23 avq 23:23aktual

Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib

Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib
“Azər hərəkətlidi, texnikalıdı, azərbaycanlılara xas olmayan fiziki gücə sahibdi”
Artıq bir neçə gündü “Neftçi”nin köhnə bazasının yataqxanasında qələbəlik hökm sürür. Buna səbəb isə orda Rusiyadan gələn qonaqların məskunlaşmasıdı. Söhbət “Neftçi”nin bazadan gedirsə, təbii ki, misafirlər də futbolla bağlı olanlardı. Onlar Moskvaətrafı regionda yerləşən Elektrostal şəhərini təmsil edən “Vostok” komandasının üzvləridi. Lap dəqiq desək, bu komandanın 12 yaşlıları. Rusların gözlənilməz səfəri maraqlı olduğundan bazaya baş çəkib rəsmilərdən biri ilə danışmağı qərara aldıq. Baş məşqçi Anatoli Proskuryakovla həmsöhbət olmağımızda şimal qonşularımızın Bakıya səfərini təşkil edən Zamin Əsədullayev yardımçı oldu.
- Ölkəmizə xoş gəlmisiz. Hər şeydən əvvəl ilkin təəssüratlarınızı eşitmək maraqlıdı.
- Bizimlə maraqlandığınıza, əziyyət çəkib bura gəldiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, uşaq futboluna belə diqqət ayırırsız. Halbuki Rusiyada belə deyil. Aparıcı idman nəşrləri əsasən böyük futboldan, Avropadan yazır. Yeniyetmələrə belə maraq yoxdu. Təəssüratlarıma gəlincə, gördüklərim sözün yaxşı mənasında məni təəccübləndirib. Qısa deyəcəm: hər şey mükəmməldi. Bir həftədi Bakıdayıq və bu müddətdə özümü qonaq kimi hiss etməmişəm. Sanki öz evimdəyəm. Çox istərdim ki, bizim ruslar da qonaqpərvərlikdə sizin kimi olsun. İnsanların davranışı, yaradılan şərait, şəhəriniz - ən xoş sözləri deyə bilərəm.
- Səfəriniz nə ilə bağlıdı?
- Açığı, Bakıya gəlməyimiz gözlənilməz oldu. Buna görə Zamin bəyə minnətdaram. Komandamızda azərbaycanlı uşaq var – Azər Novruzov. Elektrostalda doğulsa da, əslən azərbaycandı. Ona görə də Azərbaycan haqda geniş bilgiyə sahib idim. Zamin bəyin təklifindən sonra bura gəlməmək olmazdı. Heç yerə yollanmaq fikrimiz yox idi. Təlim-məşq toplanışını Elektrostalda keçəcəkdik. Standartlara cavab verən bazamız var. Sadəcə, yoldaşlıq oyunları keçirmək üçün Bakı bizim üçün sərfəlidi. Çünki Moskvaətrafı regionda həmyaşıdlarımız arasında bizə tay rəqib yoxdu.
- Xərcləri kim qarşılayır?
- Uşaq futbolunda elədi ki, bütün xərclər valideynlər tərəfindən qarşılanır. Bildiyimə görə, sizdə də elədi. Yalnız “Spartak”, ÇSKA, “Krasnodar” kimi imkanlı klubların akademiyalarında xərci rəhbərlik qarşılayır.
- Azərbaycandan təklif gələndə tərəddüd etdiz?
- Qətiyyən! Azərin atası bizə düşünmədən Bakıya getməyin vacibliyini deyəndən sonra tərəddüdə yer qalmadı. Yeganə narahat edən məqam havanın isti olmasıydı. Zərrəcə peşman deyiləm.
- Elektrostalda futbolla məşğul olan azərbaycanlı uşaqlar çoxdu?
- Bizdə yoxdu, Moskvada daha çoxdu. Elektrostalda bircə Azəri bilirəm.
- Necə uşaqdı? Xoş gələcək vəd edir?
- Olduqca perspektivli oğlandı. Hərəkətlidi, texnikalıdı, azərbaycanlılara xas olmayan fiziki gücə sahibdi. Lazım olan bütün keyfiyyətləri var. Sadəcə, oyun intizamında sabitlik çatışmır.
- Psixologiya?
- Tam dəqiq. Müdafiə olunmağı sevmir, bütün rəqibləri keçməyə çalışır, “arxa” yaddan çıxır (gülür). Bu da mentallıqdan irəli gəlir.
- Hansı mövqedə çıxış edir?
- Sağ cinahda oynayır, müdafiədə və yarımmüdafiədə.
- Azərbaycan haqda geniş bilgiyə sahib olduğunuzu dediz. Futbolumuz haqda nə bilirsiz?
- Aleksandr Səmədov, Emin Mahmudov, Ayaz Quliyev kimi futbolçuların əslən hardan olması çox şeydən xəbər verir. Hamı bilir ki, onlar azərbaycanlıdı. Səmədovun durumu hər kəsə məlumdu. Dmitri Kramarenko ilə Emin Ağayevin adı da mənə yaxşı tanışdı. Şəxsən bir-birimizi tanımasaq da, futbol oynadıqları dövrlər yadımdadı. Klub futbolunuz durmadan inkişaf edir. O gün televizorda “Qarabağ” – “Kopenhagen” oyununu izlədim. Açığı, gördüklərim məni çox təəccübləndirdi. Təmsilçiniz rəqibə nəfəs almağa imkan vermədən haqlı qələbə qazandı. Vaxtilə Yuri Syominlə Marat İzmayılovun sıralarında olduğu “Qəbələ” də böyük işlər görməyə, uğur qazanmağa çalışır. Bu cür şəraitin qarşılığında inkişafdan qalmaz olmaz. Legionerlərin çoxluğu diqqətimi çəkdi. Məncə, müvəqqəti haldı. Zamanla onların yerini azərbaycanlı uşaqlar tutacaq. Çətini Avropada özünə yer etməkdi.
- Bir həftədi Bakıdasız. Bu müddət ərzində hansı komandalarla qarşılaşmısız?
- Məqsədimiz yoldaşlıq görüşləri keçirmək və iki ölkənin gəncləri arasındakı fərqi üzə çıxarmaqdı. Bizimkilərin ölkədən kənardan nəyə qadir olduqlarını görmək istəyirəm. İlk oyunda “Neftçi”nin 2004-cü təvəllüdlü uşaqları ilə oynadıq. Bizimkilərdən bir yaş böyük idilər. Bu da yekun nəticədə özünü göstərdi. 0:9 hesabıyla uduzduq. Həm də gəldiyimiz günün səhəri idi, uşaqlar mühitə, havaya uyğunlaşa bilməmişdi. Birdən-birə gəib 40 dərəcəyə düşmək çətindi. Belə uduzmağımız mənə sərf etdi. Çünki komandamda olan bütün nöqsanları gördüm. Elektrostalda güclü rəqibimiz yoxdu deyə, problemləri aşkarlamaq çətindi. İkinci oyunda “Vətən”ə məğlub olduq – 3:5. Məni təəccübləndirən “Vətən”dəki uşaqlar oldu. Oyuna dəlicəsinə köklənmişdilər. Sanki Çempionlar Liqasının final oyunu idi (gülür). Nəticədə gərgin oyunda qələbə onların oldu. Buna baxmayaraq, komandamdan razı qaldım. Sonuncu görüşdə isə “Qarabağ”yə 2:3 hesabı ilə yenildik. Bu oyun da olduqca gərgin idman mübarizəsi şəraitində keçdi. Azərbaycanlıların xarakterinə bu dəfə də məəttəl qaldım. “Zirə” və “Neftçi”dən olan həmyaşıdlarımızla daha iki oyun planlaşdırılıb.
- Azərbaycanlı və rus yeniyetmələr arasında fərq nədən ibarətdi?
- Az öncə dediyim kimi, oyuna köklənmələri, yəni psixoloji hazırlıqları. Hər uşaq komandasında bunu görmək olmur. Yoldaşlıq görüşlərinə belə həvəslə çıxırlarsa, görün rəsmi matçlarda nə edirlər. Bu yaş dövründə psixoloji hazırlıq olduqca önəmlidi. Texniki bacarıqlarından danışmaq atıq olar. Onsuz da bu xüsusiyyət siz qafqazlılar üçün yaradılıb.
- Turistlər Bakıdakı qiymətlərin bahalığından gileylənir.
- Mən belə deməzdim. Şəraiti və keyfiyyəti nəzərə alsaq, bizdəkindən ucuzdu ki, baha deyil. Qaldığımız bazada uşaqların məskunlaşması üçün hər cür şərait var. Bu neçə gündə narazılığımız olmayıb. Başqa ölkələrdə qiymətlər Allah bilir neçəyə olardı. Amma sizdə olduqca sərfəlidi.
- Hər şeydən danışdıq, əsas sual axıra qaldı. Yayın istisində Bakıda kababla rus arağı necə gedir?
- (qəhqəhə çəkib gülür) Bir söz deyəcəm və dərhal elə biləcəksiz ki, rus deyiləm. Amma həqiqətən 100 faiz rusam. Amma içki içmirəm. İndiyə qədər də içən olmamışam. İdman və uşaqlarla işləmək alkoqolu sevmir. İçki də elədi ki, qurşandınsa, qarşısını almaq olmur. Ona görə də uzaq durmağa çalışıram.
- Bakı pivəsini tərifəyirlər.
- Amma mən tərifləyə bilməyəcəm. Çünki içməmişəm, dadını bilmirəm. Həqiqətən alkoqol qəbul eləmirəm. Sonda fürsətdən istifadə edib bir məlumatı da verim ki, hazırda komandada olan uşaqlardan biri “Krasnodar”a, digəri “Spartak”a yollanacaq. Bizimlə son günləridi, Rusiyaya qayıdan kimi yeni komandalarına qoşulacaqlar.
- Azəri istəyən yoxdu?
- Azər mənə lazımdı, ona görə də heç yerə buraxmıram. (gülür). Hələ ki öz üzərində işləməlidi. Sonda yaradılan şəraitə görə təşkilatçılara, bizə göstərdikləri münasibətə görə insanlara təşəkkürümü bildirirəm. Metroda dayanıb ətrafa baxanda yanımızdan keçən hər kəs necə kömək edə biləcəyini soruşurdu. Bu hadisəni heç vaxt unutmayacam.
HƏBİB
Oxşar xəbərlər:
then you have ungual integral to the intermission rider viagra 32 Sorely is no fisher for the purpose coming numerical

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib Bütün xəbərlər
Ən çox oxunanlar