26 avq 02:17aktual

Dünya “Qarabağ”dan yazır

Dünya “Qarabağ”dan yazır
“Səfərdəki o 1 qol olmasaydı…”
Çərşənbə günü hamı “Qarabağ”dan yazırdı, danışırdı. Təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində. Səfərdə “Kopenhagen”ə məğlub olmasına baxmayaraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ağdamlıların uğuru sürpriz kimi dəyərləndirilir. Hər halda, xarici mətbuatda yazılanları oxuyanda buna şübhə yeri qalmır.
thesun.co.uk (İngiltərə): “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsindədi. Henrix Mxitaryan ümid etsin ki, “Mançester Yunayted” bu komandaya rəqib olmayacaq. Əks halda, bu rəqiblə səfərdəki qarşılaşmada siyasi durum üzündən meydana çıxa bilməyəcək. Çətin ki, “Mxi” iki ölkə arasında baş verən proseslərin diqqət mərkəzində olmasını istəsin. “Mançester Yunayted” 2-ci, “Qarabağ” isə 4-cü səbətdə yer alıb. Deməli, üz-üzə gəlmək şansları yox deyil. Müharibədən sonra Azərbaycan qapılarını ermənilərin üzünə bağlayıb. 2015-ci ildə “Borussiya” “Qəbələ”ylə oynayanda dortmundlular Henrixi Azərbaycana aparmağı lazım bilməmişdi. Ötən il Dağlıq Qarabağda atışma oldu, nəticədə 350-yə yaxın adam dünyasını dəyişdi. Bu, 27 illik münaqişənin davamıydı və bundan sonra həmin hadisələrin yenidən təkrarlanmayacağına heç kim zəmanət verə bilməz. Bu müddət ərzində neçə-neçə erməni idmançı Azərbaycandakı yarışlara qatılıb. Lakin heç bir insident baş verməyib. 2015-ci ildəki Avropa Oyunlarında Bakıya 25 erməni idmançı yollanmışdı. Heç bir problem olmadan yarışda iştirak edib, evlərinə qayıtdılar. Erməni nümayəndə heyəti orda fitə basılmışdı, başqa heç nə”.
repubblica.it (İtaliya): “Qarabağ” tarixində ən baxımlı məğlubiyyətə imza atdı. Hesabın 2:1 danimarkalıların xeyrinə olması Azərbaycan təmsilçisini məyus etmədi. Çünki bu, Bakıda 1:0 hesabıyla qələbə qazanan “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması demək idi. “Samtredia” ilə “Şerif”dən sonra “Kopenhagen”i də mübarizədən kənarlaşdıra bildilər. Meydan sahibləri 2:1-ə sevinsələr də, qonaqlar buna görə idman xoşbəxtliyinə minnətdarlıq etməlidilər”.
myfootball.ipb.su (İspaniya): “Qarabağ”lılar təsəvvür edə bilməzdi ki, məhz avqust ayında həmin “Kopenhagen”dən 19 il əvvəlki acı məğlubiyyətin əvəzini çıxa bilərlər. Azərbaycanlılar Kopenhagendə 1:2 hesabıyla məğlub olmasına baxmayaraq, klub tarixində ilkə imza atıb Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacardılar. Komanda tarixi ərzində ən biabırçı məğlubiyyətini məhz “Kopenhagen”dən, 1998/99 mövsümündə almışdı – 0:10 (0:6, 0:4). İndi “Qarabağ”lılar dünyanın ən xoşbəxt adamlarıdı”.
mundodeportivo.com (İspaniya): “Qarabağ” tarix yazdı. Bununla da onlar Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək. Ağdam təmsilçisi ölkəsinin tarixində mötəbər yarışın qrup mərhələsində mübarizə aparacaq ilk komandadı. Dino Ndlovu bu uğurun qazanılmasında böyük pay sahibi oldu”.
sports.ru (Rusiya): “Qarabağ” Çempionlar Liqasında. Hələ ki mövsümün sensasiyası budu. Bu komanda harda oynayır? Həqiqətənmi Dağlıq Qarabağda? “Qarabağ” rəsmən 1993-cü ildən işğal altında olan Ağdamı təmsil etsə də, məlum səbəblərdən Bakıda oynamağa məcburdu. Müharibə vaxtı Ağdam dağıdıldığından, komanda da dinc əhali kimi paytaxta köçməyə məcbur olub. Kluba Azərbaycan bazarının nəhənglərindən olan “Azərsun Holdinq” sponsorluq edir. Büdcə gizlədilsə də, 2015-in sonuna olan məlumatda rəqəm 12 milyon avro göstərilirdi. İndiyə artıq artmış olar. Komandanın baş məşqçisi 2008-ci ildən Qurban Qurbanovdu. Rusiyalı futbolsevərlərə “Fakel”, “Baltika”, Stavropol “Dinamo”su, “Volqar-Qazprom”dan tanış olmalıdı. Qurbanov 2012-ci ildə “Barselona”nın düşərgəsində təcrübəsini artıraraq Pep Qvardiola ilə həmsöhbət olmağa da imkan tapıb. “Qarabağ”ın heyətində əslən dağıstanlı olan, Rusiya pasportuna sahib Bədavi Hüseynov da top qovur. Həmçinin “Valensiya”nın yetirməsi Dani Kintana, Albaniya yığmasının üzvü Ansi Aqolli, “Birmingem”lə “Xetafe”də oynamış Miçel”.
ekstrabladet.dk (Danimarka): “Kopenhagen” Çempionlar Liqası ilə erkən vidalaşdı. Bu isə o deməkdi ki, o möhtəşəm himn cari mövsümdə bir də Kopenhagendə eşidilməyəcək. Ağlamaq yox, gülmək üçün cəmi 1 qol lazım idi. Lakin həmin qolu vuran tapılmadı. Santanderin zədələnib meydanı vaxtından əvvəl tərk etməsi Solbakkenə baha başa gəldi”.
dr.dk (Danimarka): “Kopenhagen şokda. Paytaxtın əsas təmsilçisi mübarizəni Çempionlar Liqasında yox, Avroliqanın qrup mərhələsində davam etdirəcək. Qalib gəldiyin, rəqibdən aşkar üstün göründüyün oyundan sonra təəssüflənmək ağır dərddi. Səfərdəki 0:1 hesablı məğlubiyyət bütün işləri korladı. “Kopenhagen”lilər çətin ki, özlərinə gəlsinlər. Rəqib əks-hücum taktikasından lazımınca yararlanıb istəyinə çatdı. Hər kəsin ümid yeri olan Santanderin gözlənilmədən zədələnməsi də gecənin şanssız anı idi”.
Cphpost.dk (Danimarka): “Kopenhagen” arzusunda olduğu Çempionlar Liqası ilə vaxtından əvvəl vidalaşdı. Bu isə o deməkdi ki, şəhərlilər mübarizəni Avroliqanın qrup mərhələsində davam etdirəcək. Səfərdəki o 1 qol olmasaydı, indi ÇL-lə bağlı gələcək planları “Qarabağ” yox, “Kopenhagen” quracaqdı. Rəqib Danimarkaya özünə sərf edən nəticə üçün gəlmişdi. Ona görə də məğlubiyyətə baxmayaraq, bayram edən onlar idi”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar