22 avq 18:32aktual

Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu!

Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu!
Bu gün Norveç səfirliyinin önündə piket keçiriləcək
Çərşənbə günü “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq. Evdə “Kopenhaqen”ə 1:0 hesabıyla qalib gələn çempionumuzun səfər matçını izləmək istəyən azarkeşlər də var. Xeyr, söhbət yalnız Avropada yaşayan soydaşlarımızdan getmir. Danimarkaya getmək istəyən vətəndaşlarımıza süni problemlər yaradılır. Ötən sayımızda yazmışdıq ki, azarkeşlər Norveç səfirliyinə müraciət etsələr də, viza ala bilməyiblər. Müraciət edənlərdən yalnız dördünə viza verilib. Sənədləri qaydasında olsa da, “yox” cavabı alanlar bunlardı: Elşən Axundov, Ülviyyə Vəliyeva, Mahir Səfərov, Ülvi Səfərli, Rüfət Məmmədov, Elməddin Əliyev, Bəyzadə Ağaməmmədov, Səxavət Paşayev, Elxan Məcidov, Elvin Məmmədov, Amid Hüseynov, Vüqar Hüseynzadə, Emin İbrahimov və Tural Rüstəmli. Viza ala bilməyən şəxslər bu gün səhər saat 10-da Norveç səfirliyinin yerləşdiyi “ISR Plaza”nın önündə piket keçirəcək. Aksiyanın təşkilatçılarından Ramin Hacılı bütün media orqanlarından hadisə yerində olmağı xahiş edib. Qeyd edək ki, viza ala bilməyən azarkeşlər “Qarabağ” – “İnter” oyununda (1:0) da etiraz əlaməti olaraq "bizim vizamızı verin" və "biz "İmarət Tayfa"yıq, burdan Norveçə qədər" yazılmış pankartlar açmışdı.
Sən demə, yalnız “Qarabağ”ın oyunu izləmək istəyən azarkeşlər viza problem ilə üzləşmirmiş. Müxtəlif yarışlarda komandalarımızın, idmançılarımızın yanında olmaq istəyən, onlara dəstək verməyi arzulayan xeyli vətəndaşımız var ki, viza ala bilmir. Onlardan biri də Bəxtiyar Əliyevdi. O, dünən bizimlə əlaqə saxlayıb, dərdini danışdı: “Avqustun 28-də Macarıstanda cüdo üzrə dünya çempionatı baş tutacaq. Mən də istəyirdim ki, cüdoçularımıza dəstək olum. Uzun illərdi idmanı izləyirəm. Cüdonu sevirəm. Komandamızın Macarıstanda qızıl medal qazanacağını bilirəm. Mən və əlavə 3 nəfər həmin dünya çempionatında iştirak etmək, komandamıza dəstək olmaq istəyirdik. Cüdo Federasiyasına gedib, Elnur Əşrəfoğlu ilə görüşdük. Otel də tutmuşduq, bank hesabımızda da pul var idi. Amma müraciət etdiyimiz turizm şirkəti bildirdi ki, viza almaq hüququmuz yoxdu. Şansımız çox azdı. Macarıstan səfirliyi viza vermək istəməyib. Neçə ay idi hazırlaşmışdı. Şüarlar hazırlamışdıq. Fikrim-zikrim o yarışın yanında idi. Mən Tehranda da yunan-Roma güləşi üzrə dünya kubokunda olmuşdum. Yəni təcrübəsiz deyiləm. Bu məsələni işıqlandırmaq lazımdı. Necə olur ki, Azərbaycan vətəndaşı Avropaya gedə bilmir? Bu mümkünsüzdü. Qoy bizə də şərait yaratsınlar”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar