10 avq 16:31aktual

Futbolumuzda yeni ad: “Keşlə

Futbolumuzda yeni ad: “Keşlə
Başıbəlalı “İnter”! Yaşamadığı tale qalmadı ki, bu klubun. Uğurlu tarixdən tutmuş, sponsorsuz qalmasına kimi. 1997-ci ildə “Xəzər Universiteti” adı ilə yaradılan, 2004-cü ildə “İnter” adlanan klub qısa zaman kəsiyində bir sıra uğurlara imza atdı. Azərbaycan Beynəlxalq Bankının (ABB) sponsorluq etdiyi paytaxt təmsilçisi 2 dəfə ( 2007/08, 2009/10.) ölkə çempionu oldu, bir dəfə (2008/09) gümüş, eyni sayda da (2012/13) bürünc medal qazandı. Bundan əlavə, 3 dəfə (2004/05, 2007/08, 2008/09) kubokun finalına çıxan komanda bir dəfə (2011) Birlik Kubokunun da qalibi oldu. Bu, komandanın qazandığı son ciddi uğur oldu. Növbəti periodda isə “İnter”in başı üzərini qara buludlar aldı. Hər şey ABB-dəki maliyyə maxenasiyaları ilə başladı. 2015-ci ilin dekabrında bankın sədri, eyni zamanda “İnter”in fəxri prezidenti olan Cahangir Hacıyev həbs olundu. Daha sonra klubun rəhbərliyində dəyişikliklər reallaşdı. Prezidenti Georgi Nikolovun yerinə Rəşad Qasımov gəldi. O, “İnter”I müəyyən qədər dirçəldə bildi. Lakin 2016-cı ilin payızında Qasımov klubdan getdi. Onu Azər Əliyev əvəzlədi. Əliyevin də hakimiyyəti çox çəkmədi. Bu ilin yanvarında ABB rəsmən klubu maliyyələşdirməkdən imtina etdiyini açıqladı. “İnter” AFFA-nın himayəsinə keçdi. Assosiasiya əvvəlcə hüquqşünas Rəmiş Malıyevi səlahiyyətli nümayəndə göndərdi. Sonra isə Futzal Federasiyasının prezidenti Zaur Axundov “İnter”in Müşahidə Şurasına (MŞ) sədr təyin olundu, Malıyev isə icraçı director vəzifəsinə göndərildi.
Hazırda “İnter”in ABB-yə 30 milyon manatdan çox borcu var. Klub maliyyə böhranı içərisindədi. 2018-ci ilin yanvarına kimi transfer qadağası olan klub yayda heyətini də qoruya bilmədi. Səlahət Ağayev, Abbas Hüseynov, Zurab Xizanaşvili klubdan ayrıldı. Artıq Rauf Əliyevin də gedəcəyi dəqiqləşib.
“İnter”lə bağlı son ən maraqlı xəbər klubun adının dəyişilməsi ilə bağlıdı. Ötən saylarımızın birində də komandanın “Keşlə” adlanacağı yazmışdıq. Artıq bu məsələ rəsmiləşdi. Klub saytına açıqlama verən MŞ sədri Zaur Axundov bunları deyib: “Klubun adının “İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda adının dəyişdirilməsi zərurəti meydana çıxıb. Bununla əlaqədar olaraq, klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi olaraq, “Keşlə” futbol klubunun yaradılmasına ehtiyac yaranıb. Bunun üçün hüquqi prosedurlar başlanıb və proses yaxın müddət ərzində başa çatacaq. Klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır. Belə ki, baza Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər oyunlarımıza gələrək, komandaya dəstəklərini nümayiş etdirəcəklər. Axundov vurğulayıb ki, hüquqi prosedurlar başa çatana qədər “Keşlə” adından brend olaraq istifadə edəcəklər: “Prosedurlar yekunlaşdıqdan sonra klub tam olaraq “Keşlə” adı ilə fəaliyyət göstərəcək”.
“İnter”in “Keşlə” adı alması normaldı. Bu fikir hələ komandanın ən uğurlu vaxtlarında da var idi. Bir çox ölkələrdə klubların adı məhz yer adlarıdı. O cümlədən bizdə. Məsələn, “Binə”, “Zirə”, “Qarabağ”, “Zaqatala”, Şüvəlan” və başqaları. Lakin “Keşlə” adının kluba hansısa xeyir verəcəyi inandırıcı deyil. Güya, indiyə qədər sponsorlar məhz “İnter” adına görə kluba yaxın durmurdu ki? Heç də inandırıcı deyil. Odu ki, “Keşlə” adı rəsmiləşən kimi, müxtəlif reaksiyalar gəldi. Bəzi həmkarlarımızın sosial şəbəkələrdəki fikirləri ilə sizi tanış edirik.
Erkin İbrahimov: “İnter”ın yeni adı “Keşlə” olacaq...Yox bir “Çəmbərəkənd”! Bu nə addı, bu nə siyasətdi? “İnter” o qədər də pis ad deyildi ki. "İnter Baku" Avropada müəyyən dərəcədə bir markaya çevirilşimdi. Elə “Mladost” da “İnter”in adından qorxaraq, ilk qolu artıq Nyonda buraxdı. İngiltərədə də klublar sponsordan sponsora keçir, heç kimin da ağlına gəlmir ki, öz istəyinə uyğun komandanın adını dəyişdirsin. Bizdə isə "sponsorlar" elə bil kluba deyil, supermarketə sahib olur. Yalandan “evroremont” edərək klubun adını tez-tələsik deyişirlər. Elə bil ölkə çəmpionatı deyil, Hacı Vaqifin keçirtdiyi Bakı qəsəbə və kəndlər çempionatıdı. Nə əcəb hələ “Neftçi”yə dəymədilər? Məsələn, “Vosmoy, “Xətai” qoymaq olar. Yaxşı olardı ki,AFFA və klub rəhbərliyi daha mənalı işlərlə məşğul olsunlar. Misal üçün, kluba qırağdan müstəqil bir sponsor tapsınlar. Bu yerdə İlf və Petrovun "Черное море волнуется" (Qara dəniz narahat edir) felyetonu yada düşür...”
Elnur Məmmədli: “Keşlə”dənsə, “NZS Pivəsi” daha maraqlı addı”.
Kənan Məstəliyev: “Başa düşmədim, “İnter”in adının “Keşlə” olması niyə bu qədər faciə kimi qəbul olunur ki? Kasıb itinə “Gümüş” adını qoyduğu kimi, biz də azarkeşləri uzaqbaşı elə Keşlədən olan komandaya “İnter” adını qoyub özümüzü lap göyə çıxarmışdıq. Guya ki, “Şəfa”da oturub özünü “San-Siro”daymış kimi hiss etmək əla idi? Özümüzü aldatmayaq, bu “İnter”in o “İnter” olma şansı yox idi. Yarıtmaz idarəetmə və nəticəsindəki 33 milyonluq borc buna bariz misaldı. Bəli, “İnter” adı və onu arxasındakı xaricilər demiş, “background” böyükdü. Adının qalması və məhz bu adla davam etməsini mən də istəyərdim, qalan hamımız da. Ancaq “Keşlə” adı bizi göydən yerə endirəcək, dostlar. Klubun, onun doğma məkanının real, əsl ab-havasını ortaya qoyacaq. “İnter”in “Simurq” böyüklükdə günahı vardı, axır-əvvəl gəlib tapmalı idi onu”.
Georgi Nikolov, sabiq prezident: “Heç olmasa “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. İstənilən halda, keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidi”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar