19 avq 22:32aktual

“Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır

“Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır
İzzət Mahmudov: “Yəqin razılaşarsız ki, hər il avqustda ot örtüyü yararsız hala düşürdü”
Avqustun 15-də “Tofiq Bəhramov”dakı möhtəşəm ab-hava uzun müddət yaddaşlardan silinməyəcək. İlk dəfə ölkəmizdə ÇL-in pley-off matçının keçirilməsi, yarışın himninin səsləndirilməsi, “Qarabağ”ın parlaq oyunu və vacib qələbəsi, tribunadakı atmosfer – bir sözlə, hər şey ürəkaçan idi. Klub təşkilati işlərdə də maksimum səy göstərmişdi. Xırda-para çatışmazlıqlar var idi ki, onu da ilk dəfə bu səviyyədə oyuna evsahibliyi etməklə əlaqələndirmək olar. Çatışmazlıqlar sırasına qazonun durumunu da əlavə etmək olar. Düzdü, durum faciəvi deyildi və xüsusilə rəqib komandanın üzvlərindən kimsə bunu qabartmadı. Nəzərə alsaq ki, hər il yay aylarında Respublika stadionunun qazonu bərbad hala düşürdü, “Kopenhagen”lə oyunun gedişindəki mənzərəyə göz yummaq olardı. Ancaq söhbət ingilis mütəxəssis Fil Şarples və onun nümunəvi işindən gedirsə, qazon butsların təmasına elə asan ram olmamalı, torpaq parçaları qopub ora-bura düşməməliydi. İlk yarıdan sonra otabaxanlar əl gəzdirsələr də, matçın sonlarında yenə eyni mənzərə yarandı. Bir epizodda topu oyuna daxil edərkən vuruşu bərbad alınan İbrahim Şehiç əyilib torpağı əlinə götürdü və onu hirslə yerə çırparaq etirazını bildirdi.
“Qarabağ”ın akademiyasının əlaqələndiricisi, stadiona nəzarət edən İzzət Mahmudovdan qazonun halını, tez korlanmasının səbəbini soruşduq. Klub rəsmisi isə iradlarla razılaşmır: “Deməzdim ki, qazon oyuna hazır deyildi. Əksinə, normal idi, hamı da bəyəndi. Düzdü, qopan hissələr var idi. Fasilədə əl gəzdirildi. Oyundan sonra da plan üzrə işlər görülür, torpaq tökülür. Yəni sırf texniki proses icra olunur. Hazırda qazon tam qaydasındadı. Yəqin razılaşarsız ki, “Ayntraxt”la oyunumuzdan bu yana hər yay, xüsusilə də avqustda qazon yararsız hala düşürdü. Hər il toxum əkilir, yanmış hissələr dəyişdirilirdi. Hətta bütövlükdə qazon dəyişdirilib. Bu il Allaha şükürlər olsun, problemimiz olmadı. Qazon nə yanıb, nə də seyrəlib. Texniki tələblərə uyğun şəkildədi. Torpaq parçalarının qopması normal haldı. Bu, butsların “şip”indən asılıdı. “Şip” uzun olanda yerə çox girir, zərbə vuranda qazondan hissəciklər qopur. Dünya arenalarında da bənzər halla çox qarşılaşmışıq. Bunu problem adlandırmayaq. Komandalardan şikayət edən olmadı. UEFA nümayəndəsi çox bəyəndi. Düzdü, qazonun durumunu dəqiq neçə balla qiymətləndirdiyini bilmədim. Amma hesab edin ki, 10 ballıq şkala ilə dəyərləndiribsə, “9”, 5 ballıq qiymətləndirmə ilə “4” verib. Təki “Qarabağ”ımız ÇL-in qrupuna düşsün, gələcəkdə qazonun durumu daha yaxşı olacaq. Sentyabrıdan etibarən ot örtüyü özünə gələcək, kəskin istilərin təsirindən, yəni iqlim şəraitinin təzyiqindən azad olacaq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar