27 avq 21:05aktual

Bəlkə “Neftçi”nin futbolçuları meydana lüt çıxsın?!

Bəlkə “Neftçi”nin futbolçuları meydana lüt çıxsın?!
Replika
Ötən həftə böyük ölkələrin liderlərinin, oliqarxlarının, alimlərinin, mafiozlarının, bekarçılıqdan İslam Həmrəyliyi Oyunlarına və Formula-1 yarışına Azərbaycanın büdcəsindən nə qədər vəsaitin sərf olunduğunu hesablayanların diqqəti Atakama səhrasının gözdən-könüldən uzaq guşəsinə yönəlmişdi. Məhz orda susuz çöllükdə planetin ən güclü eksratasenslərinin, tundra meşələrində əkdikləri otdan çəkib tez-tez tərkidünya olan şamanlarının, qara magiya üzrə 7-ci dan qara kəmər sahiblərinin, pulu olanda çayına qara atıb qaranlıq dünyanın sirlərini əvvəlcədən görən baxıcılarının bu il üçün sayca ikinci konfransı keçirilirdi. Tədbirə dəvətlilər dünyanı ağuşuna alan problemlərə münasibət bildirməli, Rusiya - Amerika qarşıdurmasının hansı yöndə inkişaf edəcəyini, Suriyada yaşanan müharibədə kimin qalib gələcəyini, planetin idman arenalarında hansı rekordların qeydə alınacağını əvvəlcədən söyləməli, dünya əhalisini bundan xəbərdar etməli idi.
Üç gün davam edən tədbirin ilk iki günündə yer üzərindəki savaşlar, münaqişələr, təbii fəlakətlər, qlobal istiləşmə əsas müzakirə mövzusu olub. Çoxsaylı çıxışlardan sonra şamanlarla cinçıxaranlar arasında narazılıq yaşanıb. Şamanlar İŞİD liderinin öldüyünü, cinçıxaranlar isə əksini söyləyib. Bundan başqa, Sibirdən və Şimali Amerikadan gələn qonaqlar əllərindəki qavallara dayanmadan döyəcləyərək Moskvada, Tümendə, Vladivostokda bu qış Şəmkir xiyarının yaxşı qiymətə satılacağını, bunun sayəsində də Azərbaycanın bu bölgəsində uşaq futbolunun dirçələcəyini bildiriblər. Kofe ilə fala baxanlar, yuxuyozma ilə məşğul olanlar isə çinlilərin şəmkirlilərin bazarını öldürəcəyini, qazandıqları milyonlar hesabına Messi və Ronaldonu yaxın vaxtlarda ölkələrinə aparacaqlarını iddia ediblər. Sonda tərəflər ortaq məxrəcə gələ bilmədiyindən konfrans iştirakçıları 2017-nin payız və qış mövsümü üçün yekun proqnoz verməkdə çətinlik çəkiblər.
Səmərəsiz keçən ilk iki gündən fərqli, tədbirin sonuncu günündə öncəgörənlər, cadugərlər, fala baxanlar, atılan zərin yerə düşməmişdən əvvəl nə verəcəyini gözüyumlu duyanlar bukmeker kontorlarının istəyini nəzərə alaraq yeni mövsümdə Azərbaycanın birinci dəstəsində hansı oyunların nəticələrinin əvvəlcədən razılaşdırldığını müəyyən etməli, Türkiyənin adından çıxış edən və bu yaxınlarda Londonda təşkil olunan atletika üzrə dünya çempionatında qızıl medal qazanan həmyerlimiz Ramil Quliyevin fərari olub-olmadığını müəyyən etməli (bunun üçün atletin Bakıda yaşadığı müddətdə qeydiyyatda olduğu rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin baş kahini də toplantıya dəvət olunmuşdu), 2017/18 mövsümündə qarşısına minimum avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan, lakin ilk iki turda xala həsrət qalan “Neftçi”nin durumuna aydınlıq gətirməliydilər. Tribunaya çıxmaq üçün alışıb-yanan Afrikanın baş cadugəri Orxayanes Özcibinidüşünüres bütün qara qitənin “qara qızıl”dan maliyyələşən “ağ-qaralar”ın qara taleyindən nigaran olduğunu bildirməklə yanaşı, böhrandan çıxış planının olduğunu bildirib. Və ardınca konfrans iştirakçılarına neçə müddəti üzərində işlədiyi, ağ vərəqin üzərinə qara hərflərlə yazdığı “mənim “ağ-qara” dünyam və ya necə edək ki, bizi söyməsinlər” adlı planını açıqlayıb. Tədbirdə iştirak edən hindistanlı tanış baxıcıdan əldə etdiyimiz bilgiyə görə, Orxayanesin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb: “Fikrimcə, bazada 16 televizorun işləməməsi “Qarabağ” və “Qəbələ” camiəsi tərəfindən “Neftçi” üçün hazırlanmış təxribat planının tərkib hissəsidi. Bunu etməsəydilər, bu gün “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməzdi. Futbolçulara verilən yeməklərin keyfiyyətsiz olması da öz sözünü deyir. Şorbanın Şimal Buzlu Okeanının sularında üzən ağ balinanın sol gözündən çəkilən yağdan hazırlanmaması “Qəbələ”də, “Sumqayıt”da, “Zirə”də özünə yer edə bilməyən, bir ara futboldan uzaqlaşan, sonradan Rusiyanın böyük şəhərlərindən birində şəhər sovetinin deputatı olan qaynatasının xahişi ilə komandaya cəlb edilən Tərzin Cahangirov və onun komanda yoldaşlarının bərbad çıxışına birbaşa təsir göstərir. Bundan başqa, “ağ-qaralar”ın rəhbərliyi əllərində olan “zaman maşını”ndan və SOCAR-dan verilən pulsuz yanacaqdan sui-istafadə edərək, komandanı gələcəyə aparmaq əvəzinə gah futbolçuları 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan kollektivin formasını geydirməklə oyunçuları Brejnev dövrünə, gah da “Neftçi”dən “90-cı illərə dönüş” adı altında kampaniyaya start verməklə kollektivi “sarı-qara”ya büründürüb Azərbaycan futbolunun “peraşki” dövrünə qaytarırlar. 5 ay ərzində bir ayağı 60-cı, bir ayağı 90-cı illərdə olan komandanın üzvlərindən isə bundan artığını gözləməyə dəyməz. Futbolçular haça-paça olduğundan, ayaqları aralı qaldığından, hansı nəslin yolu ilə getməli olduğunu bilmədiyindən gələn-gedən torbasını doldurur. Bütün bunları nəzərə alaraq, “qara qitə”nin futbolsevərləri adından təklif edirəm ki, rəhbərliyin qara günə qoyduğu “ağ-qaralar”ın futbolçuları meydana lüt çıxsın. Bəlkə onda “Neftçi”nin heyətində yer alanların fikri nə 60-cı, nə də 90-cı illərdə qalar, müasir futbolun tələblərinə uyğun oyun sərgiləyərlər, 90 dəqiqə ərzində heç olmasa, bir dəfə rəqibin cərimə meydançasına daxil olub qapıya normal zərbə endirərlər”.
Toplanıtının ilk iki günündə fikir ayrılığı səbəbindən ortaq məxərəcə gələ bilməyən qaranlıq dünyanın nümayəndələri Afrikanın baş cadugəri ilə həmfikir olduqlarını bildiriblər. Lakin konfrans iştirakçıları bu məsələdə xəstəliyinə görə toplantıya qatıla bilməyən, avqustun 28-də müalicəsini başa vuraraq iş başına qayıdacağı gözlənilən Şaulin Monastırının Azərbaycan üzrə nümayəndəsinin də mövqeyini öyərənməyi lazım biliblər. Hindistanlı mənbəmizin sözlərinə görə, fala baxanlar, uzaqgörənlər, rəml atanlar, gələcəyi dəyişə bilmək iqtidarında olanlar məhz bundan sonra “ağ-sarı-qaralar”ın gələcəyi ilə bağlı proqnoz verə biləcəklərini söyləyiblər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar