20 avq 18:25aktual

Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı

Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı
“Mən təbiətlə mübarizə aparıram və çalışıram ki, ona məğlub olmayım”
Çərşənbə axşamı Respublika stadionuna toplaşanların üzü gülürdü. Təkcə oyundan sonra yox. Hətta matç başlamamış. Buna səbəb isə qazonun ideal vəziyyətdə olmasıydı. Ötən ilə qədər hər ilin iyul-avqust aylarında meydança acınacaqlı duruma düşürdüsə, ötən yay və bu dəfə fərqli mənzərəyə şahidlik etməkdəyik. Bunun səbəbkarı isə Fil Şarplesdi. İllər öncə “Qəbələ” rəhbərliyinin İngiltərədən Azərbaycana gətirdiyi mütəxəssis qısa zaman kəsiyində böyük işlər gördü. Qəbələdəki meydançalarda gördüyümüz vəziyyəti mərkəzi arenada yarada bildi. Buna görə ingilis mütəxəssisə xüsusi təşəkkür düşür. Ən azı texnikalı futbol sərgiləyən “Qarabağ”a “Kopenhagen”lə qarşılaşmada ideal örtük verdiyinə görə.
Şarples stadia-magazine.com saytına müsahibə verərək, həmkarımızın suallarını cavablayıb.
- Bu işdə əməyiniz nədən ibarətdi?
- Mənə verilən ilkin məlumat Respublika stadionunun meydançasının hər ilin yay aylarında sıradan çıxmasıydı. Buna qədər Qəbələdə böyük işlər gördüyümüzdən – 12 böyük və 1 kiçik meydança saxlayırıq - Bakıda daha iki örtüyə nəzarət etməklə bağlı sual verildi. “Tofiq Bəhramov”u və “Azərsun Arena”nı lazımi səviyyəyə çatdırmalıydıq. İllərdi topladığım təcrübəni yeni əməkdaşlıq zamanı ortaya qoymalıydım. Bununla yanaşı, təcrübəsiz kadrlara işin sirrini öyrətməliydim. Odu ki, hazırda gələcəyin mütəxəssislərinə Britaniya standartlarına uyğun təhsil verirəm. Hər söhbətimizdə yoldaşlara nələrisə başa salıram, çıxış yolları göstərirəm və bunu iş prosesində həyata keçiririk.
- Planlarınız nədir və öz yerinizi necə tapdız?
- 18 yaşımdan bu işin qlupundan yapışmaq və ən yaxşılardan olmaq istəmişəm. Artıq 29 ildi bu sənətdəyəm. Turfgrass Science and Technology Universitetində 10 il müəllim işlədikdən sonra müxtəlif qolf klublarıyla əməkdaşlıq etməyə qərar verdim. Dünyanın bir çox ölkələri, eləcə də ABŞ ilə işbirliyimiz oldu. “The Lawn Guide” kitabının müəllifiyəm. Lakin müddət keçdikcə futbola qayıtdım və özümü bu sahənin mütəxissisi olmaq üçün doğulduğum kimi hiss etdim. Belə deyim, mən ot, bitki dəlisiyəm. Bu işin maraqlı tərəfi odu ki, problemin nə vaxt və hardan gələcəyini bilmirsən. Bir də baxırsan ki, otda problem var, onu aradan qaldırmalısan. Fors-majora hazır olmalısan. Azərbaycana 2010-cu ildə Toni Adamsla birgə gəldim. Şəraitlə tanış olandan sonra burda böyük işlər qura biləcəyimi hiss etdim. Və dərhal işə başladım. Olduqca qısa zaman kəsiyində bir böyük və bir neçə məşq meydançası, eləcə də qum meydançası saldıq. İşlər başa çatandan sonra isə meydançaların saxlanılmasına birbaşa nəzarət etməli oldum. Bu gün ölkədə ən yaxşı meydançalar Qəbələdədi. “Qarabağ” dəyişiklik etmək fikrinə düşəndən sonra rəhbərlik mənim köməyimə ehtiyac duydu və kiçik məsləhətləşmədən sonra razılaşdıq. Həm “Qəbələ”, həm də “Qarabağ”ın fantastik klub olduğuna əmin ola bilərsiz. Kimin sözünə əməl edirəm? Meydançaların (gülür). Amma “Qəbələ”nin qəlbimdə xüsusi yeri var. Görün neçə illərdi bu klubla əməkdaşlıq edirəm. Həm bölgənin özü gözəldi, həm də insanları. Planımı belə bölmüşəm: bir həftə Qəbələdəyəm, bir həftə Bakıda.
- Respublika stadionundakı meydançaya siz nəzarət edənə qədər vəziyyət acınacaqlı idi. Nəyi dəyişdiz?
- Havanın dərəcəsi 35, torpağın dərəcəsi 25 dərəcəni keçdikdə otun “ölməməsi” üçün müəyyən qayğı metodları var ki, bunu bilməməyin, ya da xüsusi diqqət ayırmamağın nəticəsiydi. Əsas səbəb otdu. Günəş radiasiyasından qorunmanın üsullarından düzgün yararlanmaq lazımdı. Karbon dövrü başa çatanda vəziyyət mürəkkəbləşir, çıxılmaz durum yaranır. Kök sistemi uğursuzluğa düçar olur və beləcə müxtəlif xəstəliklər baş qaldırır. Bununla da otun istinilən kimi bitməyəcəyinə əmin olurduq. Klublardan gələn təzyiq məsələsi də başlıca rol oynayır. Komandalar hər zaman yaxşı meydança istəyir və bunu ən qısa zamanda əldə etməyə çalışırlar. Bu hər yerdə belədi. İşin qısa zamanda başa çatması üçünsə mütəxəssislər bəzən kimyəvi maddələrdən yararlanır ki, bu da otda xəstəlik yaradır, bitki çatışmazlığına səbəb olur. Ona görə də heç vaxt kimyəvi maddələrdən yararlanmıram. Mənə öyrədiləndən, lazım olandan istifadə etməklə istəyimə çatıram.
- Xəstəliyin qarşısını almaq üçün hansı yeni tədbirlər həyata keçirdiz? Hər hansı avadanlıqdan, müalicə məhsullarından, toxumlardan istifadə etdiz?
- Hazırda Avropada mövcud olan texnologiyaların heç birinə sahib deyilik. Avropanın keçmiş günlərində olduğu kimi qum və otdan istifadə edirik. Bir isitmə sistemimiz var, təəssüf ki, o da işlək durumda deyil. Hava sistemlərimiz, ot gücləndiricilərimiz, yüngün qurğular - heç biri yoxdu. Minimal sayda maşınlar hesabına istədiyimizi əldə etməyə çalışırıq. Ota gəlincə, bitki biologiyasını yaxşı bilirəm. Otu nə vaxt qidalandırmağın zamanını bilirəm, bu də mənə kömək edir. Düzgün səpin olarsa, bitki inkişaf edəcək. Sadəcə, inkişaf vaxtı onu zorlamamalısan. Mən təbiətlə mübarizə aparıram və çalışıram ki, ona məğlub olmayım. Çünki mən bu sahədə təhsil, savad almışam. Bu 7 il mənə həm də böyük təcrübə qazandırdı. Mən heç vaxt istirahət etməyəcəm! Asan olmasa da, daim və daim diqqətli olmalısan, qulluq göstərməlisən. Otu bir saniyə gözdən uzaq qoymamalısan. Bu sənə baha başa gələ bilər.
HƏBİB hazırladı
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar