19 avq 16:14aktual

UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi

UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi
Çərşənbə axşamı “Qarabağ”a bütün komponentlərdə uduzan və məğlubiyyəti həzm edə bilməyən “Kopenhagen” ilişməyə məqam tapıb. Danimarkalılar Ağdam təmsilçisini meydana kapitan kimi çıxaran Maksim Medvedevin Pyer Benqtssonu bilərəkdən vurduğunu iddia edir. Xatırladaq ki, həmin epizod 20-ci dəqiqəyə təsadüf edib və insafən, top uğrunda mübarizə zamanı Maksim həqiqətən rəqibə dirsək zərbəsi endirib. "Kopenhagen" "Qarabağ"ın müdafiəçisinin Benqtssonu qəsdən vurduğunu iddia edir. Dirsək zərbəsi nəticəsində futbolçunun almacıq sümüyünün əzildiyi bildirilir. UEFA-ya şikayət məktubunun ünvanlanması ilə bağlı məlumatı klubun rəsmi saytı yayıb. Açıqlamada qeyd olunub ki, həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. Bu isə "Kopenhagen"in düşərgəsində narazılığa səbəb olub. Onların fikrincə, Medvedevə həmin epizodda birbaşa qırmızı vərəqə göstərilməliydi. Yeri gəlmişkən, “Kopenhagen”in kapitanı Uilyam Kvist epizoddan dərhal sonra hakimə yaxınlaşaraq vərəqə tələb etmişdi. Talyavento jestlərlə ona bunun ikili mübarizə olduğunu, Maksimin qolundan tutan Benqtssondan yaxa qurtarmaq üçün dartındığını və bu zaman əlinin rəqibin sifətinə dəydiyini başa salmışdı. Amma “Kopenhagen” düşərgəsində hakimlə razılaşmırlar. Elə bu üzdən də danimarkalılar oyundan sonra UEFA-ya şikayət edib. "Kopenhagen" Medvedevin cəzalandırılmasını və cavab görüşünü buraxmasını istəyir.
Klubun mətbuat katibi Daniel Rommedal məsələ ilə bağlı bunları söyləyib: "Müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də bu gün səhər saatlarında etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik".
"Qarabağ”ın direktoru Əmrah Çəlikəl “Kopenhagen”in UEFA-ya şikayət etməsinə normal yanaşsa da, Maksimin cəzalandırılacağına inanmır: "Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etdiklərini bilirik, məlumatımız var. Bu onların hüququdu. Ancaq məlum epizoda görə futbolçumuzun cəzalanacağını güman etmirəm. Çünki bu top uğrunda mübarizə zamanı baş verən adi oyun epizodu idi. UEFA futbolçumuzu cəzalandırsa, biz də başqa instansiyalara üz tutacaq, apellyasiya verəcəyik”.
Hər iki tərəf özünü haqlı saya bilər, bəs UEFA-nın Maksimi cavab oyununa çıxmaqdan məhrum etməsi nə dərəcədə realdı? Məsələyə mütəxəssis rəyi öyrənmək üçün beynəlxalq dərəcəli inspektor Asim Xudiyevə müraciət etdik: “Açığı, indiyə qədər avrokubok matçlarlarında UEFA-nın oyun epizoduna görə hansısa futbolçunu diskvalifikasiya etdiyinin şahidi olmamışam. Amma UEFA-nın müvafiq qurumunda şikayətə baxılacaq və qeyd götürüləcək. Bu o deməkdi ki, həmin epizod material kimi gələcəkdə nümayəndələrin müzakirəsinə veriləcək. Eləcə də hakimin qərarı, həmin epizodda nə etməli olduğu diqqətə çatdırılacaq. İnanmıram ki, futbolçumuzu cəzalandıralar. Görünür, “Kopenhagen” qaydalara uyğun olaraq, 24 saat ərzində şikayətini çatdırmaqla prosedurdan yararlanıb təzyiq vasitəsi kimi istifadə etmək istəyir”.
MİRAĞA
P.S. Günün sonunda məlum oldu ki, “Kopenhagen”in bu iddiası rədd olunub. UEFA-nın Nəzarət, Etika və İntizam qurumu Maksim Medvedevə hansısa cəza verməyib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar