22 avq 18:14aktual

“Kopenhagen”dən əzmkar qələbə...

“Kopenhagen”dən əzmkar qələbə...
...və sərt addım
Şənbə günü “Kopenhagen” Danimarka çempionatında növbəti oyuna çıxıb. “Şirlər”in 6-cı turdakı rəqibi "Sonderyuske" olub. Ölkə birinciliyində işləri yaxşı getməyən Stole Solbakkenin yetirmələri buna qədər keçirdiyi 5 oyundan yalnız birində qalib gəlkmişdi. Paytaxt təmsilçisi “doğma divarlar” arasında keçirdiyi matçda yalnız qələbə haqda düşünürdü. Solbakken start heyətində bu futbolçulara şans vermişdi: Robin Olsen, Per Benqtsson, Peter Ankersen, Nikolay Boylesen, Mihael Lüftner, Uilyam Kvist, Yan Qrequş, Kasper Kusk, Benjamin Verbiç, Federiko Santander, Pieros Sotiriu.
Maraq üçün qeyd edək ki, “Qarabağ”la matçla müqayiəsədə heyətdə ciddi dəyişikliklər yox idi. Bu dəfə “11-lik”də olan Qrequş cəza səbəbindən “köhlən atlar”la oyunu buraxmışdı. Pley-offun ilk qarşılaşmasını Kusk əvvəldən sonadək ehtiyat oyunçular skamyasından izləmişdisə, Sotiriu sonradan şans qazanmışdı. Əvəzində Bakıdakı görüşdə Uroş Matiç, Yussef Tutu və Andriya Pavloviç start heyətində yer almışdı. Son iki adı çəkilən futbolçunun "Sonderyuske" ilə dueldə sonradan meydana çıxdığını da vurğulayaq.
Oyun gəlincə, artıq 27-ci dəqiqədə “Kopenhagen” hesabı açıb. Santanderin ötürməsini Kusk dəqiq zərbəylə tamamlayıb. Çox keçmədən “şirlər” hesab arasındakı fərqi artırmağa yaxın olub. Ancaq Pierosun yaxın məsafədən başla zərbəsini rəqib qapıçı dəf edə bilib. Qarşılaşma fasilədən sonra daha dramatik məcrada keçib. 59-cu dəqiqədə əks-hücumda yaxalanan “Kopenhagen”i Kristian Yakobsen cəzalandırıb. Meydan sahibləri qolun şokundan ayılmamış hesabda geri düşüb. Qapıçının da səhvinin müəyyən rol oynadığı qola Mikael Uhre imza atıb. Bununla belə, çempion geridönüş etməyi bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, Solbakken əvvəlcə Yussefi döyüşə atıbsa, daha sonra Pavloviçlə Danni Amankvaa mübarizəyə qoşulub. 81-ci dəqiqədə çoxgedişli kombinasiyanın sonunda Santander sinəsi ilə topu Verbiçin önünə atıb və sonuncu qüvvətli zərbə ilə “status-kvo”nu bərpa edib. Cəmi 3 dəqiqə sonra “Kopenhagen” qələbə qolunu da vurub. Pavloviç uzaqdan mükəmməl zərbəylə “9-luğ”u dəqiq nişan alıb. Bu qələbədən sonra “şirlər” 9 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Matçla bağlı Solbakken bunları deyib: "Bizim üçün yaxşı nəticə idi. Vacib sınaq ərəfəsində mühüm qələbə əldə etdik. Bizim üçün əsas məqsəd 3 xal qazanmaq və komandamızda yüksək əhval-ruhiyyə yaratmaq idi. “Bröndbü" və "Horsens"lə matçlarda xallar itirdik. İndi isə özümüzə gəlirik və xal ehtiyatımızı zənginləşdiririk. Futbolçularımız öz üzərində yaxşı hazırlaşırlar. Növbəti matçlarda daha yaxşı çıxış edəcəyimizə inanıram. “Qarabağ”la cavab görüşünə gəlincə, ilk yarı bizim üçün çox vacibdi, oyun ərzində konsentrasiyanı saxlamalıyıq. Birinci hissədə rəqibi cəzalandıra bilməsək, bizim üçün çətin olacaq. "Qarabağ"a qol vurmaq asan iş deyil. Rəqibimiz yaxşı komandadı və matça ciddi hazırlaşmalıyıq. Bu qarşılaşmada qaib gəlmək bizim üçün vacibdi".
Boylesen isə oyunu şərh edərkən, “Qarabağ”ı da unutmayıb: "Bu görüşün birinci hissəsində sərgilədiyimiz oyunu “Qarabağ”la qarşılaşmada da göstərə bilsək, mərhələ adlayacağıq. Amma yaxşı olardı ki, qarşıdakı oyunda tribunada bizi dəstəkləyən azarkeşlərimizin sayı daha çox olsun”.
Yeri gəlmişkən, “Kopenhagen”lə bağlı daha bir xəbəri nəzərinizə çatdıraq. Belə ki, Danimarka çempionu Azərbaycanla bağlı sərt addım atıb. Klubun "feysbuk"dakı rəsmi səhifəsinə ölkəmizdən giriş qadağan olunub. Buna səbəb isə azərbaycanlı fanatların səhifəyə saysız-hesabsız söyüşlər, təhqirlər yazmasıdı. Xatırladaq ki, oxşar hallarla əvvəlki illərdə təmsilçilərimizin başqa rəqibləri də üzləşiblər və çıxış yolunu belə sərt qərar qəbul etməkdə - ölkəmizdən girişi bağlamaqda görüblər. Təəssüf ki, hərəkətləri ilə ölkəmizi gözdən salanlar bu cür durumlardan dərs çıxarmır.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar