10 avq 16:40aktual

“Zirə” “Kəpəz”in təklifini rədd edib

“Zirə” “Kəpəz”in təklifini rədd edib
Ayxan Abbasov: “Azərbaycanda stadion tapılmasaydı, onlar təklif edənlə razılaşmaq olardı”
Onsuz da maliyyə baxımından bəxti gətirməyən “Kəpəz”in başı indi başqa bir məsələyə görə dərddədi. Gəncə stadionu meydançanın yenilənməsi ilə bağlı təmirə bağlandığından, “sarı-qaralar” ilk dövrədəki ev oyunlarının yerini dəyişməyə məcburdu. Ya da rəqiblərini qəbul etmək üçün başqa stadion tapmalıdı.
Artıq xeyli vaxtı bununla bağlı müzakirələr getsə, ortaya müxtəlif variantlar atılsa da, yekun qərar yoxdu. Bir ara “Bakı”nın təlim-məşq bazasının adı çəkildi, sonra “Əlincə Arena” variantı müzakirə olundu. Və ən yekunda Tovuzdakı stadionun üzərində dayanıldı. Lakin bu da yekun qərar deyil. Amma yaşanan bir hadisədən sonra gec-tez Tovuz variantının üzərində dayanılacağını düşünmək olar.
Təqivmə görə, “Kəpəz” ilk dövrədə 7 oyundan 4-nü evdə keçirməlidi. Stadion probleminə görə klub rəhbərliyinin istəyi belə olub ki, həmin 4 ev oyununun yeri rəsmilər arasındakı razılaşmaya görə dəyişdirilsin. Yəni, gəncəlilər avqust və sentyabra təsadüf edən 7 görüşün hamısını səfərdə keçirsin, ikinci dövrədə borc qaytarılsın. Tutaq ki, birinci dövrədə “Qəbələ” Gəncəyə səfər etməlidisə, ikinci dövrədə rəqibini doğma azarkeşləri önündə qəbul etməlidi. “Kəpəz”lilərin istəyi belə olub ki, “Qəbələ” “Kəpəz”i bu dəfə evində qəbul etsin, ikinci dövrədə Gəncəyə yollansın. Yumşaq dillə desək, yerləri dəyişdirilsin. Həmin 4 komandadan “Qəbələ”, “Keşlə” və “Səbail” rəsmiləri məsələdə problem görmədiklərini bildirsələr də, “Zirə” buna razı olmayıb. Qərblilərə üstüörtülü şəkildə mesaj göndəriblər ki, bəs, Gəncədəki stadionda təmir işləri aparıldığına görə ev oyunlarınızı başqa stadionda keçirin. Təki ev-səfər oyunlarının yeri və vaxtı dəyişdirilməsin. “Zirə”lilərin bu cavabından sonra “Kəpəz” çıxılmaz vəziyyətdə qalıb. Belə deyək, özlərinə yeni stadion axtarmağı qərara alıblar. Bakıda oynamaqları mümkün deyil. Çünki bu daha çox “Zirə”yə sərf etmiş olur. Yəni “qartallar” paytaxtı tərk etmədən Gəncə səfərindən qurtulmuş olur. Ona görə də “sarı-göylər” Tovuz variantına üstünlük verməyi qərara alıb.
Buna görə kiminsə “Zirə” rəsmilərini, yaxud baş məşqçi Ayxan Abbasovu “asıb-kəsə” bilməz. Cavab vermək haqqı onlarındı. İstəsələr “hə” deyərlər, istəməsələr “yox”. Sadəcə, ortada Azərbaycan reallığı, “dəmir qapının da taxta qapıya işi düşər” deyimi var. İndiyə qədər müxtəlif komandaların timsalında yerdəyişmələrə az rast gəlməmişik. Lakin kiminsə kimə imtina cavabı verdiyini eşitməmişik, görməmişik. Ona görə də “qartallar”ın gəncəlilərə rədd cavabı verməsi bir qədər qəribə görünür. Söz yox, bu fakt iki komanda arasında intriqanın təməlinin qoyulmasına gətirib çıxaracaq. “Atışmalar” da olacaq, bir-birilərini görməməzlikdən gəlmək də. Bizim işimiz isə əsl səbəbi üzə çıxarmaq, xəbərin doğruluğunu faktlarla sübut etməkdi.
Bu məqsədlə həm “Kəpəz”in, həm də “Zirə”nin baş məşqçiləri ilə danışmaq qərarına gəldik. Öncə Şahin Diniyevi aradıq. Təcrübəli mütəxəssisin dediklərindən sonra məlumatın doğruluğuna şübhə yeri qalmadı: “Açığı, bu kimi işlərlə mən yox, klub rəhbərliyi məşğul olur. Ona görə də söhbətin dərinliyindən xəbərsizəm. Məndə olan məlumata görə, Klublar Komitəsinin sonuncu iclasında digər klub rəsmilərindən xahiş olunub ki, “Kəpəz”in ev oyunlarının səfərlə əvəzlənməsi mümkün olsun. Hətta çempionatın püşkatmasından sonra da məsələ yenidən gündəmə gətirilib. Xahişə kimin necə cavab verməsiylə bağlı əlimdə fakt yoxdu. Kimsə təklifimizi qəbul etmirsə, bu onların öz işidi. Amma mən olsaydım, baş məşqçi kimi buna razılıq verərdim, anlayışla qəbul edərdim. Çünki hər birimizin başına gələ biləcək işdi. Xatırlayıram, belə bir təkliflə ”Qəbələ” bizə müraciət etmişdi. Səhv etmirəmsə, iki il əvvəl “Borussiya” ilkə Bakıdakı oyun öncəsiydi. Gəncədəki meydança pis vəziyyətdə olduğundan, “Qəbələ” rəsmiləri bizə səfər oyununun yerinin dəyişdirilməsi ilə bağlı müraciət etdilər. Rəhbərlik baş məşqçi kimi fikrimi öyrəndi və dərhal “heç bir problem yoxdu” dedim. Gəncədəki yararsız qazonda “Qəbələ”nin hansısa futbolçusu zədələnə bilərdi deyə, qarşı tərəfin təklifinə isti yanaşdım. Onsuz da ciddi mənada fərq etmir. İki oyunu səfərdə, digər ikisini evdə oynayırsan. Sadəcə, vaxtla bağlı yerdəyişmə olur. Yenə deyirəm, təklifə necə yanaşmaq hər kəsin öz işidi. Ona görə də başqa nəsə demək istəmirəm”.
Əslində Şahin bəyin dediklərindən sonra söhbətin nədən getdiyini anlamaq çətin deyildi. Buna baxmayaraq, ədalət prinsiplərini qorumaq, həm də imtinanın səbəbini öyrənmək üçün Ayxan Abbasovla da danışmağı məqsədəuyğun saydıq: “Biz hər kəsi başa düşürük. Kömək etmək də normal haldı. Amma baxır harda, necə. Çempionat bir yarışdı, buranın öz qaydaları var. Ona görə də bütün detalları göz önünə alırsan. Birinci dövrədə “Kəpəz”i evdə qəbul etmək bizə sərf etmir. Niyə? Çünki ikinci dövrədə ardıcıl 3 oyunu səfərdə keçirməli olacağıq. Birinci dövrənin son oyunu səfərdə “Qarabağ”a qarşıdı. İkinci dövrənin ilk oyununda Gəncəyə səfər etməli olsaq, ardınca yenidən “Sumqayıt”la səfərdə oynamalıyıq. Bu da istər-istəməz komandada həm psixoloji yüklənmə, həm də yorğunluq yarada bilər. “Kəpəz” hardasa stadion icarəyə götürüb oynaya bilər. Burda nə problem var ki? Tovuzda oynamaq istəsələr, lap yaxşı. Gedib oynayarıq, söhbət bağlanar. Hansısa qayda pozuntusuna yol verdiyimizi düşünmürəm. Sırf “Zirə”nin mənafeyini düşünərək bu addımı atmışıq. Azərbaycanda stadion tapılmasaydı, onlar təklif edənlə razılaşmaq olardı. Sözün düzü, dediyiniz məsələ geniş müzakirə olunmayıb. Mənə dedilər ki, “Kəpəz” rəqiblərini Tovuzda qəbul edəcək. Hətta yerdəyişmə ilə bağlı fikrim soruşulsaydı, cavabım dediyim kimi olacaqdı”.
Bu da Ayxan Abbasovun cavabı. Baş məşqçinin dediklərində hansısa mənfi cəhət axtarmaq mümkün deyil. Adam peşəkarlığı, komandasının mənafeyini ön plana çəkir. Amma bir şey dəqiqdi ki, avqustun 20-sindəki “Kəpəz” – “Zirə” qarşılaşması bir başqa oyun olacaq. Hər halda, gözləməyə dəyər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar