24 avq 00:04aktual

Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı

Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı
Bu yay ölkə xaricinə üz tutan futbolçulardan biri də Araz Abdullayev oldu. Yarımmüdafiəçi qarşıdakı bir ili icarə əsasında “Anortosis”də keçirəcək. Artıq Abdullayev Cənubi Kipr çempionatında debüt edib. Çempionatın ilk turunda "Anortosis" səfərdə "Nea Salamis"lə qarşılaşıb. Qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb – 1:1. Start heyətində yer alan Araz 83-cü dəqiqədə əvəzlənib. O, epizodların birində əlinə düşən fürsətdən yararlana bilməyib.
Srağagün azərbaycanlı futbolçuların top qovduğu başqa çempionatlarda da oyunlar keçirilib. Makedoniyanın yüksək liqasında 2-ci turun görüşləri baş tutub. Tural Hümbətovun şərəfini qoruduğu "Pobeda" səfərdə "Vardar"la qarşılaşıb. Qonaqlar bu oyunda böyük hesabla məğlub olub (0:4). Tural bu görüşün iştirakçısı olmayıb. Komandasının yoxlama oyunlarında iştirak edən Hümbətovun sənədləri qaydasında olmadığından rəsmi görüşlərdə çıxış edə bilmir. "Pobeda" geridə qalan hər iki turda uduzduğundan sonuncu pillədədi.
Portuqaliya çempionatında 3-cü tur çərçivəsində Emin Mahmudovun formasını geydiyi "Boavişta" səfərdə "Maritimu" ilə qarşılaşıb. Mahmudovun komandası evə əliboş dönüb (0:1). Eminin adı, ümumiyyətlə, matçın iştirak ərizəsinə daxil edilməyib. "Boavişta"nın isə xal həsrəti davam edir və 18 komanda arasında axırıncı yerdədi.
Portuqaliya 2-ci liqasında 3-cü tur çərçivəsində Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Real Sportinq" ilə qarşılaşıb. Qonaqlar səfərdən əlidolu (2:1) dönüb. Nəsirov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Sportinq" hazırda 6 xalla 20 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Renat Dadaşovun şənbə günü “Ayntraxt”ın gənclərdən ibarət komandasının heyətində oyun keçirdiyini və 2 qol vurduğunu diqqətinizə çatdırmışdıq. Frankfurt təmsilçisinin əsas komandası bundesliqanın yeni mövsümünün ilk turunda səfərdə "Frayburq"la qarşılaşıb. Renatın adı “18-liy”ə salınmayıb. “Ayntraxt” isə qolsuz heç-heçəyə razılaşıb.
Yığmanın hücumçusu Ramil Şeydayev bu arada "Jilina"nın gənclərdən ibarət komandasında şans qazanıb. 4-cü tur çərçivəsində səfərdə "Nove Mesto" ilə qarşılaşma Şeydayevin komandasının qələbəsi ilə başa çatıb (2:0). Start heyətində meydana çıxan Ramil 60-cı dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 12-ci dəqiqədə məhz Şeydayev vurub. "Jilina"nın 2-ci komandası Slovakiyanın 2-ci liqasında 9 xalla ikincidi. Bu klubun əsas komandası isə səfərdə "Dunayska Streda" ilə qarşılaşıb. “Jilina” bu görüşdə məğlubiyyət (2:4) acısı yaşayıb. Əvvəlki oyunlarda olduğu kimi, millinin forvardı bu qarşılaşmanın da iştirakçısı olmayıb. Amma onun adı cari mövsümdə ilk dəfə yüksək liqa matçının iştirak ərizəsinə daxil edilib. Ötən mövsümün çempionu geridə qalan turlarda hesabına cəmi 3 xal yaza bilib ki, bu da 12 klub arasında 11-ci pillədə olmaq anlamına gəlir.
Azərbaycanlı azarkeşlərin diqqət mərkəzində saxladığı Ukrayna çempionatında isə 6-cı turun oyunları keçirilib. Pavel Paşayevli "Aleksandriya" "Karpatı"ın qonağı olub. Oyun qolsuz bərabərliklə yekunlaşıb. Yığma üzvü start heyətində meydana çıxıb və matçı əvəzlənmədən keçirib. "Aleksandriya" hazırda 4 xalla turnir cədvəlində 11-ci yerdədi.
Almaniyanın şimal-şərq regional liqasında isə 4-cü turun matçları reallaşıb. Yığmanın sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Dinamo" (Berlin) doğma meydanda "Altglinike" ilə üz-üzə gəlib. Berlin təmsilçisi bu oyunda məğlub olub (1:2). Start heyətində meydana çıxan Dadaşov 90 dəqiqə oynayıb. Bir oyunu təxirə salınan "Dinamo" 4 xalla 12-ci yerdədi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar