17 avq 15:21aktual

“Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi

“Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi
Qurban Qurbanov: “ÇL-in himnini eşidəndə duyğulandım”
Oyunsonrası mətbuat konfransına əvvəlcə “Kopenhagen”in baş məşqçisi Stole Solbakken qatıldı. O, ənənədən kənara çıxdı: matçla bağlı fikirlərini söyləməyib, birbaşa sualların ünvanlanmasını istədi.
- Nəticə öz yerində, başqa nədən narazı qaldız?
- Son 30 dəqiqədən narazı qaldım. Sonluq ürəyimcə olmadı.
- "Qarabağ"dan bu cür oyun gözləyirdiz?
- Təxminən belə oyun gözləyirdim. İlk 60 dəqiqədə bərabər oyun getdi. Bizim də imkanlarımız var idi. Ancaq son yarımsaat “Qarabağ”ın ərazi üstünlüyü şəraitində keçdi, rəqib meydanda daha çox güc qoydu. Qapıçımız bir neçə qurtarışla yadda qaldı.
- Bu maçdan sonra şansları necə dəyərləndirirsiz?
- Deyərdim ki, "Qarabağ" cüzi üstünlük qazanıb. Rəqib Danimarkada qol vursa, tam favorit olacaq. Ancaq hesabı biz açsaq, üstünlüyə sahib olacağıq.
- Futbolçularınız da, özünüz də aqressiv görünürdüz...
- Elə düşünmürəm. Mən aqressiv deyildim.
- “Kopenhagen”dən fərqli, Azərbaycan klubu ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində iştirak edir. Necə düşünürsüz, azarkeşlər bunun haqqını verdimi?
- Böyük oyun idi. Bu, hiss olunurdu. Azarkeşlər də öz komandalarını yaxşı dəstəklədilər. Qeydə alınan nəticədə də bu rol oynadı.
Qonağın ardınca “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov kameralar qarşısına keçdi. Təcrübəli mütəxəssis həm yetirmələrinin çıxışını, həm də azarkeşlərin dəstəyini “möhtəşəm” təyini ilə ifadə etdi.
- Həm futbolçularımız, həm də azarkeşlərimiz bu gün alqışalayiq idi. Hər şey möhtəşəm idi. Ehtimal etdiyimiz kimi, ağır oyun oldu. Belə komandalarla oyunda çox güc sərf edirsən. Bu gün də bunun şahidi olduq. Futbolçularım səhvsiz oynamağa çalışdılar. Nəticə yaxşı oldu. Amma hesab arasındakı fərqi artıra da bilərdik. Səfərdə bizi daha ağır matç gözləyir. “Kopenhagen” öz meydanında çox yaxşı futbol göstərir. Rəqibi bu gün daha yaxından tanıdıq. Cavab görüşündə daha diqqətli və səhvsiz oynamağa çalışacağıq. Bizi çox ağır 90 dəqiqə gözləyir. Buna baxmayaraq, uğurlu nəticə əldə etməyə çalışacağıq.
- Oyun ərzində cəmi bir əvəzetmə etdiz. Bu nə ilə bağlı idi?
- Məncə, oyun pis getmirdi. Son dəqiqələr də düşündüyümüz kimi alındı. Matçın axarı onu göstərdi ki, əvəzetməyə ehtiyac yoxdu. Buna görə də yalnız bir dəyişiklikdən istifadə etdim. Hər şey yolunda gedərkən, xüsusilə hücum xəttində edilən dəyişiklik bəzən əks effekt verir. Futbolçu meydana təzyiq altında çıxır, fikirləşir ki, səhv edər və üstünlük əldən verilər. Həm də biz ikinci hissənin sonlarında da təhlükəli hücumlar qurur, qol imkanları yarada bilirdik. Belədə dəyişikliyə ehtiyac görmədim.
- Rəqibin baş məşqçisi cavab oyunu ərəfəsində “Qarabağ”ı favorit sayır. Onun fikri ilə razısızmı?
- “Kopenhagen” bu hesaba hazır komandadı. “Vardar”a da səfərdə 0:1 hesabı ilə uduzmuşdular. Amma öz meydanlarında 4:1 hesablı qələbə qazandılar. Bununla belə, mən də evdəki matçda qol buraxmamağa böyük önəm verirəm. 1:0, hətta 0:0 yaxşı nəticədi.
- Cavab görüşündə Federiko Santanderə qarşı xüsusi tədbir görəcəksizmi?
- Onun qarşısını əlimizdə olan futbolçularla almalıyıq. Hava mübarizəsində uduzsaq da, təkbətək epizodlarda məğlub olmadıq. Qapıçımız da bu gün çıxışlarda dəqiq oynadı. Səfərdə bugünkündən daha çox hava ötürmələri verə bilərlər. Biz buna hazır olacağıq. Bu gün nəyi düşünürdüksə, onun da şahidi olduq. Rəqibi daha yaxından tanıdıq.
- Hakimin idarəçiliyi necəydi?
- Mən hakimlərin idarəçiliyindən həmişə razı qalmışam. Hakimlik ən ağır peşədi. Çünki neçə insanın haqqı var. Mən bütün referilərə rahat oyun idarə etməyi arzulayıram.
- Xüsusilə ilk hissədə Şehiç oyuna daha çox qoşulurdu. Bu, sizin tapşırığınız idi?
- Buna hazırlaşmışdıq. Çünki rəqib 2 hücumçu ilə oynayırdı. Buna görə də Şehiçdən “joker” kimi istifadə edirdik. Ümumən pis alınmadı. Bu, bizim üçün vacib tapşırıq idi.
- Matçın əvvəlində Dino Ndlovu zədələndi və siz əvəzetməyə hazırlaşırdız. “B planı”nız necəydi?
- Təbii ki, müəyyən variant üzərində düşünürdük, ancaq bunu deməsəm, daha yaxşı olar.
- Ndlovunu bu həftə çempionatda oyununda ehtiyatda saxlayıb, cavab görüşünə qorumağı düşünürsüz?
- Ehtimal olsa ki, kiçik zədəsi var, onu qoruyacağıq. Sabah komandanın durumu ilə yaxından tanış olacam. Bu gün çox güc sərf etdilər.
- Künc zərbələri zamanı ucaboy Donald Gerye cərimə meydanında yox, daha çox topun arxasında olurdu. Bu nə ilə bağlı idi?
- Donaldın boyu 180-181 santimetrdi. Yəni o qədər də uzun deyil və ötürmələri yaxşıdı. Buna görə də, standart vəziyyətləri ona tapşırmışdım.
- “Qarabağ” Skandinaviya komandalarının qəniminə çevrilib...
- Futbolçu özünü hazırlayanda, konsentrasiyası olanda istənilən rəqibə qalb gəlməyə qadirdi. Rəqibin kim olmasının önəmi yoxdu. Futbolçularımız “böyüyüblər”, artıq avrokubokda böyük təcrübəyə malikdilər.
- Çempionlar Liqasının himnini eşitmək Qurban Qurbanov üçün necə hissdi?
- Özümdən çox, sizlərin bu himni eşitməsini istəyirdim. Mən də duyğulandım. Bu gün Çempionlar Liqasında mübarizə apardığımızı tam hiss etdik. Şad oldum ki, həmin himni Azərbaycanda eşitdilər, bütün azarkeşlər oyundan həzz aldılar.
- Matçın sonlarında ehtiyat oyunçuların geydiyi tərlikdən istifadə etdiz. Soyuq idi?
- Dördüncü hakim belə istədi. Komanda ilə oxşar geyimdə olduğumu bildirdi. Ona geyimimin göy rəngdə olduğunu desəm də, fikrini dəyişmədi. Buna görə o qədər də xoşlamasam da, “tərlik” geyməli oldum.
- "Qarabağ"ın matçını izləmək istəyən bütün insanlar stadiona gələ bilmədi. Bilet yetmədi. Gələcəkdə Olimpiya stadionundan istifadə etmək fikriniz yoxdu?
- Biz bu stadiona öyrəşmişik. Amma dəqiq bir söz deyə bilmərəm. Bunu gələcək göstərəcək.
- Cavab oyunu üçün penalti seriyasına hazırlaşacaqsız?
- Yox. Biz oyuna hazırlaşacağıq. Çünki penalti vurmağı məşq edəndə futbolçu istər-istəməz ikinci variant üzərində düşünməyə başlayır. Belədə motivasiya zəifləyir.
- Transferlərlə bağlı çalışmalar nə yerdədi?
- Axtarışlar davam edir. Bir neçə futbolçunun klubuna transfer parası da təklif etmişik. Təəssüf ki, hələ alınmır.
- Cavab matçından öncə çempionat görüşünə çıxmaq komandanızda konsentrasiya problemi yaratmayacaq?
- Xeyr. Neçə ildi bu rejimdə oynayırıq. Düşünürəm ki, bu məqam bizə mane olmayacaq. Çempionat matçını təxirə salmaq haqda düşünmürük.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar