06 yan 19:40aktual, liqa

“Neftçi” dayanmaq bilmir

“Neftçi” dayanmaq bilmir
Çingiz Abdullayevin vədi heç yada düşmür

Qış hazırlığı prosesində ən fəal olanb klub “Neftçi”di. Bu da anlaşılandı. Beş futbolçunu - Krşevan Santini, Dario Melnyak, Vançe Şikov, Katalin Tira və Denilson Pereyranı hələ mövsümün gedişində yola salan baş məşqçi Elxan Abdullayev çempionatın birinci yarısı başa çatan kimi Jonas Pesallinin getmək istəyinə “hə” dedi. Çox keçmədən Eltun Yaqublunun karyerasını “Səbail”də, Elşən Abdullayevin isə “Qarabağ”da davam etdirəcəyi məlum oldu. Bu azmış kimi, komandanın kapitanı, yəni aparıcı oyunçusu Araz Abdullayev də ağ-qara formanı geymək istəyində olmadığını deyib, “Qəbələ” ilə müqavilə bağladı. Bir sözlə, altısı legioner olmaqla 9 nəfər “Neftçi”ni tərk etdi. 2016-nın son gününə qədər yalnız üçünün boşluğu aradan qaldırılmışdı. Namiq Ələsgərovu “Qarabağ”dan “qoparan” ağ-qaralar” Gürcüstan yığmasının üzvü Georgi Novalovskinin keçidini də həll etdi. Ardınca “Slovan”dan Zdenek Folprext icarəyə götürüldü. Lakin bu son deyil. Transfer çalışmaları ildırım sürəti ilə davam edir.
Errera və...
Yanvarın 3-də daha bir futbolçunun keçidi rəsmiləşdi. Bu, çilili hücumçu İqnasio Erreradı. 1987-ci ildə doğulan futbolçunun ilk peşəkar klubu 20 yaşında formasını geydiyi “Reyncers” olub. 21 yaşında ispan skautların diqqətini çəkib və Avropaya gəlib. Lakin “Betis”dəki günləri çox sürməyib. B komandasında çıxış edən Errera cəmi 7 oyunda forma geyəndən sonra yenidən Çiliyə qayıdıb. Növbə ilə “Huaçipato”, “Maqalyanes”, “Kobreloa” və “Deportes İkike”nin şərəfini qoruyub. Bu ilin əvvəlində yenidən okeanın o tayını tərk edərək, Avropanın ən ucqar ölkəsi Qazaxıstana yollanıb və azərbaycanlı agent Kamil Məmmədovun köməyi sayəsində “İrtış”la anlaşıb. Qazaxıstanda olduğu müddətdə 31 oyuna çıxan forvard heç cür əsas heyət oyunçusuna çevrilə bilməyib. Yalnız 6 qarşılaşmada 90 dəqiqə meydanda olmaq imkanı qazanıb ki, əlavə şərhə ehtiyac qalmır. Vurduğu qolların sayı isə üçdən artıq olmayıb. Ümumiyyətlə, həm hücumçu, həm də vinger kimi çıxış edən İqnasionun məhsuldarlığı olduqca aşağıdı. Təsəvvür edin ki, 2007-ci ildən bu yana formasını geydiyi 7 komandada 150-dən çox oyunda vur-tut 19 dəfə fərqlənib. Belə birinin “Neftçi”nin hücum xəttindəki problemi necə və hansı bacarıqla aradan qaldıracağı böyük sual doğurur. Çilili hücumçu Qazaxıstan mətbuatına “Neftçi”yə keçidi ilə bağlı açıqlamasında bunları deyib: “İrtış” məni saxlamaq istəmədi. Yeni mövsüm üçün heç bir təklif etmədilər. “Neftçi” yaxşı şərtlərlə sərfəli təklif irəli sürdü, mən də razılaşdım. Yanvarın 8-də yeni komandama qoşulacam”.
Xatırladaq ki, “Neftçi” İqnasio ilə birillik müqavilə bağlayıb.
...Petrov gəldi
Gürcü, çex və çilili legionerlərdən sonra dördüncü əcnəbi ukraynalı oldu. Söhbət Kirill Petrovdan gedir. Ukraynalı müdafiəçi “ağ-qaralar”la dünən axşam ilyarımlıq müqaviləyə imza atıb. Mərkəz müdafiəçisi olan Petrov vaxtilə boyük perspektiv vəd edirmiş. Ukrayna U-19 və U-21-nin aparıcı simalarından olsa da, əsas millidə debüt etmək ona qismət olmayıb. Vaxtilə U-21-in kapitan sarğısını daşıyıb, 2009-cu ildə gənclər arasında Avropa çempionatında ən yaxşı oyunçu adına sahib olub. 1990-cı ildə anadan olan müdafiəçi ilk dəfə 16 yaşında, yəni 2006-da “Dinamo-2”nin formasını geyib. Daha sonra əsas komandaya cəlb olunsa da, bir il ərzində cəmi 1 rəsmi oyunda çıxış edib. Ardınca “Krivbass”a icarəyə verilib və 3 ildə 56 görüşün həyəcanını yaşayıb. 2013-cü ildə iki klubun - “Qoverla” ilə “Arsenal”ın heyətində meydana çıxmaq imkanı qazanıb. Üst-üstə 18 qarşılaşmada forma geyib. Növbəti ili Polşa “Korona”sında keçirib ki, orda da baş məşqçinin etimadını 20 oyunda qazanıb. 2015-də Qazaxıstana yollanıb və “Ordabası”da 27 matçda iştirak edəndən sonra vətəninə qayıdıb. Bu dəfə 1 il ərzində Donetsk “Olimpik”ində 22 matçda iştirak edib. Elə son klubu da “Olimpik” olub. “Neftçi”yə keçidi isə pulsuz başa gəlib. Yəni azad agent statusuna sahib olub. Müqavilənin rəsmiləşməsini futbolçunun agenti Aleksandr Pankov “instaqram” səhifəsində paylaşıb.
Yeri gəlmişkən, Pankov bundan öncə Ukrayna mətbuatına verdiyi müsahibədə müştərisi haqda bunları deyib: “Petrov növbəti iki gün ərzində yeni komandasıyla müqavilə imzalayacaq. Klubla razılığa gəlmişik, amma rəsmiləşməyib. Asiya, Azərbaycan və Yunanıstandan təkliflər var idi. Yunanıstan klubu yüksək liqada mübarizə aparır. Azərbaycan komandasının isə böyük nüfuzu , tarixi və adı var. Bu üç təklifi nəzərdən keçirmişik. Petrov yayda Yunanıstana gedə bilərdi, amma son anda alınmamışdı. Son qərarımızı 2 gün ərzində verəcəyik”.
Yetirmələrini “Neftçi”dən qaçaq salan rəhbərlik
Yeni gələnlərin gedənlərdən nə dərəcədə üstün olacağını zaman göstərəcək. Ümid edək ki, hər şey klub rəhbərliyinin və baş məşqçinin istədiyi kimi olsun, əvvəlki əzəmətini qaytaran “ağ-qaralar” avrokubok mübarizəsinə qoşulsun. Bunun üçün isə komandada “köhnələr”in də nəfəsi hiss olunmaqdadı. İtirə-itirə gedən “Neftçi” daha bir yetirməsinin gedişinə şərait yaratdı. Yox, Araz Abdullayevin əvəzolunmaz futbolçu olduğunu iddia etmirik. İmkanlarından xeyli aşağı səviyyədə çıxış edirdi və qolunda daşıdığı kapitan sarğısının tələblərinə qətiyyən cavab vermirdi. Amma onu buna vadar edən səbəbləri axtarmalı olan rəhbrəlik və məşqçilər heyəti “getmək istəyirəm” deyən futbolçuya “xoş getdin” cavabını verib qapını göstərdi. Klubdakı, komandadakı problemin kökünü axtarmalı olan şəxslər “Neftçi”nin yetirmələrini qovmaqla məşğuldu. Ya özləri soyudur, ya da soyuyanlara qapı göstərirlər. Müşahidə Şurası yeni yaranan vaxtlarda Elvin Yunuszadə ilə Mirhüseyn Seyidov komandadan qovuldu. Klubun çörəyi hesabına böyüyüb, vaxtilə Avroliqanın qrup mərhələsində çıxış edən gənc futbolçular idi. Amma heç kimə lazım deyilmiş kimi küçəyə atıldılar. Eyni damğanı Mirabdulla Abbasova da vurub öncə Latviyaya, sonra da “Sumqayıt”a uğurladılar. Daha sonra növbə Ruslan Qurbanova çatdı. Ötən mövsüm komandada ən çox qol vuran futbolçu adını qazanan, yığmaya müntəzəm dəvət alan, “Neftçi”nin Avroliqaya vəsiqə qazanmasında və mərhələ adlamasında böyük pay sahibi olan Qurbanovla ortaq məxrəcə gəlinmədi. Lazımsız legionerləri komandaya cəlb edən rəhbrəlik yararsız Vançe Şikova verdiyi illik maaşın yarısını Ruslana qıymayınca hücumçu “Qəbələ”ni seçməli oldu. Perspektivli Elşən Abdullayev “Qarabağ”a üz tutdu. İndi də Araz Abdullayev nümunəsi. Şübhə yoxdu ki, Araz “Neftçi”dən getməsini şəxsən özü istəyib. Yəni indiki rəhbərlik və baş məşqçi ilə irəli getməyin mümkünsüz olduğunu anlayandan sonra karyerasını daha münasib yerdə davam etdirməyi qərara aldı. Halbuki Elxan Abdullayev bəndənizə verdiyi müsahibədə Arazın “Neftçi”ylə ilyarımlıq müqaviləsinin olduğunu deməklə yanaşı, əminliklə heç bir yerli futbolçunun komandanı tərk etməyəcəyini dilə gətirmişdi… Budu, “bəh-bəh”lə yaradılan Müşahidə Şurasının gördüyü iş, yürütdüyü siyasət. Yeni yaranan vaxtlarda “Neftçi”ni dünyaya brend kimi tanıtmaqdan, klubda gənc futbolçuları üzə çıxarmaqdan dəm vuran şura sədri Çingiz Abdullayev artıq gözə dəymir. Çünki dediyi sözlərin havaya uçduğunun fərqindədi. “Neftçi” indi autsayder brendi kimi tanınmaqdadı. Klubun gəncləri başqa komandaların uğurları üçün tər tökür, rəqibləri gücləndirir. “Neftçi”dəki başlar isə transfer çalışmalarına qarışıb. Hər dəfə “transfer pəncərəsi” açılanda bir vaqon futbolçu gəlir, bir vaqon gedir. Bunun nəyə hesablandığını, şalvarın hansı hissəsinə xidmət etdiyini isə uşaqdan-böyüyə hər kəs bilir. “Neftçi” dağıdılır, talanır, kimlərsə qaz vurub qazan doldurur. Ortalıqda isə heç nə yoxdu.
Folprext “8”iseçdi
Haqqında söz açdığımız “Neftçi” artıq hazırlığa start verib. Yanvarın 4-də Bakını tərk edən komanda üzvləri həmin gün Antalyaya çatıb. “Bellis” otelində məskunlaşan yerli futbolçular arasında iki yeni transfer - Georgi Novalovski ilə Zdenek Folprext də var. Kirill Petrov dünən düşərgəyə gəlib. İqnasio Errera isə bu gün kollektivə qoşulmalıdı. Bu arada onu da nəzərinizə çatdıraq ki, Folprext yeni komandasında Elşən Abdullayevin boşaltdığı nömrəni - “8”i geyəcək.
“Neftçi”nin dörd yoxlama görüşü keçirəcəyini xəbər vermişdik. İlk belə oyun yanvarın 8-də “Sivasspor”a qarşı baş tutacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar