09 avq 14:50aktual

Dadaşov qardaşları Almaniyada “qan edir”

Dadaşov qardaşları Almaniyada “qan edir”
“Bunu bacardığıma görə tüklərim biz-biz oldu”
Portuqaliya çempionatında yeni mövsüm start götürüb. “Boavişta” Portimanda debütant “Portimonense”yə uduzub – 1:2. Emin Mahmudovun adı oyunun protokoluna salınmayıb. “Damalılar” növbəti turda Portuda “Riu Ave” ilə münasibətləri aydınlaşdıracaq.
Çexiya çempionatında 2-ci tur başa çatıb. Turun son oyununda “Mlado Boleslav” evdə “Sparta”ya 0:1 hesabı ilə yenilib. Kamran Ağayevin adı “18-liy”ə salınmayıb.
Hələ də xala həsrət qalan və sonuncu – 16-cı pillədə qərarlaşan “ağ-göylər” növbəti turda “Karvina”nın qonağı olacaq.
Almaniya regional liqasının Şimal-Şərq zonasında 3 tur geridə qalıb. Ancaq “Dinamo” hələ ki cəmi 1 oyun keçirib. Berlinlilər ilk turda səfərdə “Lukkenvalde”ni darmadağın edib – 4:1. Bu qarşılaşmada 90 dəqiqə oynayan Rüfət Dadaşov dubla imza atıb. 54-cü dəqiqədə penaltidən komandasının 2-ci qolunu vuran hücumçu 3-cü uzatma dəqiqəsində son nöqtəni qoyub. 3 xalla 9-cu pillədə qərarlaşan “ayılar” sabah 2-ci turdan təxirə salınan və Almaniyanın paytaxtında baş tutacaq “Vakker”lə oyuna çıxacaq.
Rüfətin kiçik qardaşı da inamlı təsir bağışlayır. Bundesliqasının yeni mövsümünə hazırlaşan Renatın formasını geydiyi “Ayntraxt” növbəti yoxlama oyununu keçirib. Bir gün əvvəl “Betis”lə (3:0) görüşü buraxan Dadaşov bu dəfə "Frankfurt"a qarşı oynayıb. Baş məşqçi Niko Kovaç yığma üzvünə ikinci 45 dəqiqədə oynamaq fürsəti verib. Frankfurt derbisində bundesliqa təmsilçisi böyükhesablı qələbə qazanıb – 5:2. 18 yaşlı futbolçu baş məşqçinin etimadını doğruldub. Belə ki, Renat 47-ci dəqiqədə komandasının 3-cü qolunun müəllifi olub. Dadaşov görüşdən sonra bunları deyib: “Qol vuracağıma ümid edirdim. Bunu bacardığıma görə tüklərim biz-biz oldu. Fərqlənmək üçün iki yaxşı imkanlar əldə etdim. Bunlardan birini dəyərləndirdim. Artıq növbəti həftəyə köklənmək vaxtıdı. Bizim üçün çempionatda hər oyun vacibdi. Bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərə təşəkkürümü bildirirəm. Gəlib bizə dəstək oldular. Ümid edirəm ki, yeni mövsümdə çox oynamaq şansı qazanacam. Əsas məqsədim inkişaf etməkdi”.
“Kadis” isə yoxlama oyununda “Rekreativo”ya uduzub – 0:1. Eddi İsrafilov 72-ci dəqiqədə qazona ayaq basıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar