22 avq 18:29aktual

Rauf Əliyev “Kukesi”də debüt etdi

Rauf Əliyev “Kukesi”də debüt etdi
Son günlərin ən çox müzakirə olunan hadisələrindən biri Rauf Əliyevin “Kukesi”yə keçidi oldu. Hər halda, hücumçunun Albaniya təmsilçisinə transferi rellaşdı və o hazırda yeni klubunun düşərgəsindədi. “Kukesi”nin yeni mövsüm ərəfəsində Makedoniyaya - təlim-məşq toplanışına yollandığını xəbər vermişdik. Adı çəkilən komanda hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb. Albaniya çempionu “Labunişta” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Əliyev sona qədər mübarizə aparsa da, debüt matçında qol vura bilməyib.
Yeri gəlmişkən, ölkə xaricində top qovan digər futbolçularımızla bağlı informasiyaları da diqqətinizə çatdıraq. Artıq azərbaycanlı azarkeşləri Çexiya birinciliyi də maraqlandırır. Bu ölkənin çempionatında 4-cü turun oyunları keçirilib. Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" evdə bizə yaxşı tanış olan Liberets "Slovan"ı ilə qarşılaşıb və böyük hesabla uduzub (0:3). Əvvəlki turlarda olduğu kimi, Kamran bu görüşdə də iştirak etməyib. Yığmanın əsas qapıçısının adı, ümumiyyətlə, qarşılaşmanın iştirak ərizəsinədə olmayıb. Onu da bildirək ki, geridə qalan turlarda yalnız 1 xal toplayan "Mlada Boleslav" turnir cədvəlinin sonuncusudu.
Daha bir arzuolunmaz xəbər Eddi İsrafilovla bağlıdı. İspaniya sequndasında yeni mövsümə start verilib. "Kadis" ilk görüşdə səfərdə "Kordoba" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Eddi bu görüşün iştirakçısı olmayıb. "Kadis"dən ayrılacağı, daha çox "Valyadolid"ə keçəcəyi iddia olunan milli üzvünün adı oyunun iştirak ərizəsinə salınmayıb.
Yığmamızın heyətində debütü hələ də reallaşmayan Renat Dadaşov "Anytraxt"da növbəti matçına çıxıb. Gənc hücumçu Frankfurt təmsilçisinin gənclər arasında təşkil olunan bundesliqanın cənub zonasında "Auqsburq"la səfər matçının iştirakçısı olub. 3-cü tur çərçivəsində keçirilən oyunda qapılara 5 qol vurulub. Frankfurt təmsilçisi meydandan qələbə ilə ayrılıb - 3:2. Dadaşov start heyətində meydana çıxıb və sonadək oynayıb. O komandasının qələbəsində böyük pay sahibi olub. Belə ki, 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı 2:1 edən Renat 65-ci dəqiqədə də qələbə qolunu vurub. Əvvəlki 2 oyunu təxirə salınmış "Ayntraxt" 3 xalla 7-ci pillədə qərarlaşıb.
Latviya birinci liqasında 16-cı turun oyunları keçirilib. Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne" doğma meydanda RTU ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb. Start heyətdə meydana çıxan Vüqar 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının qollarından birinə də məhz Əsgərov imza atıb. Belə ki, 82-ci dəqiqədə o, matçın yekun nəticəsini müəyyənləşdirən qolu vurub. Bu, onun cari mövsümdə vurduğu 13-cü qoldu. "Olayne" 16 turdan sonra 32 xalla 3-cü pillədədi.
Rusiya 1-ci divizionunda 9-cu turun oyunları keçirilib. Samir Məsimovun formasını geydiyi "Fakel" səfərdə "Baltika"ya qalib gəlib – 1:0. Maraqlıdı ki, Samirin adı matçın protokoluna salınmayıb. Voronejlilər hazırda 8 xalla 20 komanda arasında 15-ci yerdə qərarlaşıb.
Türkiyə çempionatında isə 2-ci tur gerçəkləşib. Dəniz Yılmazla Ozancan Kökcünün şərəfini qoruduğu “Bursaspor” doğma meydanda "Alanyaspor"la üz-üzə gəlib. “Timsahlar” bu oyundan qələbə ilə ayrılıb (3:2). Dəniz bu görüşün iştirakçısı olmayıb. Son məşqlərin birində zədə alan yığma üzvünün adı matçın iştirak ərizəsinə salınmayıb. Ozancan isə matçı ehtiyat oyunçular skamyasından izləyib. Türkiyə 1-ci liqasında da 2-ci turun oyunları keçirilib. Ufuk Budakın şərəfini qoruduğu "Samsunspor" səfərdə "Manisaspor"la qarşılaşıb. Ufukun komandası bu oyunda minimal hesablı qələbə qazanıb (1:0). Ufuk start heyətindədə yer alıb və sona qədər meydanda olub. "Samsunspor"un ilk 2 turdan sonra hesabında 4 xal var.
Tuğrul Eratın formasını geydiyi "Duysburq" isə Almaniya 2-ci bundesliqasının 3-cü turu çərçivəsində səfərdə "Haydenhaym"la qarşılaşıb. Erat oyunu əvəzlənmıdən keçirib, komandası 2:1 hesablı qələbə qazanıb. "Duysburq" 4 xalla 8-ci yerdədi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar