19 avq 21:56aktual

“Qarabağ” səfərdə nə etməlidi?

“Qarabağ” səfərdə nə etməlidi?
Mütəxəssislər Danimarkada müdafiəyə çəkilməməyi tövsiyə edir
Çərşənbə axşamı “Qarabağ” Çempionlar Liqasında yeni tarix yazdı. Son 4 mövsümün dəyişməz çempionu qitənin ən nüfuzlu klub turnirinin ilk pley-off matçında “Kopenhagen”ə 1:0 hesabıyla qalib gəlməklə cavab görüşü ərəfəsində üstünlük qazandı. Həmin gün açıq-aşkar göründü ki, Qurban Qurbanov rəqibi yaxşı, hətta əla təhlil edib. Futbolçular da təcrübəli mütəxəssisin bütün tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi. “Köhlən atlar” bəlkə də ilk dəfə avrokuboklarda sırf nəticəyə uyğun oyun sərgilədi. Sonda da faydasını gördü. Əsasən rəqibi əks-hücumlarda yaxalayan təmsilçimiz orta sahədə danimarkalılara heç bir şans vermədi. Almeyda – Qarayev – Miçel “üçlüy”ü rəqibin bütün orta sahəsini nəzrətdə saxladı. Düzdü, ağdamlılar rəqibin cərimə meydançasının önündə çoxgedişli kombinasiyalar qurmur, qapıya zərblər endirmirdi. Demək olar ki, zərbələrin çoxu uzaqdan idi və hücumlar əsasən cinahla qurulurdu. “Qarabağ”ın sərgilədiyi oyunla bağlı mütəxəssislərin fikirlərini öyrənməyi lazım bildik. Onlara konkret bu sualları ünvanladıq: “Qarabağ”ın hansı tərəflərini bəyəndiz, nələrdən narazı qaldız? Səfərdə komanda bu oyunu davam etdirməlidi, yoxsa Qurban Qurbanov fərqli taktika seçməlidi? Cavablarla tanış olun.
Vaqif Sadıqov: “Qarabağ”ın oyunu haqda çox söz demək olar. Ürəyim doludu. Sadəcə, fəxr edirəm, qürur duyuram. Çünki Avropa səviyyəli komandamız var. Arzulayardım ki, bu oyunun davamı səfərdə də gəlsin və çempion mərhələ adlasın. “Qarabağ”ın ən bəyəndiyim tərəfi məşqçilər korpusu tərəfindən rəqibin hərtərəfli təhlil olunması idi. Rəqibin bütün üstün cəhətlərini nəzərə alaraq, onları neytrallaşdıra bildilər. Əks-hücumlar çox yaxşı idi. Komanda müdafiədən hücuma çox yaxşı çıxırdı. Qonaqlar standart vəziyyətlərə bel bağlamışdı. Bu halda ən gözəl taktika elə əks-hücumdu. “Qarabağ” sırf nəticəyə oynadı. Çərşənbə axşamı keçirilən oyunla çempionatdakı matçları arasında çox böyük fərq var. Həmişə bizim premyer-liqada “Qarabağ”dan mövqe hücumları görmüşük. Pley-offda isə əks hücumlar öz işini gördü. Qol da məhz belə vəziyyətdə vuruldu. Cinahlarda da yaxşı oyun qururdular. Çempionatda isə “Qarabağ” qolların çoxunu rəqibin cərimə meydançasının içindən vurur. Sevindirici haldı ki, təmsilçimiz nəticəyə oynaya bilir. Hesab edirəm ki, komanda səfərdə də bu oyun üslubunu qorumalıdı. Komandanın ÇL-dəki oyunlarını gözdən keçirsək, aydın olur ki, inam daha da artır. Geriləmə yoxdu. Öz tərzini qoruya bilir. Uzun marafonda ruhdan düşmürlər. Daha da etibarlı oynayırlar. İki oyunun nəticəsini nəzərə alırlar. Danimarka da belə olmalıdı. Düzdü, çətin olacaq. Amma “Qarabağ” öz oyununu oynasa, ÇL-in qrupuna düşəcək. İndi komandada gözəl oyunla yanaşı, proqmatik futbol da var. Sırf Avropa futbolu görünür”.
Bəhmən Həsənov: “Çox maraqlı və gözəl oyun oldu. Ən xoşuma gələn cəhət komandanın müdafiədən hücuma cəld çıxışı və arxa zonaya qayıdışı idi. Rəqibə heç bir zonada azadlıq vermirdi. Xüsusilə də orta sahədə. Xoşuma gəlməyən cəhət isə rəqib qapısı ağzında çoxgedişli kombinasiyalar qura bilməməsi oldu. Zərbələrin çoxu uzaqdan idi. Cərimə meydançasının önündə çoxluq yarada, kombinasiyalı hücumlar qura bilmirdik. Əks-hücumlar zamanı isə ağdamlılar çox əla təsir bağışladı. Onlar mərkəzdən rəqibin qapısı önündə təhlükə yarada bilmədiyindən hücumların çoxu cinahlardan quulurdu. Təbii ki, rəqibin orta sahəsində boşluqlar var idi. Səfərdəki oyun bir az ağır olacaq. Çünki “Kopenhagen” evdə yaxşı oynayır. Onlar qələbəyə oynayacaqlar. Məncə, təmsilçimiz müdafiədən oynasa, daha yaxşı olar. Bu hesabı qorumaq lazımdı. Tam arxaya oturmaq lazım deyil. Oyunu əks-hücumlar üzərində qurmaq lazım gələcək. Amma daha çox diqqəti müdafiəyə yönəltməklə”.
Yunis Hüseynov: “İlk növbədə “Qarabağ”ı təbrik edirəm. Ümid edirəm ki, səfərdə də yaxşı nəticə qazanıb, qrup mərhələsinə adlayacaqlar. Oyunda ən çox xoşuma gələn cəhət futbolçuların motivasiyası oldu. Oyunçular bu tarixi şans üçün özlərini tam toparlaya bilmişdilər. Bu şans idi və yararlanmaq istəyirlər. Mən də inanırdım ki, “Qarabağ” qalib gələcək. İkinci amil azarkeş dəstəyidi. Onlar 12-ci oyunçu kimi komandaya dəstək oldular. Üstəlik, komanda çox top saxlayır. “Qarabağ” kollektiv oyuna üstünlük verirdi. Deyərdim ki, məşqçi əks-hücum taktikasını çox düzgün seçmişdi. Müdafiədən hücuma çox sürətli çıxırdılar. Həm də geri qayıdanda bütün zonaları bağlayırdılar. Rəqib komanda “Qarabağ”ı təhlil etmişdi. Amma tam yox. Cinahları bağlaya bilmirdilər. Onlar standart vəziyyətlərə bel bağlamışdılar. “Qarabağ” da bunların öhdəsindən lazımınca gəldi. Xoşuma gəlməyən tərəf olmadı. Komanda çox yaxşı oynadı, oyunçular var güclərini qoydular. “Kopenhagen” arxada çoxluq təşkil edirdi. Bu üzdən mərkəzdən hücumlar qurmaq olmurdu. Komanda bu oyununu səfərdə də sərgiləməlidi. Tam müdafiəyə oturmaq olmaz. Bizə qol lazımdı. Bir qol vursalar, məsələ bitəcək. İnanmıram ki, Qurban Qurbanovun komandası tam müdafiəyə çəkiləcək. Əks-hücumlarda oynamaq lazımdı. Tam geri çəkilmək olmaz. Bu halda rəqib daha çox təzyiq edəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar