17 avq 22:46aktual

Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı

Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı
Azərbaycanlı azarkeş bu himni stadionda canlı eşitmək üçün nə az, nə çox - düz 25 il gözləməli oldu. Keçmiş SSRİ-nin “şinelindən çıxan” respublikaların 4-də - Rusiya, Ukrayna, Belarus və Qazaxıstanda – futbolsevərlər bu xoşbəxt dəqiqələri yaşamağın həzzini dadmışdısa, “Qarabağ”ın sayəsində srağagün bizlərdə 1992- ci ildə Kralin Filormoniya Orkestri tərəfindən bəstələnmiş və Martin Akademiyasinin xoru tərəfindən oxunan o gözəl musiqini eşitdik, kövrəldik, keçmişi yada saldıq, gələcəyi düşündük... Heç şübhəsiz, hər kəs – premyer-liqada hansı komandaya azarkeşlik etməsindən asılı olmayaraq - çərşənbə axşamı 3 dəqiqəlik himni “Tofiq Bəhramov”da səsləndirdiyinə görə “köhlən atlar”a aşkarda, gizlində təşəkkür etdi. İlklər həmişə yadda qalan, əziz olur.
Stadion qarşısında yaşanan izdiham, bilet alveri
Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off oyununa qucaq açan Respublika stadionunun qarşısı oyuna saatlar qalmış artıq futbolsevərlər tərəfindən mühasirəyə alınmışdı. Bu günə kimi İngiltərə kraliçasının xüsusi mükafatına sahib çıxmış ünlü hakimin adını daşıyan arena bir çox tarixi oyunlara evsahibliyi etmişdi. Ancaq çərşənbə axşamı stadion ətrafında xüsusi ab-hava yaşanırdı desək, yanılmarıq. Lakin bu futbol bayramının üstünə kölgə salan məqamlarda az deyildi. Belə ki, əksər beynəlxalq oyunlarda olduğu kimi, bu dəfə də “qara bazar” öz işindəydi. Matçın start ftinə saat yarımqalmış arenanın ətrafındaydıq. Sanki təqvimdə 2017-ci il yox, ötən əsrin 90-cı illərinin əvvəlləri, Azərbaycanda “tolkuçkalar”ın bərkgedən vaxtları idi. “Qonaq sektora bilet”, “matçı VİP lojada izləmək istəyənlərə bilet”, “çox yaxşı yerlərə münasib qiymətlərə bilet” sözlərini addımbaşı eşitmək mümkün idi. Görünür, “Qarabağ” rəhbərliyinin inadkarlğına baxmayaraq, işbazlar yenə də hansısa yolla istəyinə çataraq qarşılaşmadan əvvəl satış üçün biletlər əldə etmiş, oyun ərəfəsində “qaz vurub, qazan doldurmaq” imkanı qazanmışdılar. Qurban Qurbanovun komandasının oyununu izləmək üçün Şəmkirdən Bakıya gələn 3 nəfərlə ayaqüstü söhbət zamanı məlum oldu ki, onlar dəllallardan 6-cı sektora bilet əldə ediblər. 2 manatlıq biletləri 4 manatdan alan şəmkirlilər buna görə məyus olmasalar da, elektron bilet satışının olmamasından gileyləndilər. Onlar ölkə futbolunun liderinin tarixi oyununu izləmək üçün istənilən məbləğdən keçməyə hazır idi. Ancaq internet üzərindən bilet satışının olmasının tərəfdarıdılar. Çünki bölgələrdə “Qarabağ”ın oyununa bilet almaq istəyən yetərincə azarkeş var. Lakin vaxt azlığından paytaxta gələ bilmirlər. Ən pisi isə odu ki, oyun günü satışda holoqramsız biletlər də olub. Sosisal şəbəkələrdəki paylaşımlarda həmin biletlərin şəkli də yayılıb. Qeyri-qanuni biletlərin ortaya çıxması isə heç şübhəsiz, “Qarabağ”ın imicinə ağır zərbədi. Belə çıxır ki, rəsmilər ya durumu idarə edə bilməyiblər və bundan istifadə edənlər satışa holoqramsız biletlərlər çıxarıblar, ya da klubda çalışanlar artıq qazanc əldə etmək üçün bu üsuldan yararlanıblar. Yəqin ki, bu və biletlərin “qara bazar”a necə çıxması rəhbərlik tərəfindən araşdılacaq, günahkarlar layiqli cəzasını alacaq.
50-ci dəqiqədə stadiona girən azarkeş, nəzakətli polis
Oyunun İtaliyadan olan baş hakimi start fitini saat 20.00-da səsləndirsə də, ilk hissənın və ikinci yarının əvvəlində tribunalara axışan azarkeşləri görmək mümkün idi. Onların bu qədər yubanmasının səbəbi isə stadiona girişdə ciddi yoxlamanın olması idi. Təsəvvür edin, arenaya daxil olmaq istəyən hər kəs 4 mərhələli yoxlamadan keçməli idi. Əvəvlcə əlində bilet olan tamaşaçı könüllülər tərəfindən sorğu-suala çəkilirdi. İkinci mərhələdə polislər biletlə yanaşı, xüsusi avadanlıqla əl çantalarını və üst-başı nəzarətdən keçirirdi. Turniketdən keçənlər stadion ərzisində yenidən polisə biletini göstərməliydi. Sonuncu mərhələ isə tribunaya giriş önündə idi. Hətta plastmas su qablarını içəri keçirməyə icazə verməyən asayiş keşikçiləri iradlara baxmayaraq, belə tapşırıq aldıqlarını bildirirdilər. Bütün bu yoxlamaları və bizim azarkeşlərin oyunun startına dəqiqələr qalmış arenaya gəlməsi vərdişini nəzərə aldıqda bəzilərinin öz yerlərini gec tutması səbəbini başa düşmək olar. Yaxşı olardı ki, həmin şəxslər biletin üzərində göstərildiyi kimi stadiona iki saat əvvəldən təşrif buyursunlar. Belədə nə onlar, nə də polis əziyyət çəkər. Yeri gəlmişkən, bu dəfə asayiş keşikçiləri də azarkeşlərə münasibətdə daha mədəni davranışla seçildi. Stadiona girişdə polislərdən birinin yoxlama cihazı xarab olduğundan onun yoldaşı çox nəzakətlə növbəsini gözləyən azarkeşləri başqa istiqamətə yönəltməklə yanaşı, basırığın olmaması üçün əlindən gələni edirdi. Adını öyrənməyə çalışdığımız çavuş buna ehtiyac olmadığını və vəzifə borcunu yerinə yetirdiyini söylədi.
Adsız satış məntəqələri
ÇL-in özünəxas sərt qaydalarının olduğunu hələ ötən saylarımızın birində yazmışdıq. Onu da bildirmişdik ki, matç zamanı stadion ərazisində fəaliyyət göstərən kafe və satış mərkəzlərinin adları UEFA-nın tələblərinə uyğun qapalı olacaq. Hər şey gözlənildiyi kimi də oldu. İstər sərinləşdirici içkilərin satıldığı nöqtələr, istərsə də kafe və fast-fud məntəqləri adsız fəaliyyət göstərirdi. Yeganə adlı çalışan məntəqə yalnız “Qarabağ”ın fan-şopunun filialı idi. Kluba məxsus müxtəlif atributları əldə etmək istəyən istənilən şəxs çətinlik çəkmədən köşkə yaxınlaşıb istədiyini ala bilirdi.
Danimarkalılara basqı
19.20-də həmkarımız, daim “Qarabağ”ın oyununda azarkeşləri ruhalandırmağa çalışan Sənan Şəfizadə meydanın kənarında göründü. Həmişəki kimi rənagarəng şüarlarla fanatları yerindən oynadan Şəfizadə əlindən gələni edirdi ki, tribunalara toplaşanlar səssiz qalmasın. 19.40-da isə 25 və 26-cə sektorda yer alanların səsi bütün arenanı başına götürdü. Buna səbəb “Kopenhagen” azarkeşlərinin qonaqlara ayrılan sektorda yerini tutması oldu. Fanatlar qonaq azarkeşləri fitlə qarşılayır, onlar isə buna müxtəlif əl hərəkətləri ilə cavab verirdilər. İki sektor arasında “qarşıdırma” 90 dəqiqə boyunca davam etdi. “Köhlən atlar”ın bütün fanklubları matçboyu fəallığı ilə seçildi. Ancaq “İmarət”i ayrıca qeyd etmək lazımdı. Daim görməyə adət etdiyimiz 2-ci sektorda yer alan “İmarət”çilər bütün oyunu dayanmadan sevimlilərinin şəninə şüarlar səsləndirməklə yadda qaldı. 9-cu sektorda yer alan fanatlar isə xüsusi işıq effektindən istifadə edərək komandanın adını başlarının üstünə qaldırdılar. Bundan başqa, zaman-zaman tamaşaçılar mobil telefonların işığından istifadə etməklə tribunalarda xoş mənzərə yaradırdılar.
Stadionu tərk etməyən tamaşaçı və adət etmədiyimiz mənzərə
Azərbaycanlı azarkeşlərin səbirsiz olduğu heç kimə sirr deyil. Demək olar ki, əksər matçlarda tərəfdar oyunun son dəqiqələrini izləmədən stadionu tərk etməyə çalışır. Ancaq bu dəfə tam fərqli səhnəyə şahidlik etdik. Hətta hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə belə tribunlarda boş yer yox idi. Hamı həyəcanla oyunun necə qurtaracağını gözləyirdi. Buna görə azarkeşlərə xüsusi təşəkkür düşür.
“Qarabağ”ın hər uğurlu oyunundan sonra klub rəhbərliyinin paltardəyişmə otağına girib futbolçuları təbrik etməsinə dəfələrlə şahidlik etmişik. Lakin nədənsə bu dəfə nə “Qarabağ”ın prezidenti Abdulbari Gözəl, nə də vitse-prezident Tahir Gözəl gözə dəydi. “Köhlən atlar”ın hər uğurunu öz uğuru kimi qəbul edən AFFA prezidenti Rövnəq Abdullayev də xətrini çox istədiyi Qurban Qurbanovu və komandasını təbrik edənlər arasında yox idi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar