15 avq 11:56aktual

“Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü

“Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü
Bu gün daha 2 min bilet satışa çıxarılacaq
“Qarabağ” Çempionlar Liqasının pley-offuna vəsiqə qazanan ilk Azərbaycan klubu olanda artıq ev oyununun futbol ictimaiyyəti üçün nə qədər önəmli olduğu bilinirdi. Hətta pley-offdakı rəqib bilinməmiş azarkeşlər ÇL-in rəsmi marşının səslənəcəyini eşidəndə görünməmiş sevinc yaşayırdı. Bu sevinc yalnız sosial şəbəkələrdə yox, ictimai nəqliyyatda, kafe-restoranlarda, adamların sıx toplaşdığı hər yerdə hiss olunurdu. Artıq tarixi an yaxınlaşmaq üzrədi. Sabah son dörd ilin çempionu pley-offun ilk matçında “Kopenhagen”i qəbul edəcək.
Xəbər verdiyimiz kimi, ötən şənbə oyunun biletləri satışa çıxarılıb. Və dərhal da Tofiq Bəhramov adına stadionun kassalarının ətrafında ölkə tarixində görünməmiş ajiotaj müşahidə olunub. Həmin gün kassaların önündə iynə atsan, yerə düşməzdi. Səhər saat 8-dən adamlar növbəyə düzülmüşdü. Satışın ilk günündə 15 min bilet sahibini tapıb ki, bu da ölkə futbolu adına mütləq rekorddu.
Alverçilər iş başında
Həm şənbə günü, həm də dünən stadionun qarşısında olduq. Düzdü, izdiham üzündən kassalara yaxınlaşa bilmədik. Amma kənardan çox şey göründü. Əvvəlcə onu bildirək ki, bir nəfərə ikidən artıq bilet satılmırdı. “Qarabağ” bu addımı “qara bazar”ın qarşısını almaq üçün atıb. Lakin işbazların qarşısını bununla da almaq mümkün olmayıb. Həm srağagün, həm də dünən əldə bilet satanlara rast gəldik. 1 manatlığı 4-5, 2 manatlığı 10, 5 manatlığı isə 13-15 manata satanların sayı da çox idi. Hardasa 10-12 nəfər. Hətta dünən bir nəfər utanıb-çəkinmədən baş redaktorumuza 5 manatlıq bileti 13-15 manata təklfi edib. Həmin şəxs stadion ətrafında “Lada Priora” markalı, 99 LK 970 dövlət nömrə nişanlı avtomobillə dolaşırdı. Dünən axşam saat 19.00-u keçsə də, metropolitenin “Gənclik” stansiyası ətrafında alverçilərə rast gəlmək olurdu. Onların bəziləri 30 bilet satdığını deyir, bir qismi də biletlərin əllərində qalmasından gileylənirdi.
22 min bilet satılıb
Bilet satışının vəziyyətini yoxlamaq üçün kassalara yaxınlaşdıq. Bəndənizi üç mühafizəçi qarşıladı. Onlara jurnalist vəsiqəmi göstərib, məsul şəxslə danışmaq istədiyimi bildirdim. Kassanın qapısında bizi Yusif Cəfərov adlı şəxs qarşıladı. O, “Qarabağ”ın bilet meneceridi. Yusif tələbatın həddindən artıq yüksək olduğunu bildirdi: “Biletlər satışa şənbə günü çıxıb. Artıq günün sonunda 15 mindən çox bilet satılmışdı. Burda adam əlindən tərpənmək olmurdu. Bizim üçün də çətin oldu. Adamlar qızmar günəşin altında növbəyə düzülüb, bilet aldılar. Bu gün (dünən) səhər də vəziyyət eyni cür idi. Kassalar açılmamış iadamlar bura tökülmüşdü. Artıq bilet tükənmək üzrədi. Yalnız VİP biletlər qalıb. Onların da qiyməti yükəkdi. Bu üzdən axşama yaxın kassaların önündə insanlar azdı”.
Cəfərovun dediyinə görə, bu gün daha 2 min ədəd 1 manatlıq bilet satışa çıxarılacaq: “Hazırda VİP biletlərin satışı davam edir. Alanlar var. 18.00-da olan məlumata görə, 22 minə yaxın bilet satılıb. Sabah daha 2 min bilet satışda olacaq. Onlar 1 manatlıq biletlərdi. Özümüz bilərəkdən saxlamamışıq. Sadəcə, gec çapa verilib, bu axşam (dünən) hazır olacaq. Istəyirik ki, hər kəsə bilet çatsın. Dünən həmin 2 min bilet kassalarda olsaydı, adamlar bizi “yeyərdi”. Çox güman, sabah da axın olacaq”. Yusif “qara bazar”la mübarizə apardıqlarını söylədi: “Biz hər adama maksimum 2 bilet satırıq. Daha bilmirik “qara bazar”a bilet necə çıxır. Amma bu dəfə vəziyyət ötən matçlardakından daha yaxşıdı. Çünki güclü nəzarət var. Həm mühafizəçilər, həm də polis əməkdaşları bizə kömək edir. Indi sosial şəbəkələrdə bəziləri yazır ki, 6-7 bilet alıblar. Belə şey olmayıb. Kim nə gəldi yazır. Siz “qara bazar”da toplu bilet satan adam görsəz, çəkin, yazın. Amma bir adam 2 bilet alıb, onu gedib əlavə qiymətə satırsa, biz buna heç nə edə bilmərik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar