27 avq 20:59aktual

“İmarət Avropa”ın otel önündə şadyanalıq planı baş tutmayıb

“İmarət Avropa”ın otel önündə şadyanalıq planı baş tutmayıb
Vüsal Əhmədov: “Xəbər çatdı ki, guya “Kopenhagen”in ultrasları şəhərdə bizi axtarır”
“Kopenhagen” – “Qarabağ” oyunundan əvvəl sosial şəbəkələrdə və xarici mətbuatda elə yazılarla rastlaşırdıq ki, adama elə bilirdi çərşənbə günü “Parken” dağılacaq, tribunalarda iynə atsan, yerə düşməyəcək. Danimarka mətbuatı və futbolçuları yerli azarkeşlərin dəstəyini qabardırdı, bizimkilər isə viza və bilet davası edirdi.
Xaricdə yaşayan azərbaycanlılar elə hey bu matçdan bəhs edirdi. Biri bilet axtarırdi, bir başqası Kopenhagenə getməyə yol yoldaşı. Hələ həvəsə düşüb bileti “Qarabağ” rəhbərliyinin təşkil etməli olduğunu qeyd edənlərə də rast gəlirdik. Sanki çantaları hazırdı, bircə qalıb bileti göstərib stadiona daxil olmaq. Oyun vaxtı tam əksinin şahidi olduq. 38065 yerlik “Parken”ə cəmi 21222 nəfər təşrif buyurmuşdu ki, onlardan uzağı 500-ü bizimkilər olardı. Halbuki 1000-dən, 2000-dən dəm vururdular. Oyundan əvvəl pafoslu açıqlamalarla gündəmə gələnlər hara yoxa çıxdı? Stadionda olanlar kimlər idi? Niyə “Qarabağ”a lazımi dəstək verilmədi? Bu və başqa suallara cavab tapmaq üçün “İmarət Avropa”nın üzvü Vüsal Əhmədovla danışdıq. İsveçdə yaşayan həmyerlimiz öncə təmsil etdiyi fanklub üzvlərinin səfərindən söz açdı: “Kopenhagen”ə oyun günü, yerli saatla 4-də çatdıq. Dərhal komandanın məskunlaşdığı otelə yollandıq. Oyunçularla görüşüb, ürək-dirək verdik, uğurlar arzuladıq. Futbolçular avtobusdan düşəndə onları şüarlarla yola saldıq. Bizə xəbər çatdı ki, guya “Kopenhagen”in ultrasları şəhərdə bizi axtarır. Şəhərə yollandıq ki, görək bizi axtaran “qonaqpərvərlər” kimlərdi, nə demək, nə etmək istəyirlər. Amma qarşımıza heç kim çıxmadı. Təbii ki, klub şərfləri və bayraqları ilə “silahlanmışdıq”, bəstələr oxuyurduq. Oyuna az vaxt qalmış stadiona gəldik. Bu dəfə kütlə halında arenanın ətrafında dövrə vurduq, amma yenə qarşımıza çıxıb artıq-əskik söz deyən olmadı. Onsuz da hər şeyə hazır idik. Hər ehtimala qarşı üstümüzdə fanata lazım olan əşyalar götürmüşdük. Tribuna ikimərtəbəli olduğundan bizimkilərin çox hissəsi aşağıda, bir qismi də yuxarıda əyləşmişdi. Azarkeşlərdən heç kim özünü təqdim etmədi. Hamı yerində oturub oyunun başlamasını gözləyirdi. Türkiyə millisinin və müxtəlif klubların geyimlərində olanlar var idi. Cənubi azərbaycanlı, Kərkük türkmənləri, türk qardaşlarımız da “Qarabağ”ı dəstəkləyənlər arasındaydı. Bəsətələr hazırlamışdıq. Təəssüf ki, istədiyimiz effekti ala bilmədik. Üzdən oxuya bilmirdilər, oxumaq istəmirdilər, ya nədən – yekunda bəstə planımız alınmadı. Bəstələri boş verin. Ayağa qalxmağa, “Qarabağ” deyib qışqırmağa belə ərinirdilər. Çoxu sanki tamaşaya baxmağa gəlmişdi. Həmişə belə olur, ona görə də belələri bileti öz cibindən alsa, yaxşıdı. 25 avrosundan keçib bilet almayanlar çox şey itirdi. İndi 50-100 avro verib qrup oyunlarına baxacaqlar. Sizi inandırım, yanımızda elələri vardı ki, hakimin final fitindən sonra sevinəndə bizə tərs-tərs baxırdılar. Başa düşmürdülər ki, bu məğlubiyyət də bizi qrupa daşıyır. Vəziyyəti başa salandan sonra fəallıqları artdı, bizə qoşulub bayram etməyə başladılar”.
“Qarabağ”ı dəstəkləyənlərin təxmini sayı nə qədər idi? Bizimkilərin səsi niyə gəlmirdi? Vüsalı dinləyək: “Yuxarı-aşağı 800 nəfər olardıq. Onlardan 50 nəfəri “İmarət Avropa”nın üzvləriydi, yəni bizimlə gələn fəal azarkeşlər. Təsəvvür edin, 800 nəfər arasında bəstələri uzağı 100 nəfər oxuyurdu. Ona görə də effekti olmurdu, eşidilmirdi. Həm də yerli fəal fanatlar yer aldıqları tribunaya səsgücləndirici yerləşdirmişdilər. Həmin dinamiklərin hesabına səsləri bir az da gur çıxırdı”.
Xatırlayırsızsa, “İmarət Avropa”nın fəalı hələ matçdan əvvəl qəzetimizə açıqlamasında bildirmişdi ki, “Qarabağ” “Kopenhagen” səddini keçsə, otelin qarşısında çal-çağır olacaq, bayram bayrama qarışacaq. Əhmədov istəklərinin baş tutmamasının səbəbini böyük təəssüf hissiylə söylədi: “Oyun başa çatan kimi tez-tələsik “Qarabağ”ın qaldığı otelə, yəni günorta baş çəkdiyimiz məkana yollandıq. Hazırlaşdıq, planlarımızı qurduq. Oteldən bildirdilər ki, komanda bura qayıtmayacaq, stadiondan birbaşa hava limanına yollanacaq. Ordan dərhal hava limanına yollandıq. Orda da bəxt üzümüzə gülmədi. Komanda üzvlərini hamının girdiyi girişdən yox, hava limanının arxa, yəni ehtiyat qapısından buraxıb yola saldılar. Bizim ora getməyə icazəmiz yox idi deyə, görüşə, çal-çağır edə bilmədik. Eybi yox, əsas Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi ki, bunu da bacardılar. Çal-oynasını öz aramızda etdik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar