09 avq 14:54aktual

AFNA rəhbərliyi bir turnirlə kifayətlənmək istəmir

AFNA rəhbərliyi bir turnirlə kifayətlənmək istəmir
Əfqan Həmzəyev: “Bakıya gələn idmançılardan 6-sı Rio Olimpiadasının iştirakçısı olmuşdu”
Ötən həftənin şənbə və bazar günləri Su Idmanı Sarayında əsl qələbəlik idi. Bir tərəfdə çimərlik futbolu üzrə ölkə birinciliyinin oyunları keçirilirdisə, qonşu meydança “Baku World Open 2017” beynəlxaq turnirinin qarşılaşmalarını qəbul edirdi. İlk gün qrup oyunlarına həsr olundu, həftənin son günü isə final matçları baş tutdu. Oyunlara kifayət qədər azarkeş marağının olduğunu da deməliyik. Martda ictimaiyyətə təqdim olunan Azərbaycan Futnet Assosiasiyası geridə qalan vaxt ərzində böyük işlər görüb. Futnet üzrə çempionat keçirilib, təmsilçimiz Moskvadakı beynəlxalq turnirdə iştirak edib və s. “Baku World Open 2017” futvolley yönündə atılan ilk ciddi addım kimi yadda qaldı. Hollandiya, Finlandiya, Rusiya, Ukrayna, İran və Pakistan kimi ölkələrin idmançılarının Bakıya təşrif buyurması sıradan iş sayıla bilməz. Turnirin təşkilində əziyyəti keçən şəxslərdən biri, AFNA-nın baş katibi Əfqan Həmzəyevlə söhbətdə yarışla bağlı suallara cavab tapmağa çalışdıq. Onu da qeyd edək ki, Həmzəyev məlum turnirdə hakimlər qrupuna rəhbərlik edirdi. Hollandiya ilə İran arasında keçirilən final matçını da təcrübəli referi idarə etdi.
- Başa çatan yarışla bağlı fikirlərinizi eşitmək maraqlıdı.
- AFNA-nın yarandığı vur-tut 6 aydı. Martın 4-də assosiasiyanı ictimaiyyətə təqdim edəndən sonra əməli işlərə start verildi. Müəyyən işlər görməyə çalışmışıq. Bu, təşkil etdiyimiz ilk beynəlxalq turnir idi. Gələn qonaqlar, iştirakçılar və azarkeşlərin rahatlığı üçün hər bir xırda detalı götür-qoy etmişdik. AFNA olaraq bütün gücümüzü səfərbər etdik. 2-3 gün ərzində gecə-gündüz bilmədən çalışdıq. Qonaqların qarşılanması, məskunlaşması, qidalanması, yola salınması – hamısı assosiasiya rəsmilərinin diqqət mərkəzindəydi. Fikrimcə, istəyimizə çatdıq. Futvolleyin Azərbaycanda yeni idman növü olmasına baxmayaraq, insanlarda maraq oyada bildik. Yarışa qatılan komandaların səviyyəsinin yüksək olduğunu qabartmalıyam. Təkcə bir məqamı qeyd edim ki, Bakıya gələn idmançılardan 6-sı ötən il Rio Olimpiadasının iştirakçısı olmuşdu. Olimpiadada iştirak etmiş idmançıların turnirin səviyyəsindən, təşkilatçılıqdan, qonaqpərvərlikdən razı qalmasının özü böyük fəxrdi. Su İdmanı Sarayının möhtəşəmliyini dönə-dönə vurğuladılar.
- Çatışmazlıqlar barədə nə deyə bilərsiz?
- Dediyim kimi, ilk dəfə belə yarış təşkil edirdik. Ona görə də müəyyən qüsurların olması qaçılmazdı. Lakin bunlar gözlə görünməyəcək, kütləvi narazılığa səbəb olmayacaq qədər kiçik çatışmazlıqlar idi. Problemləri hiss etdirməmək üçün bacardığımızın ən yaxşısını etməyə çalışdıq.
- Turnirlə bağlı ideyanın müəllifi kim idi?
- Assosiasiyada ideyalar konkret bir nəfərdən irəli gəlmir. Hansısa mövzu, təklif olursa, onu ümumi şəkildə müzakirə edirik, rəhbərlik də qərar verir. Xeyli müddəti əhatə edən müzakirələrdən sonra belə qərara gəldik ki, həm Azərbaycanın idman ölkəsi olduğunu tanıtmaq, həm də AFNA-nın təbliğatı yönündə belə bir yarış keçirək. Bakıya gələn idmançılar sosial şəbəkələrdə şəhərimiz, ölkəmiz, burdakı şərait və turnir haqda xoş sözlər yazırdılar. Hətta Ukraynadan gələnlər həmyerliləri üçün canlı yayın da təşkil etmişdilər. Bir idman növünün və ölkənin təbliğatı üçün bu cür yarışların keçirilməsi olduqca vacibdi.
- Xərclər kim tərəfindən qarşılanırdı?
- Viza və bilet xərclərini qonaqlar özləri qarşılayırdı. Lakin digər məsrəflər – qidalanma, məskunlaşma, nəqliyyat, geyim dəstləri, bir sözlə, Azərbaycan daxilindəki xərcləri AFNA rəhbərliyi, dəqiq desəm, prezident Vüqar Xəlilov ödədi. Fürsətdən istifadə edib sponsorlarımıza dərin minnətdarlığımızı bildirirəm. Tərəfdaşlarımız “Avrora”, NİCOS, “Mimaki”, “Optimum” şirkətlərinin, “Real-S” mağazalar şəbəkəsinin, həmçinin Sumqayıt Texnologiya Parkının rəhbərliyinə də göstərdikləri dəstəyə görə xüsusi təşəkkür düşür. Adını çəkmədiyim digər sponsorlar da var idi ki, turnirin baş tutmasına dəstək verdilər.
- Açığı, Beynəlxalq Futvolley Assosiasiyasının rəhbər şəxslərinin də ölkəmizə təşrif buyuracağı gözlənilirdi. Lakin bu baş vermədi.
- Problem ondan ibarətdi ki, biz hələ rəsmi qeydiyyatdan keçməmişik. Lazım olan bütün sənədlər Azərbaycan Gənclər və İdman Nazirliyinə göndərilib. Nazirliyin cavab məktubundan sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim olunacaq. Bundan sonra Dünya və Avropa Futvolley Assosiasiyalarına üzv qəbul olunacağıq. Bu baş verəndən sonra əlaqələrimiz daha da genişlənəcək, beynəlxalq qurumların rəhbərlərini ölkəmizə dəvət edəcəyik. Növbəti turnirdə isə daha güclü, adlı-sanlı komandaları Azərbaycana dəvət etməyə çalışacağıq.
- Səhv etmirəmsə, apreldə beynəlxalq quruma üzv seçilmişdik.
- Bildiyiniz kimi, AFNA-nın tərkibində iki idman növü – futnet və futvolley yer alıb. Buna qədər Beynəlxalq Futtenis Federasiyasına üzv seçilmişdik. Futvolleylə bağlı əməli işlərin görülməsinə indi start vermişik.
- Qadın və kişilərdən ibarət komandalarımızın turnirdəki çıxışını necə dəyərləndirirsiz?
- Bu gün üçün yaxşı, hətta əla deyə bilərəm. Qızlar dövrəli sistemdə keçirilən yarışda 3 oyunda meydana çıxdı ki, 2 qələbə qazanıb, yalnız 1 oyunda Ukraynaya minimal hesabla məğlub oldular. Bu da yetərincə yaxşı göstəricidi. Kişilərdən ibarət komandamız isə yarımfinalda çempiona – Hollandiyaya məğlub oldu. Həmin rəqib ki, heyətindəki hər iki idmançı uzun illərdi futvolleylə məşğul olur, Rio Olimpiadasında iştirak ediblər. Bizimkilər isə futvolleylə indi-indi məşğul olmağa başlayıblar. 3-cü yer uğrunda oyunda Azərbaycan Rusiyaya böyük hesabla qalib gələrək bürünc medalları qazandı. Bu idman növü ilə yenicə maraqlanmağa, oynamağa başlayan komandanın 8 iştirakçı arasında 3-cü yeri tutması qənaətbəxş nəticə kimi qiymətləndirilməlidi.
- Qarşıdakı planlar nədən ibarətdi?
- Oktyabrdan etibarən futnet üzrə ölkə çempionatının keçirilməsi ideyası var. Yaxın günlərdə bununla bağlı işlərə start veriləcək. Oktyabrda başlayıb apreldə sona çatdırmaq niyyətindəyik. Maydan sentyabra qədər isə futvolley yarışlarının təşkili plandadı. Hər iki oyun növünü fəsillərə uyğun keçirmək istəyirik. İcraiyyə Komitəsi qərar verəndən sonra ictimaiyyətə məlumat veriləcək. Ona görə də indidən dəqiq fikir bildirmək çətindi. Sonda fürsətdən istifadə edib oxuculara, ictimaiyyətə gördüyümüz işlərlə bağlı məlumat verdiyinizə, turniri işıqlandırdığınıza, insanlarda futnet və futvolleyə maraq yaratdığınıza görə qəzetinizin kollektivinə və rəhbərliyinə AFNA rəhbərliyi adından dərin minnətdarlığımı bildirirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar