17 avq 19:57aktual

“Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib”

“Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib”
Rauf Əliyev “İnter” rəhbərliyinə və Azərbaycana mesajlar göndərdi
Artıq neçə gündü futbol ictimaiyyəti Rauf Əliyevin taleyinin necə olacağı ilə maraqlanır. Ötən mövsüm Filip Ozobiçlə birgə premyer-liqanın bombardiri olan forvardın “Kukesi”yə transferinə mane olmağa çalışan, transferi qeyri-qanuni adlandıran “İnter” icraçı direktoru Rəmiş Malıyev qəzetimizin ötən sayına müsahibəsində təzminat ödənilməyəcəyi təqdirdə həm futbolçudan, həm də Albaniya klubunun rəhbərliyindən FİFA-ya şikayət edəcəklərini söyləyib. Bu dəfə səbəbkara tribuna verməyi lazım bildik. Görəsən, Rauf Malıyevin söylədiklərinə necə münasibət göstərir? Yeni komandasıyla birgə Makedoniyada - təlim-məşq toplanışında olan hücumçu ilə söhbətdə bizi maraqlandıran suallara cavab tapmaqğa çalışdıq.
- Rauf, nə baş verir?
- Sözün düzü, mən də başa düşmürəm ki, bunlar niyə belə edir... Daim bizi məzəmmət etmisiz ki, niyə futbolçular legioner həyatı yaşamır? İndi imkan düşüb, ölkə xaricinə üz tutmuşam. Bundan artıq nə etməliyəm? Ancaq “İnter” rəhbərliyi buna qarşı çıxmaq istəyir. Lakin bütün cəhdləri əbəsdi. Onlar istəsə də, istəməsə də, reallıqla barışmalıdılar. “Bu transfer qeyri-qanunidi” deyib, mənə əngəl olmasınlar. Hər şey qanunlar çərçivəsindədi.
- Keçidin qaydalara zidd deyilsə, nəyə görə icraçı direktor, AFFA-nın sabiq hüquqşünası Rəmiş Malıyev, “İnter”in Müşahidə Şurasının yeni sədri keçidinə belə aqresiv münasibət göstərir?
- Nə deyim? Əslində Zaur müəllimlə xoş münasibətimiz var. Albaniyaya yollanmamış onunla söhbət etmişik. Seçimimə hörmətlə yanaşdığını bildirdi. Ancaq arada 2-3 şəxs var ki, suları bulandırmağa çalışırlar. Axundov məlum açıqlamanı da böyük ehtimalla, onların fitnəsi ilə verib. Əslində yenə deyirəm ki, Zaur müəllim çox yaxşı, futbolçunu başa düşən adamdı.
- Kimdi həmin şəxslər? Niyə onlar sənə belə münasibət göstərir?
- Necə deyim... (xeyli fikirləşir). Bilirəm onlar kimlərdi və nəyə görə belə etdikləri də mənə məlumdu. Üz vurmayın, indi adlarını çəkməyəcəm. Amma elə düşünməyin ki, bu məsələ bağlı qalacaq. Müəyyən vaxtdan sonra onların adını sizə deyəcəm və ölkənin futbol ictimaiyyəti də biləcək ki, şəxsi mənafeyini güdən şəxslər kimlərdi. Həmin şəxslərə səslənirəm: mənə mane olmayın. İmkan verin, karyeramı ölkə xaricində davam etdirim. Pislik özünüzə qalacaq. Düzgün addım atdığımı gec-tez hamı biləcək. Həmin pisniyyət adamlara görə hələ də tranfer vərəqim “Kukesi”yə göndərilməyib.
- “İnter” son bəyanatda keçidlə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdüyünü də bildirib. Baş katib seçiminə görə sənə xeyir-dua verdi, yoxsa o da təzminat məsələsini qabartdı?
- Əksinə, Elxan müəllim legioner həyatı yaşamaq yönündə mənə uğurlar arzuladı. Çox maraqlıdı ki, ondan fərqli, bəziləri mənə bu işdə mane olmağa çalışır.
- Necə düşünürsən, “İnter” rəhbərliyi transfer vərəqini “Kukesi”yə göndərməyə bilər?
- İnanmıram ki, klub rəhbərliyi bu addımı ata. Ortada hamıya məlum FİFA qaydaları var. Bu addımı atsalar, müəyyən vaxtdan sonra sanksiyalara məruz qala bilərlər. İndiki durumda bu “İnter” üçün ağır fəsadlara yol aça bilər.
- “Kukesi”yə keçidində vasitəçi olan agent yerlidi, yoxsa əcnəbi? Bu sualı boşuna vermədim. Yaşananlarla bağlı qəzetimizə açıqlama verən Rəmiş Malıyev bu işdə vasitəçi olan agenti hüquqi cəhətdən savadsız adlandırıb.
- Agentim əcnəbidi, bu öz yerində. Ancaq özüm də uşaq deyiləm. 12 ildi peşəkar futboldayam. Heç şübhəsiz, addım atmamış hər şeyi nəzərə almışam. Bütün məsələləri incəliyinə qədər araşdıraraq “İnter”dən ayrılmışam. Dəli deyiləm ki, müqaviləm ola-ola, başqa klubla anlaşma imzalayım. Bəlkə Malıyev özünü hamıdan savadlı və ağıllı sayır? Ancaq mənim də, agentimin də özümüzə görə bilik və məlumatımız var. Bu addımı 5 ay öncə niyə atmamışam? Həmin ərəfədə də ölkə xaricindən təkliflər var idi. Həmin vaxt klubla müqaviləm olduğundan bilirdim ki, bu qeyri-qanunidi. Yayda anlaşmam bitib və azad agent kimi özümə yeni klub tapmışam. Rəhbərlik unutmasın ki, Avroliqada kluba təmənnasız kömək etmişəm. Heç vaxt istəməzdim ki, iki il şərəfini qoruduğum komandadan belə ayrılım. Bu müddətdə ictimaiyyətin bilmədiyi çox problemlə üzləşdik, ağır günlər keçirdik. Ancaq heç kimə bu haqda nə mən, nə də başqa komanda yoldaşlarım danışdı. Ailə sirrimizi qoruduq. Çox əziyyətli günlərimiz oldu. Bunlara baxmayaraq, nəticə də qazana bildik. Budu mənə qoyduqları hörmət? Heç olmasa, həmin günləri unutmasınlar.
- İndi hamını maraqlandıran səninlə klub arasında olan ikili müqavilədi. Şəxsi müqavilədə müddət 1 il və 579 manat əməkhaqqı alacağın göstərilib. Klubda olan sənəddə isə müddət iki il olmaqla yanaşı, maaş 10 min göstərilib. Klub rəhbərliyi də iddia edir ki, vergiyə orqanlarına 10 min manatın vergisini ödəyib. Məhz buna görə səndən keçid üçün təzminat tələb olunur.
- Açığı, bu məsələdə çox dərinə getmək istəmirəm. Ara sakitləşəndən sonra bütün detallara aydınlıq gələcək açıqlama verəcəm. Özümə söz vermişdim ki, bütün məsələlər yoluna qoyulana kimi mətbuata açıqlama verməyəcəm. Ancaq “Futbol+”ə xüsusi hörmətim olduğuna görə sizinlə danışıram. İndi bu məsələ ilə bağlı danışsam, çox sular bulanacaq. Xahiş edirəm səbirli olun, məni pis vəziyyətdə qoymayın.
- Biz səndən hansı müqavilənin etibarlı olduğunu və klubun 579, yoxsa 10 min manata görə vergi ödədiyini öyrənmək istəyirik. Yəqin özün də bilirsən ki, vergidən yayınmaq cinayət sayılır.
- Əsas müqavilə PFL-ə təqdim olunandı ki, orda da müddət bir il göstərilib. PFL də həmin sənədi daha yuxarı instansiyalara, yəni UEFA və FİFA-ya təqdim edir. Qardaşlıq, kişi sözünə əməl olunan müqavilələrin heç bir hüquqi əsası yoxdu. Onlar boş şeylərdi. O ki qaldı klubun hansı maaşa görə vergi ödəməsinə, bunu klubdan aydınlaşdırın. Mən belə işlərlə maraqlanmırdım. Kimsə kimisə aldadıbsa və ya hər şeyi düzgün, şəffaf şəkildə həyata keçiribsə, öz işidi. Mənə vacib olan müqavilə müddətidi ki, o da bitib.
- Nəzərə alsaq ki, keçidin qalmaqalla müşayiət olundu, yeni klubunda səni necə qarşıladılar?
- Klub rəhbərliyinin hər şeydən xəbəri olduğuna görə məni normal qarşıladılar. “Kukesi” rəsmiləri müqavilənin şərtlərindən xəbərdar idi. Hər şey normaldı və hazırda komanda ilə birgə Makedoniyadayam.
- Bu yaxınlarda “Kukesi”də komanda yoldaşın olan oyunçulardan biri Albaniya mətbuatına açıqlama vermişdi. Keçidinə ironiya ilə yanaşıb və bildirib ki, Rauf səviyyəli forvarddısa, mövsümə 30 qol vurmalıdı. Sənə elə gəlmir ki, kollektivdə sənə qarşı qısqanclıq var?
- Həmin açıqlama ilə tanışam. Səsləndirdiyiniz fikirlərin müəllifi müdafiəçidi. Vaxtilə Azərbaycanda oynayıb və “Olimpik Şüvəlan”ın şərəfini qoruyub. Çox maraqlıdı ki, həmin oyunçu mənə düşərgədə ən isti münasibət göstərənlərdən biridi. Çox təcrübəli, düşərgədə sözü keçən futbolçulardandı. Ondan başqa “Kukesi” də Albaniya yığmasın üzvləri də var ki, onlarla da milli səviyyəsində keçirilən oyunlarda üz-üzə gəlmişəm. Bir sözlə, hər şey normaldı, heç nədən şikayətçi deyiləm.
- Digər legionerlərə münasibət necədi?
- Komanda da səhv etmirəmsə, 5-6 əcnəbi var. Hamıya normal münasibət göstərilir. Heç biri burda nədəsə çətinlik çəkmir.
- Dillə bağlı problemlə üzləşdiyini söyləmisən. Məşqlərdə bu yöndə çətinlik olur?
- Baş məşqçimiz az da olsa, rus dilində başa düşür. Mənə də tapşırıqları rus dilində verir. Kollektivdə vaxtilə Türkiyədə oynayan futbolçu olduğundan, komanda yoldaşlarımla ünsiyyətdə o mənə yardımçı olur. Heç olmasa, ünsiyyət qurmaq üçün ingilis dilində müəyyən sözləri öyrənvəyə çalışıram. Düzdü, bir qədər bilirəm. Ancaq inkişaf etdirmək lazımdı.
- “Kukesi”nin büdcəsi haqda məlumat verə bilərsən?
- Hər şeyi zaman göstərəcək. Onda siz özünüz müqayisə edərsiz. Az-çox məlumatım var. Lakin mənə aid olmayan məsələ haqda danışmaq istəmirəm. Nə qədər olmasa da, legionerəm. Son illər Albaniya çempionatı Avropanın aparıcı klublarının diqqətindədi. Əsas məqsədim Albaniya çempionatında özümü göstərib, daha güclü klublara keçməkdi. Buna nə dərəcədə nail olacağımı zaman göstərəcək.
- Kukesi necə şəhərdi?
- Açığı, şəhər haqda geniş məlumata malik deyiləm, hələ ki orda olmamışam. Şəhərin eyniadlı komandası paytaxt Tiranada məskunlaşıb. Yalnız ev oyunlarını keçirmək üçün komanda ora yollanır. Tiranadan ora 2 saatlıq yoldu. Komanda yoldaşlarımdan aldığım məlumata görə, qədim şəhərdi, əhalisi futbolu çox sevir və çempionat oyunlarında tribunalarda yetərincə azarkeş olur. Sizinlə səmimi danışmaq istəyirəm. İndi məni şəhər yox, yeni komandadakı mövqeyim maraqlıdı. Cəmi iki-.üç məşqə çıxmışam və çalışıram özümü yaxşı tərəfdən göstərim. Hiss edirəm ki, düşərgədə də mənə xüsusi diqqət var. Maksimum çalışacam ki, əsas heyətdə özümə yer edim və komandanın aparıcı üzvlərindən biri olum.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar