15 avq 14:59aktual

“Kopenhagen” yenə xal itirdi

“Kopenhagen” yenə xal itirdi
Bakıya səfər ərəfəsində “Kopenhagen”in düşərgəsində əhval-ruhiyyə elə də yaxşı deyil. Danimarka çempionunun ölkə birinciliyində işləri qaydasında getmir. Stole Solbakkenin yetirmələri şənbə günü növbəti dəfə xal itkisi ilə üzləşib. Bu isə o deməkdi ki, “Qarabağ”la oyun ərəfəsində komandadakı ab-hava korlanıb. Halbuki “köhlən atlar” tarixi oyundan əvvəl çempionatda inamlı qələbə qazandı. Əzəli rəqibi “Neftçi”ni məğlub edən (3:1) ağdamlıların düşərgəsində atmosferin daha yaxşı olduğuna şübhə etməyə dəyməz. Belə demək olarsa, tarixi oyundan öncə komandalarda fərqli ab-hava hökm sürür və bu baxımdan vəziyyət “Qarabağ”ın xeyrinədi.
“Kopenhagen”in çempionatdakı məğlubiyyətinə gəlincə, “şirlər” 5-ci tur çərçivəsində “Horsens”lə qarşılaşıb. “Telia Parken” stadionunda baş tutan qarşılaşmada paytaxt təmsilçisinin baş məşqçisi Stole Solbakken start heyətində bu futbolçulara şans verib: Robin Olsen, Per Benqtsson, Erik Yohansson, Peter Ankersen, Mihael Luftner, Villiam Kvist, Yan Qrequş, Benjamin Verbiç, Nikolay Tomsen, Pieros Sotiriu, Andriya Pavloviç.
7918 azarkeşin izlədiyi matçda hesab 31-ci dəqiqədə açılıb. Qonaqların heyətində Jozef Mensahın qapıya zərbəsi dirəkdən qayıdıbsa, müdafiəçilərin gözündən yayınan Bubakar Sanne təkrar vuruşla “Kopenhagen”in qapısına yol tapıb. Əvvəlki epizodda “şirlər”in qapıçısı Robin Olsenin də kobud səhvə yol verdiyini qeyd etməliyik. İkinci yarının startında norveçli mütəxəssis Tomseni Federiko Santanderlə əvəzləyib. Əslində bu əvəzetmə özünü doğruldub. Belə ki, kopenhagenliləri məğlubiyyətdən məhz Santander xilas edib. Ancaq buna qədər Solbakken daha iki dəyişikliyə əl atıb. O, 68-ci dəqiqədə Kasper Kuksu Pavloviçin, bundan 6 dəqiqə sonra isə Nikolay Boyleseni Yohanssonun əvəzinə döyüşə atıb. Erikin oyundan alınmasının səbəbi zədələnməsi olub. Yohanssonun ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı deyilir. Bu üzdən müdafiəçi "Qarabağ"la oyunları buraxacaq...
“Kopenhagen” “status-kvo”nu 77-ci dəqiqədə bərpa edib. Kvistin qapı önünə asmasından sonra Federiko dəqiq baş zərbəsi ilə toru silkələyib. Son dəqiqələrdə hər iki komandanın qələbə qazanmaq şansı olub. “Şirlər”in heyətində Kasper topu boş qapıdan keçirə bilməyibsə, “Horsens”in hücumu zamanı Kvist “mərmi”ni xəttin üzərindən uzaqlaşdırıb. Bu epizod hətta qonaqların kəskin etirazına səbəb olub. Onlar topun qapı xəttini keçdiyini iddia etsə də, hakim fərqli qərar verib. Əslində isə vəziyyət olduqca mübahisəlidi. Təbii, “Telia Parken” stadionunda “qol-layn” texnologiyası olsaydı, dəqiq nəsə dəmək mümkün idi. Hər halda, “Qarabağ” – “Kopenhagen” matçında belə bir mübahisəli epizod yaşanmayacaq. Çünki “Tofiq Bəhramov”da artıq sözügedən sistem işləyəcək. Onu da qeyd edək ki, paytaxt təmsilçisi də “Horsens”in qolu zamanı ofsyadla bağlı etiraz edib. Beləliklə, çempionatda ardıcıl 3-cü oyunda da qələbə qazana bilməyən Danimarka çempionu 5 turdan sonra 6 xalla 7-ci pillədədi.
Solbakken oyunla bağlı bunları deyib: “Düşünürəm ki, rəqibin qolu zamanı oyundankənar vəziyyət var idi. Hesab fərqli də ola bilərdi. Həm qələbə qazanmağımız, həm də məğlub olmağımız mümkün idi. 5 matçda 6 xal qazanmaq son çempion üçün yaxşı nəticə ola bilməz. Oyundan-oyuna güclənəcəyik, komandamız daha yaxşı inkişaf edəcək. İndi çətin vəziyyətdəyik. Amma mübarizə aparmaqla özümüzə gələ bilərik. Biz bir neçə cəbhədə mübarizə aparırıq. Buna görə də müəyyən çətinliklərimiz və komandada yorğunluq ola bilər. Amma bütün turnirlərdə mübarizəni davam etdirmək istəyirik. “Kopenhagen” bütün oyunlara ancaq qələbə qazanmaq üçün çıxır”.
Yeri gəlmişkən, daha bir məlumatı diqqətinizə çatdıraq. Belə ki, artıq xaricdə yaşayan azərbaycanlılar “Kopenhagen” – “Qarabağ” matçına getmək haqda düşünür. Hətta sosial şəbəkələrdə avqustun 23-də baş tutacaq qarşılaşmada iştirak üçün “Qarabağ” tərəfindən kömək istəyənlər də var. Qeyd edək ki, həmin oyuna biletlər matça iki gün qalmış satışa çıxarılacaq. Onlayn bilet əldə etmək istəyənlər billet.fck.dk saytına müraciət edə bilərlər. Özü də “Telia Parken” stadionunda keçiriləcək görüş üçün ən ucuz biletin qiyməti 25 avro nəzərədə tutulub.
FARİZ
Crore antenna of LH Buy viagra in us workerРІs lam

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar