığmada çalışdığınızı dediz deyə, azarkeş kimi yollana biləcəyinizin mümkünlüyünü soruşdum. Ən azı məşqçilər heyəti və futbolçulara uğurlar arzulayıb, tribunadakı yerinizi tuta bilərsiz.
- Bilmirəm, bu suala necə cavab verim. Hər şey düşündüyünüz, bildiyiniz qədər asan deyil.
- Keçək əsas məsələyə.
- Hansı məsələyə?
- Elşad Əhmədovun “Kəpəz”lə oyundan sonra fiziki hazırlıqla bağlı dediklərinə. Açıqlama ilə tanışsız?
- Mənə elə gəlir ki, Elşad müəllimin fikirləri təhrif olunub. Elə söz dediyinə inanmıram. Münasibətimiz elə deyil ki, arxamca nəsə danışsın. Oyuna baxanlar gördü ki, son 10 dəqiqədə “Neftçi” “Kəpəz”i “sıxmışdı”. Rəqib futbolçular topu cərimə meydançasından çıxara bilmirdilər. Yəni sona yaxın o dərəcədə aşkar üstünlük var idi. Fiziki hazırlığı zəif olan komanda bunu edə bilməzdi. Amma yenə o fikirdəyəm ki, Elşad müəllimin fikirləri təhrif olunub.
- Özüm orda olmuşam, sualı da mən vermişəm. Təhrif-filan olmayıb. Sizə dediklərimi dilinə gətirib.
- Hazırda baş məşqçi odu. Bəlkə də o elə hesab edir. Fiziki hazırlıq aşağı səviyyədədisə, problemi aradan qaldırmağa kifayət qədər vaxtı olacaq.
- Baş məşqçi postunda Elşad Əhmədov qalmayacaq ki. Rəhbərlik mütəxəssis axtarışındadı.
- Kimin adını çəkirlər? Kim gələ bilər?
- Məndə olan məlumata görə, Tərlan Əhmədovla Ağasəlim Mircavadovun namizədliyi irəli sürülüb. Qərar sabah (bu gün) verilməlidi.
- Kim gəlir-gəlsin, Allah köməyi olsun. Vallah, yaxşı komandadı, yaxşı futbolçular yığılıb. Nəticə vermək mümkünsüz deyil. Sadəcə, psixoloji problemi aradan qaldırmaq lazımdı. Ardıcıl 2-3 oyunda qalib gəlsələr, işlər qaydasına düşəcək. Uşaqlarda qələbə inamını qaytarmaq lazımdı. Baş məşqçi mənəm, yoxsa başqası – fərq etməz. Əsas odu, nəticə olsun. Olacağına da inanıram.
- Oyuna baxdığınızı dediz. Elşad Əhmədov nəyi dəyişmişdi?
- Həmkarlarımın işini mühakimə etməyi sevmirəm. Ordaydım, çatışmazlıqlarla bağlı danışırdım, fikir bildirirdim. İndi nəsə söyləməyim düzgün olmaz. “Neftçi”yə yalnız uğurlar arzulaya bilərəm. Bu komanda Elxanın, Elşadın yox, xalqındı.
- “Neftçi”də ömrünüzün 11 ayını itirdiz. Geriyə dönüb boylananda barmağınızı dişləyib, “kaş millidə qalaydım” fikrinə düşmürsüz?
- Allahın yazdığı qismət var. Nə məsləhətdisə, o da olur, olacaq. Deməli, mənə də belə yazılıbmış. Ona görə də heç vaxt atdığım addıma, verdiyim qərara görə təəssüflənmirəm. Olmalıydı, oldu, keçdi. Ola bilsin, nəsə alınmadığına görə təəssüflənirəm. Amma sırf “Neftçi”də çalışdığıma görə peşman deyiləm. Əksinə, bu yaşda yeni nələrisə öyrəndim. Həyat səhvlər üzərində qurulub, heç kim də bundan “sığortalanmayıb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar