16 avq 15:51aktual

Millət vəkili də legionerləşmənin əleyhinədi

Millət vəkili də legionerləşmənin əleyhinədi
“Xaricdən mənasız yerə bu qədər "köçəri quşları" gətirib ciblərini pulla doldururuq”
Tez-tez ölkə gündəmindəki proseslərlə bağlı “feysbuk” səhifəsində mövqeyini ortaya qoyan Fazil Mustafa Ramil Quliyevin uğuruna da biganə qalmayıb. Millət vəkili sprinterin dünya çempionu olması fonunda əcnəbi idmançıların kütləvi şəkildə “milliləşdirilməsini” qınayıb: “Riodakı Olimpiadada azərbaycanlı ağır atlet Nicat Rəhimovun Qazaxıstan adına çempion olmasının ardından yenə də azərbaycanlı idmançı Ramil Quliyevin yüngül atletikada Londonda Türkiyə adına dünya çempionu olmasına ürəkdən sevindik. İlk dəfə millətimizin təmsilçisi yüngül atletikada bu cür uğurlu nəticə göstərir. Həm də sevindiricidi ki, bu idmançılar bizdən incik vəziyyətdə yola salınsalar da, Azərbaycan bayrağını kürəklərində daşımağı unutmurlar. Yəni kimdənsə inciyə bilərlər, ancaq Vətəndən, bayraqdan incimək kimi bir cılız duyğunu özlərinə yaxın buraxmadıqlarını göstərirlər. Ən mühümü isə Azərbaycana olmasa da, qızıl medalı Osmanlı təbirincə desək, gavura yox, Qazaxıstan və Türkiyə kimi qardaş türk dövlətlərinə qazandırırlar. Yeri gəlmişkən, bunlar uğur qazanan idmançılar olduğundan onların hansı səbəbdən Azərbaycan bayrağı altında çıxış etməkdən uzaqlaşdırılması diqqət mərkəzinə gəlir. Onların başqa dövlətlər adından çıxış etməyə məcbur qalmasının bütün detalları ciddi araşdırmalıdı. Kimlərdi axı bilərəkdən belə hazırlıqlı idmançıları ölkəmizdən uzaqlaşdıranlar? Kimsə bu əmələ görə cəza alacaqmı? Digər tərəfdən, bir həqiqət təkrar təsdiqini tapdı ki, Azərbaycan övladı olimpiya çempionu da, dünya çempionu da olmağa qadirdi. İdmanın müxtəlif növlərində xaricdən mənasız yerə bu qədər "köçəri quşları" gətirib ciblərini pulla doldururuq. Əvəzində olmazmı ki, bir il tez, bir il gec olsun, pulu da, imkanı da, enerjimizi də öz dost-doğma azərbaycanlımıza sərf edək və onların uğur qazanmasına nail olaq? Hələ sonradan üstü açılan dopinqə görə medalı əlindən alınmış idmançılara xərclədiyimiz pula, verilən hədiyyələrə heyfsilənməyimizi demirəm. Bir qisminin yaxasından da yapışmaq artıq gecdi. Ona görə də idmanın bütün növlərində strategiyamız azərbaycanlı idmançıları çempion və ya mükafatçı kimi yetişdirmək üzərində qurulmalıdı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar