10 avq 18:37aktual

“Qarabağ” üçün “Bröndbü” nümunəsi

“Qarabağ” üçün “Bröndbü” nümunəsi
“Qarabağ” ölkə futbolu adına daha bir tarix yaza bilər. Bunun üçün Çmepionlar Liqasının pley-offuna vəsiqə qazanmaqla ilki reallaşdıran “köhlən atlar” qrupa düşməlidi. Rəqib isə kifayət qədər avrokubok təcrübəsi olan, həm ÇL-in, həm də AL-in qruplarında dəfələrlə çıxış emtiş, hər iki klub turnirində 1/8 finala yüksəlmiş “Kopnhagen”di. Şansları müqayisə edəndə Danimarka təmsilçisi bir addım öndə görünür. Ancaq bu gün “Qarabağ”ın hədəfi ÇL-in qrupudusa, deməli, “şirlər” keçilməz rəqib sayılmamalıdı. Hər halda, “Kopenhagen” “böyük beşlik” ölkələrini təmsil etmir. Təkcə “futbolda hər şey olur” düşüncəsi ilə yox, real gücləri nəzərə alanda da, Qurban Qurbanovun yetirmələrinin şansı var. Sadəcə, bəzi məqamların ağdamlıların xeyirnə, rəqibin əelyhinə işləməsi ÇL-in qrupuna vəsiqəni təmin edəcək.
İndi hər kəsi düşündürən əsas suallar rəqiblə bağlıdı. Danimarkalıların necə oynaması, zəif və güclü tərəfləri maraq doğurur. Hanıs ki “Qarabağ” həmin nüanslara diqqət yetirməli, çatışmazlıqlardan yararlanmalı, təhlükəli məqamlara qarşı qabaqlayıcı tədbirlər görməlidi. Bunun üçün “Kopenhagen”in Danimarka superliqasındakı son oyununu bir daha xatırlamağı lazım bildik.
Qeyd edək ki, Stole Solbakkenin komandası ölkə çempionatının 4-cü turu çərçivəsində “Bröndbü” ilə qarşılaşdı. Maraqlı mübarizə şəraitində keçən derbidə “ağ-göylər” məğlubiyyətlə üzləşdi. Maraqlıdı ki, “Qarabağ”ın bu yay Avstriya toplanışı çərçivəsində sınaqçı rəqiblərindən biri məhz “Bröndbü” olmuşdu. Özü də həmin görüşdə Qurban Qurbanovun yetirmələri 1:5 hesablı darmadağınla üzləşmişdi. Düzdü, yoxlama oyunu ilə rəsmi matç arasında ciddi fərq var. Ancaq “köhlən atlar”ı darmadağın edən komandanın “Kopenhagen”ə qarşı necə oynayacağını görmək maraqlı idi.
Əslində bu qarşılaşma haqda ötən sayımızda məlumat vermişdik. Bir daha Stole Solbakkenin bu oyunda hansı heyətə güvəndiyini xatırladaq: Robin Olsen, Per Benqtsson, Erik Yohansson, Mihael Luftner, Nikolay Tomsen (Peter Ankersen, 58), Yussef Tutu, Villiam Kvist, Yan Qrequş, Benjamin Verbiç (Uroş Matiç, 82), Federiko Santander (Veros Sotiriu, 70), Andriya Pavloviç.
Oyuna gəlincə, prinsipial qarşılaşmada “Bröndbü” rəqibindən aşkar üstün olub. Bu mənada meydan sahiblərinin qələbəyə layiq olduğunu da bildirməliyik. Bəlkə də hesab daha böyük olardı. Ancaq bəzi epizodlarda “Bröndbü”nün bəxtinin gətirməməsi, bəzən isə hücumçuların qeyri-dəqiqliyi hesabın daha da böyük olmasına mane olub. Əsasən şimal ölkələrini təmsil edən klubların atletik futbola üstünlük verdiyini bilirik. Həmçinin “Qarabağ”ın məhz bu cür rəqibləri dəfələrlə yolundan kənarlaşdırdığını görümüşük. Ancaq çempionat matçında “Kopenhagen” bircə yaddaqalan hücum belə təşkil etməyib. Nə asamalar hesabına, nə də kombinasiyalı. Əksinə, müdafiədə yaranan boşluqlar kifayət qədərdi. “Bröndbü”nün irəli xətt oyunçuları bir neçə dəfə, xüsusən mərkəzdən prinsipial rəqibinin cərimə meydançasına daxil ola bilib. Düzdü, “Kopenhagen” meydan sahiblərinin nə az, nə çox – düz 11 künc zərbəsini zərərsizləşdirə bilib. Lakin 90-cı dəqiqədə məğlubiyyətdən xilas olmaq mümkün olmayıb. Həmin epizodda Svinn Kronun zərbəsi dirəkdən dönsə də, müdafiəçilərin gözündən yayınan Simon Tibllinqin təkrara vuruşundan sonra top tirə dəyib, xətti keçib. Elə qol epizodunda da müdafiədəki çaşqınlıq özünü göstərir. Elə orta xətdə də “şirlər”in rəqibinə aşkar uduzduğu birmənalıdı. Bir sözlə, bu oyunda “Kopenhagen” nə şimallılara xas asmalardan yararlanıb, nə yaddaqalan hücum qurub, nə müdafiədə etibarlılıq nümayiş etdirib. Yalnız hücumda Pavloviç müəyyən fəallığı hiss olunur. Deməli, “köhlən atlar” bu futbolçuya diqqət yetirməlidi. Söhbət “Jilina” ilə səfər oyununda 14 dəqiqəyə het-trik edən serb hücumçudan gedir. Danimarka çempionu “Qarabağ”a qarşı da bu cür çıxış etsə, işi çox çətin olacaq. Ancaq “komanda rəqibin imkan verdiyi qədər oynayır” ifadəsi də unutmayaq. Nəzərə alaq ki, “Kopenhagen”in qarşısında “Qarabağ”ı 5:1 hesabı ilə məğlub edən “Bröndbü” idi.
Onu da qeyd edək ki, “Kopenhagen” 4 oyundan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Şirlər”in son 8 oyunun cəmi 3-də qələbə qazanması, 2-də heç-heçə edib, 3 matçda uduzması işlərin qaydasında olmadığına işarədi. “Ağ-göylər” növbəti turda “Horsens”i qəbul edəcək və bu qarşılaşma avqustun 12-də gerçəkləşəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar