04 yan 12:49aktual

Veteranlar “Neftçi”nin muzeyinin olmamasını təəssüflə qarşıladı

 Veteranlar “Neftçi”nin muzeyinin olmamasını təəssüflə qarşıladı
Çingiz İsmayılov: “Onlar bunu bilsə, başımı kəsərəm”
Yaşar Vahabzadə: “Klubun qazandığı kuboklar kiminsə ofisində və ya evində yox, muzeydə olmalıdı”

Ötən sayımızda xəbər vermişdik ki, Sadıq Sadıqov “Neftçi”yə rəhbərlik etdiyi dönəmdə komandanın qazandığı kubokları özü ilə aparıb və mükafatları hazırda rəhbəri olduğu “Neftçi” İdman və Sağlamlıq Mərkəzində (İSM) saxlayır. Həqiqətən də bu, heç bir çərçivəyə sığmır. Sadıqovun doğru addım atmadığı hamıya məlumdu. Onun dönəmində “Neftçi”də mətbuat xidmətinin rəhbəri və prezidentin müşaviri vəzifələrində çalışan Elnur Əşrəfoğlu isə qəzetimizə açıqlamasında bildirmişdi ki, “ağ-qaralar”ın, ümumiyyətlə, muzeyi yoxdu. Bunu “Neftçi”nin hazırkı Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov da təsdiqləmişdi. Sual yaramışdı ki, necə yəni 80 illik tarixə malik klubun muzeyi yoxdu? Özü də “xalqın komandası” ləqəbini almış klubun? Axı bu böyük biabırçılıqdı. Bəs “Neftçi”nin veteranları bu haqda nə düşünür? Görəsən, onlar üçün bu nə deməkdi?
Öncə 1955-1962-ci illərdə paytaxt təmsilçisinin şərəfini qorumuş Çingiz İsmayılovla əlaqə saxladıq. O, məsələni bu cür şərh etdi: “Təbii ki, hər bir klubun muzeyi olmalıdı. Klubun muzeyi onun tarixindən xəbər verir. Təəssüflər olsun ki, hazırda ölkədə heç bir klubun muzeyi yoxdu. Amma “Neftçi”də bu mütləq olmalıdı. Sadıq Sadıqov əvvəllər “Neftçi”nin prezidenti olub, hazırda isə İSM-in başçısıdı. O kuboklar İSM-də yox, məhz “Neftçi”nin muzeyində olmalıdı. Sadıqovu yaxından tanımıram, amma onun “Neftçi” üçün etdikləri danılmazdı. Adicə 3 çempionluq və 2 ölkə kuboku nəyə dəsən, dəyər. Hazırda AFFA-da bir muzey var. Orda “Neftçi”nin 50, 60, 70 və digər illərdə qazanılan uğurları haqda foto-faktlar, futbolçuların şəkilləri var. Lakin bütün bunlar “Neftçi”nin öz muzeyində saxlanılmalıdı. Niyə muzey yoxdu? Bu sualı klub rəhbərliyinə ünvanlasaz, daha yaxşı olar. Mən bu haqda düşünmüşəm, gedib “Neftçi”nin Müşahidə Şurası ilə görüşməyi planlaşdırmışam. Qarşıdakı günlərdə gedib görüşəcəm və bunu şuranın sədri Çingiz Abdullayevlə müzakirə edəcəm. Dünyanın bütün tarixi klublarının muzeyi var. Bəs bizdə niyə yoxdu? O muzey olsa, bu gün “Neftçi”yə gələn futbolçular klubun tarixindən xəbərdar olacaq. Vaxtilə komandanın şərəfini qorumuş əfsanəvi oyunçuları tanıyacaq. Mərc edək və hazırda klubun hansısa futbolçusuna “Neftçi”nin veteran oyunçuları haqda sual verək. Onlar bunu bilsə, başımı kəsərəm. Çünki klubda təbliğat yoxdu. Ümumilikdə hazırda ölkədə futbolun təbliğatı zəifdi. “CBC Sport”u nəzərə almasaq, heç bir telekanalda ölkə çempionatının oyunları ilə bağlı materiallar, süjetlər getmir. Burda “Neftçi” “Qarabağ”la oynayır, telekanallarımız isə ya Hindistan çempionatını verir, ya da hansısa şou proqram göstərir. Belə iş olmaz”.
Klubun digər veteranı Yaşar Vahabzadə də muzeyin olmamasını pis qarşıladı: “Bu məsələdən xəbərdaram. Həqiqətən də “Neftçi” kimi tarixə malik bir klubun muzeyinin olmaması böyük bir minusdu. Həm klub, həm də futbol adına. “Neftçi” uşaqlıqdan hər birimizin sevimli klubu olub. Ölkə futbolunun “flaqman”ıdı. Gələn il klub 80 illiyini qeyd edəcək. Amma muzeyi yoxdu. Bunu təsəvvür etmək belə çətindi. Təəssüf edirəm. Yaşından asılı olmayaraq, bütün klubların muzeyi olmalıdı. Yoxdusa, futbolun təbliğatından danışmaq olmaz. İnanıram ki, bu məsələ ilə ciddi maraqlanacaqlar. Çünki “Neftçi”də əfsanəvi futbolçular oynayıb. Orda həmin futbolçuların butslarını, formalarını saxlamaq lazımdı. O cümlədən klubun qazandığı kuboklar kiminsə ofisində və ya evində yox, muzeydə olmalıdı. Məsələn, gedirsən “Barselona”nın stadionuna, orda klubun muzeyi var. Yaranandan bəri orda oynamış dahi futbolçuların şəkilləri, hətta butslarına kimi var. İldə yüzlərlə turist və futbol həvəskarı muzeyi ziyarət edir. Futbolun təbliğatı belə olur. Məsələn, muzeydə Banişevskinin bir forması qoyulsa, inanıram ki ora xeyli insan gələcək, xatirə şəkli çəkdirəcək. Yeni futbolçular isə muzeyə, stendlərə baxıb, hansı kluba gəldiklərini anlayacaqlar, məsuliyyət hiss edəcəklər”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar