23 avq 20:31aktual

“Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur!

“Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur!
Çempionlar Liqası
Pley-off, cavab oyunu
Kopenhagen (Danimarka) – Qarabağ
Hakimlər: ALBERTO UNDİANO MALYENKO, Roberto Alonso Fernandes, Raul Kabanero Martines, Alexandro Xose Hernandes, Xose Mariya Sançes Martines, Dieqo Barbero Sevilya (İspaniya).
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya).
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya).
23 avqust. Kopenhagen. “Parken” stadionu. Saat 22.45
İlk oyun – 0:1.
Sabah Azərbaycan futbolunda görünməmiş bayram yaşana bilər. Ölkə futbolunda yeni səhifə açmaq “Qarabağ”dan asılıdı. Belə ki, bu yay Çempionlar Liqasının pley-offuna yüksəlməklə tarix yazan ağdamlılar qrupun astanasındadı. Ötən həftə Bakıda "Kopenhagen“ üzərində qazanılan qələbə imkan verir ki, səfərdə istənilən heç-heçə və 0:1-dən başqa, istənilən minimal hesablı məğlubiyyətlə qrupa adlayaq. Bu isə o deməkdi ki, payızda ölkəmizə hər birində ulduz futbolçular yer alan dünya nəhənglərindən – “Real”, “Barselona”, “Yuventus”, “Çelsi”, “Bavariya”, PSJ kimi klublardan hansılarsa Bakıya gələ bilər. Bu isə əsl futbol tamaşası olar. Hələ onu demirik ki, “Qarabağ” ÇL-in qrupuna düşməklə ikiillik büdcəsi qədər gəlir əldə edə bilər. Bu qələbənin yeni futbolçu nəslinin yetişməsinə verəcəyi töhfə isə işin mənəvi tərəfidi.
Ağdamlıların heyətlə bağlı sıxıntısı yoxdu. İlk oyunda da iştirak etməyən Ağabala Ramazanovu nəzərə almasaq, bütün oyunçylar Qurban Qurbanovun sərəncamındadı və hər biri meydana çıxmağa hazırdı. Xüsusilə “İnter”lə çempionat oyununda 90 dəqiqə çıxış etməklə probleminin olmadığını göstərən Rəşad Sadıqovun sıraya dönməsi qeyd olunmalıdı. Çünki “Parken”də əsas ağırlığın müdafiənin üzərinə düşəcəyi şübhə doğurmur. Hətta mümkündü ki, “Qarabağ” son dəqiqələrdə hücumçunun xidmətindən imtina etməklə müdafiəçilərin sayını artırsın. Təbii ki, bu bir ehtimaldı. Erkən qol buraxmamaq, oyunun gedişində rəqib qapısına yol tapmaq isə ən xoş sonluq ola bilər bizimçün.
“Kopenhagen” - “Qarabağ” görüşü Danimarka təmsilçisinin baş məşqçisi Stole Solbakken üçün əlamətdar olacaq. Belə ki, 49 yaşlı mütəxəssis sabah avrokuboklarda 100-cü oyununa çıxacaq. Son 10 ev oyununda "Kopenhagen" yalnız 1 dəfə uduzub. Sözsüz ki, Solbakkenin yetirmələri baş məşqçinin yubiley matçında Bakıdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.
Qeyd edək ki, sabah Bakı vaxtıyla saat 22.45-də başlayacaq qarşılaşmanın start fitini Alberto Undiano Malyenko
səsləndirəcək. Belə ki, UEFA oyunu ispaniyalı hakimlər briqadasına həvalə edib. Malyenkoya Roberto Alonso Fernandes və Raul Kabanero Martines kömək edəcək. Əlavə köməkçilər Alexandro Xose Hernandeslə Xose Mariya Sançes Martines, dördüncü hakim isə Dieqo Barbero Sevilya olacaq. Matçın hakim-inspektoru italiyalı Alfredo Trentalanqe, UEFA nümayəndəsi şotlandiyalı Alan Makri olacaq.
Qeyd etdiyimiz kimi, Malyenko yetərincə məşhur simadı. İxtisasca sosioloq olan və futboldan kənar vaxtlarında bu sahədə çalışan 44 yaşlı ədalət təmsilçisi ingilis və fransız dillərini də bilir.
26 yaşındaykən İspaniya primerasının ən gənc hakimi olan Malyenko 2004-cü ildən FİFA dərəcəsi alıb. O, DÇ-2010-un final mərhələsində də iştirak edib. İspaniyalı bu yarışda qrup mərhələsinin iki, 1/8 finalın bir matçında baş hakim olub.
Avropa və İspaniyada bir sıra önəmli qarşılaşmalarda fit çalan referi Azərbaycan yığmasının görüşünü də idarə edib. O, 2005-ci il iyunun 4-də Bakıya səfər edib və DÇ-2006-nın seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan – Polşa matçının baş hakimi olub. Malyenko yığmamızın 0:3 hesabıyla uduzduğu görüşdə yığmanın baş məşqçisi Karlos Alberto Torresi texniki zonadan qovub. Torres ispaniyalı referini rüşvət almaqda ittiham edib. Oyundan sonra isə braziliyalı istefa verib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və kapitanı Rəşad Sadıov da həmin qarşılaşmanın iştirakçılarından olub.
Sözsüz, sabah hər kəsin ürəyi “Qarabağ”la döyünəcək. İkinci mərhələdə Moldovada olduğu kimi, “Parken”dən gözübağlı xəbər gözləmək məcburiyyətində deyilik. Pley-off mərhələsindən etibarən belə təhlükə olmur. Ağdamlıların taleyüklü matçını “İdman Azərbaycan”dan canlı izləmək imkanımız olacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar