07 avq 23:42aktual

Rauf Əliyev “İnter”dən ayrılmaq istəyir

Rauf Əliyev “İnter”dən ayrılmaq istəyir
Zaur Svanadze forvardın getməsinə qarşıdı
“İnter”də ağır durum davam edir. Komandanın gələcəyi ilə bağlı heç nə bilinmir. Gah klubun dağılacağı haqda informasiyalar ortaya çıxır, gah da adının dəyişəcəyi ilə bağlı. Paytaxt klubu ilin əvvəlində Azərbaycan Beynəlxalq Bankının sponsorluqdan imtina etməsi ilə AFFA-nın himayəsinə keçdi. Assosiasiyanın klubun dağılmasına imkan verəcəyi inandırıcı görünmür. Amma AFFA vəziyyəti yaxşıya doğru da dəyişə bilmir. Çünki “İnter”i saxlamaq üçün kifayət qədər vəsait lazımdı. Assosiasiyada isə bu yoxdu. Bu üzdən komandanın futbolçuları artıq 2 aydı maaş ala bilmir. Məşqilər korpusu və klubun başqa əməkdaşları isə 4 aydan çoxdu məvacib üzü görmürlər. Üstəlik, komanda üzvlərinə Avroliqanın birinci təsnifat mərhələsində “Mladost”u keçdiyi üçün (3:0, 2:0) nəzərdə tutulan mükafat da verilməyib. Nəzərə alaq ki, artıq 2 ildən çoxdu futbolçular mükafatsız “İnter”in şərəfini qoruyur.
Hazırda futbol ictimaiyyətindən daha çox “İnter”in taleyi futbolçulara maraqlıdı. Hansı ki, onların bəziləri klubla müqavilənin müddətini uzatmayıblar. Bunun da səbəbini yuxarıda vurğuladıq – qaranlıq gələcək və həllini tapmayan maliyyə problemi. Futbolçular hər şeyin yaxşı olacağı ilə bağlı 100 faiz təminat almamış sənədə imza atmaq istəmirlər. Məhz bu səbəbdən Zaur Svanadze də yeni müqaviləni qəbul etsə də, imzalamayıb.
Bəzi futbolçular artıq çempionatın startına kimi komandanı tərk etməyi qərara alıb. Deyəsən, klubdan ən birinci ayrılan şəxs hücumçu Rauf Əliyev olacaq. O artıq getmək istəyini rəhbərliyə çatdırıb. Məsələ ilə bağlı Əliyev özü də açıqlama verib. O, “sportal” portalına açıqlamasında bunları deyib: “Bu dəqiqə əsas fikrimi klub karyerama yönəltmişəm. Hələ də “İnter”in taleyinin necə olacağını bilmirik. Ola bilər ki, “İnter”də davam edim, ola bilsin, ayrılım. Qışa qədər “İnter”də qalacağımı deyə bilmərəm. Elə indi də klubu tərk edə bilərəm. Çünki son günlərdə “İnter”in taleyi ilə bağlı söz-söhbət çoxalıb. Ölkə xaricindən də təklif almışam. Amma çox böyük ehtimalla ölkə klublarından birinə keçəcəm”.
Göründüyü kimi, Raufun gedişi an məsələsidi. Yaxın günlərdə forvard yenidən rəhbərlik və məşqçilər korpusu ilə görüşüb, məsələni müzakirə edəcək və “çantasını yığacaq”.
Raufdan konkret fikir öyrənməyə çalışsaq da, o, telefon zənglərimizə və mesajlarımıza cavab vermədi. Günün sonunda isə belə mesaj yazdı: “Sabah əlaqə saxlayarıq. İndi danışmaq imkanım yoxdu”. Bu üzdən baş məşqçi Zaur Svanadze ilə əlaqə saxladıq. O, Raufla bu gün görüşəcəyini bildirdi: “Bu gün (dünən) məşq etməmişik. Çünki uşaqlara istirahət vermişəm. Raufla bağlı xəbərləri saytlardan oxuyuram. Dəqiq bilmirəm, o hansı qərarı verəcək. Özü sabah (bu gün) mənimlə görüşmək istədiyini dedi. Görək nə olacaq?! Çox istərdim ki, komandanın əsas hücumçusu olan futbolçu düşərgədə qalsın. Amma son qərarı Əliyevin özü verəcək. Bu haqda əlavə heç nə deyə bilmərəm”.
Gürcü mütəxəssis həmçinin klubun adının dəyişəcəyi ilə bağlı məsələyə münasibətini bildirdi: “Bu haqda internetdə oxumuşam. Bildiyim qədər AFFA-nın baş katibi Elxan Məmmədov da bununla bağlı məlumat verib. Deyirlər ki, ya “Araz”, ya da “Keşlə” ola bilər. Amma mənə bu haqda heç kim heç nə deməyib. Hər şeyi zaman göstərəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Dünən, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Dünən, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Dünən, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Dünən, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Dünən, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Dünən, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Dünən, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Dünən, 13:29 Aydan ulduZa Türkiyə futbolu Dünən, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar