13 avq 16:21aktual

Araz Abdullayevin maaşını “Anortosis” ödəyəcək

Araz Abdullayevin maaşını “Anortosis” ödəyəcək
Daha bir futbolçumuz legioner həyatı yaşayacaq. Belə ki, ötən sayımızda Araz Abdullayevin karyerasını Cənubi Kiprdə davam etdirəcəyini xəbər vermişdik. “Qəbələ”də özünü doğrulda bilməyən yarımmüdafiəçi qarşıdakı “futbol ili”ndə “Anortosis”in uğurları üçün tər tökəcək. “Qırmızı-qaralar”a məxsus Abdullayev icarə əsasında Cənubi Kipr təsmilçisinin heyətində çıxış edəcək.
Keçidlə bağlı bəzi suallara aydınlıq gətirmək üçün “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə ilə saxladıq: “Hələ ki müqavilə rəsmiləşməyib. Ancaq razılıq əldə olunub. Yəqin bugünlərdə rəsmiləşər. Araz özü burdadı. Onun Kiprə yollanması sənədləşmə işlərinin nə qədər sürməsindən asılıdı. Bildiyiniz kimi, Abdullayev birillik icarə əsasında “Anortosis”də çıxış edəcək. Biz onu qarşı tərəfə pulsuz icarəyə veririk. Maaşını isə “Anortosis” ödəyəcək”.
Görəsən, kiprlilər nə zamandan Arazla maraqlanır? Səfiyarlını dinləyək: “İşin içində biz olmamışıq. Son 3-4 gündə belə bir təklifin olduğunu bilmişik. Bir neçə oyunda artıq “18-liy”ə düşə bilmirdi. Ola bilsin, bu üzdən variantlar axtarmağa başlayıb. Yəqin ki, üzümüzə gələn həftə keçid rəsmiləşər. Hansısa problemin yaranacağını düşünmürəm. Çünki hər iki tərəf razıdı”.
Qeyd edək ki, Araz “Neftçi”nin yetirməsidi. O bundan öncə də legioner həyatı yaşayıb. 2011-ci ildə “Everton”la anlaşsa da, İngiltərə təmsilçisinin heyətində meydana çıxmadı. Daha sonra “Panionios”da (Yunanıstan) icarə əsasında yarım mövsüm top qovan Abdullayev yenidən “Neftçi”yə döndü. Yarımmüdafiəçinin Yunanıstan klubunda 9 oyunda (8 çempionat, 1 kubok) forma geydiyini də xatırladaq. Bu ilin qışında isə doğma komandasını tərk edən Araz “Qəbələ” ilə 2 illik müqavilə imzaladı. Lakin “qırmızı-qaralar”a transferi səs-küy doğursa da, çıxışı ürəkaçan olmadı. Çempionatda 9, kubokda 2 oyun keçirən yarımmüdafiəçi bu görüşlərdə xüsusi heç nə ilə yadda qalmadı. Nə qol vurdu, nə də məhsuldar ötürmə etdi. Belə deyək, ondan gözləntiləri heç cür doğrulda bilmədi. Elə bu üzdən də baş məşqçi Roman Qriqorçuk artıq onu heyətə salmırdı. Belədə Abdullayevin “Qəbələ”ni tərk edəcəyi gözlənilən idi və bu ayrılıq da reallaşdı.
Hazırda maraq doğuran məqam Arazı “Anortosis”də nələrin gözlədiyi və onun özünü Cənubi Kiprdə necə göstərəcəyidi. Onu da bildirək ki, bu ölkədə yay fasiləsi hələ bitməyib və yeni mövsüm avqustun 19-da start götürəcək. “Anortosis” ötən mövsüm Cənubi Kipr çempionatında 6-cı yeri tutub, kubokun yarımfinalında isə bizə tanış olan “Apollon”a hər iki oyunda uduzub (0:1, 0:6). “Anortosis”i israilli mütəxəssis Ronni Levi çalışdırır. O 2016-cı ildən bu komandanın “sükanı arxasındadı”. Heyətdə kifayət qədər legionerlər var və bəziləri də tanınmışdı. Bu mənada Abdullayevin heyətə düşməsi elə də asan olmayacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar