13 avq 16:14aktual

Klublar Komitəsi başqa ölkədə doğulan azərbaycanlılarla bağlı güzəşt istəyir

Klublar Komitəsi başqa ölkədə doğulan azərbaycanlılarla bağlı güzəşt istəyir
Kamran Quliyev: “Bilirsiz ki, FİFA belə məsələlərə həssas yanaşır”
Dünən AFFA-nın inzibati binasında Klublar Komitəsinin yeni futbol mövsümü üçün ilk iclası keçirildi. Gündəliyə dörd məsələ salınmışdı: 1. U-19 liqasında çıxış edən komandaların heyətində 8 nəfər 2000-ci, 3 nəfər 1999-cu il və daha sonra təvəllüdlü futbolçunun çıxış etməsi; 2. Stadionları təmirdə olan klubların ev oyunlarını keçirəcəkləri stadionlarla bağlı müzakirə; 3. Başqa ölkədə doğulan, başqa ölkənin vətəndaşı olan, etnik baxımdan Azərbaycana hansısa bağlılığı olan (FİFA qaydalarına müvafiq) futbolçuların klublarımızda qeyri-legioner statusu ilə çıxış etməsi; 4. Premyer-liqa və ölkə kuboku uğrunda yarışın oyun protokoluna 23 futbolçunun daxil edilməsi ilə barədə PFL-in qəbul etdiyi qərara münasibət.
“Sumqayıt"ın prezidenti Kamran Quliyevin sədrlik etdiyi toplantıya "İnter" istisna olmaqla, elitada mübarizə aparan 7 klubunun nümayəndələri - Fariz Nəcəfov (Qəbələ), Ramin Həsənov (Səbail), Orxan Hüseynzadə (Neftçi), Samir Quliyev (Kəpəz), Asif Əsgərov (Qarabağ) və Natiq İsmayılov (Zirə) qatılmışdı. Səhər saat 10-da başlayan toplantı təxminən saatyarım çəkdi. Mövsümün ilk iclası bitəndən sonra isə Klublar Komitəsinin sədri Kamran Quliyevin iştirakıyla brifinq təşkil olundu. Kamran bəy iclasda müzakirə olunan məsələlər haqda açıqlama verdi.
- Çox maraqlı müzakirələr getdi. İlk növbədə çempionatla bağlı söhbət etdik. Bildiyiniz kimi, bəzi klubların hazırda stadion problemi var. Bu, onların ev oyunlarını keçirdikləri arenalarda aparılan təmir işləriylə bağlıdı. Premyer-liqada çıxış edən başqa klublar stadion problemi ilə üzləşən komandalara birmənalı şəkildə dəstək verdilər. Çıxış yolu kimi ev oyunlarını başqa arenalarda keçirmələri məsləhət olundu. Məlum olduğu kimi, hazırda “Kəpəz” və “Səbail” təmir işləriylə bağlı öz stadionlarının yararlana bilmirlər. Onların hansı arenaların xidmətindən yararlanacağı bir neçə gündən sonra məlum olacaq.
- “Kəpəz”in rəqiblərlə danışığa gedib, ilk dövrədə ev oyunlarının yerini dəyişdirəcəyi ilə bağlı fikirlər səslənirdi. Belə çıxır ki, bu məsələ qüvvədən düşüb və gəncəlilər birinci dövrədəki bütün ev oyunlarını Tovuzda keçirəcək.
- Bəli, belə qərara gəlindi. Ancaq “Kəpəz”in hansı stadionun xidmətindən istifadə edəcəyi dəqiqləşməyib. Bəlkə rəhbərlik qərar verib. Ancaq bu görüşdə o haqda fikir səslənmədi. Yenə deyirəm, daha dəqiq məlumat bir neçə gündən sonra veriləcək, çünki danışıqlar gedir. İnşallah, həm “Kəpəz”, həm də “Səbail” çıxış yolunu tapacaq.
- Gündəlikdə duran qalan üç məsələyə klub nümayəndələri necə reaksiya verdi?
- Peşəkar Futbol Liqası (PFL) bugünlərdə yeni qərar verib. Bu mövsümdən oyunun iştirak ərizəsinə 23 futbolçunun adı salınacaq. Klublar belə təklif irəli sürdülər ki, gənclərin inkişafı üçün əsas heyətə olmasa belə, “23-lüy”ə 19 yaşlı iki oyunçunun da adı daxil edilsin. Düşünürük ki, onlar ehtiyatda qala-qala sonra 21 yaşadək futbolçu kimi çıxış edənin yerini tuta bilərlər. Bundan başqa, U-19 liqasında formatın dəyişməsi ilə bağlı müzakirə apardıq. Bu təklifi AFFA verib. Təklif ondan ibarətdi ki, 19 yaşadək futbolçuların çempionatında UEFA-nın qoyduğu standartlara uyğun yaş limiti tətbiq olunsun. Bildiyiniz kimi, bu il U-19 liqasının qalibi “Qarabağ” oldu və həmin komandanın əsasını 1998-ci ildə doğulan futbolçular təşkil edib. Həmin komanda çempion kimi ölkəmizi bu il UEFA Gənclər Liqasında təmsil edəcək. Ancaq qitə futbol qurumu tərəfindən “Qarabağ”ın qarşısına şərt qoyulub ki, turnirdə komandanın heyətində 1999-cu il təvəllüdlü futbolçular yer alsın. Bu isə heç şübhəsiz, məşqçilər korpusu üçün əlavə və yetərincə böyük problem yaradır. Çünki bir il ərzində püxtələşmiş kollektivdə dəyişikliklər etmək məcburiyyətindədilər. Odu ki, çempionatda da UEFA-nın qoyduğu tələb yerinə yetirilməlidi. Müzakirələr zamanı qərara alındı ki, klublar bir həftə ərzində AFFA-nın təklifi ilə bağlı rəy bildirsin. Düşünürük ki, bu ayın sonuna qədər məsələ ilə bağlı qərar qəbul ediləcək. İclasda müzakirə olunan sonuncu məsələ isə ölkə xaricində doğulmuş və müxtəlif əcnəbi klubların şərəfini qoruyan azərbaycanlı futbolçularla bağlı oldu. İstəyirik ki, Azərbaycanla bağlılığı olan oyunçulara ölkə çempionatında çıxış edərkən hansısa güzəştlər edilsin. Söhbət milli komandadan getmir. Azərbaycanla bağlılığı olan, lakin Rusiya, Ukrayna və ya Türkiyədə yaşayan futbolçular bizim klublara dəvət edilirsə, premyer-liqada çıxış etdikləri müddətdə legioner sayılmasınlar. Bu bir təklifdi. Bu mövsüm olmasa da, qış fasiləsində və ya növbəti çempionatda bunun tətbiq edilməsini istəyirik. Yadınızdadısa, vaxtilə Türkiyənin PTT liqasında türkdilli dövlətlərdən olan, o cümlədən azərbaycanlı futbolçular legioner statusu daşımırdılar. Bu təcrübədən bir çox ölkələrdə yararlanırlar. Avropanın nəhəngi olan İspaniya da ispandilli ölkələrə belə güzəştlər edir. Müharibə vaxtı İspanıyanı tərk edib Cənubi Amerikaya üz tutan ispanların övladları, nəvələri La Liqada legioner sayılmır. Bizim planda belə nəzərdə tutulur ki, futbolçunun atası, anası, babalarından və yaxud nənələrindən biri mütləq Azərbaycanda doğulmalıdı, bu altı nəfərdən heç olmasa, birinin Azərbaycanla bağlılığı olmalıdı. Əks halda, ona güzəşt olmayacaq. Ramil Şeydayev kimi futbolçuları ölkəmizə qazandırmaq istəyirik. Bilirsiz ki, FİFA belə məsələlərə həssas yanaşır. Riçard Almeydanın “milliləşdirilməsi” göz önündədi. Braziliyalı yalnız 5 il ölkəmizdə çıxış edəndən sonra yığmaya cəlb olundu. Bununla yanaşı, bir çox nüansları nəzərə alırıq. Təbii ki, Azərbaycana dəvət olunan oyunçu yüksək səviyyəli olmalıdı ki, ona bu güzəşt tətbiq edilsin.
- Bu məsələnin bir müddət sonra problem yaradacağını düşünmürsüz?
- FİFA-nın bəlli standartı var. Millidə çıxış etmək üçün bir neçə şərt mövcuddu. Biz də kiminsə saxta sənəd təqdim etməklə güzəşt əldə etməsini istəmirik. Bu hələlik niyyətdi. Belə olan halda biz ölkədən kənarda çıxış edən futbolçuları daha tez tapıb, yığmaya gətirə bilərik.
RƏŞAD
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar