07 avq 20:15aktual

Qurban Qurbanov “Kopenhagen”in çempionat oyununu canlı izləməyə ehtiyac duymadı

Qurban Qurbanov “Kopenhagen”in çempionat oyununu canlı izləməyə ehtiyac duymadı
UEFA nümayəndələri “Tofiq Bəhramov”a baş çəkdi
Gələn həftə Bakıda tarixi matç baş tutacaq. Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının himni səsləndiriləcək. “Qarabağ” qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşmək üçün Danimarka çempionu “Kopenhagen”lə məsul oyuna çıxacaq.
“Qarabağ” şimallıları istiyə salır?
"Qarabağ"la "Kopenhagen" arasında keçiriləcək Çempionlar Liqasının pley-off matçlarının başlama saatları açıqlanıb. Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma ənənəvi saatda start götürməyəcək. Qarşılaşmanın start fiti saat 21.00-da yox, 20.00-da çalınacaq. Bu həm də günün ilk oyunu olacaq. Cavab görüşü isə avqustun 23-də Bakı vaxtı ilə saat 22.45-ə təyin olunub. Görüş Kopenhagendəki "Parken" stadionunda keçiriləcək.
“Samtredia” və “Şerif”lə Bakıdakı oyunların saat 21.00-da başladığını nəzərə alsaq, vaxt dəyişikliyi maraq doğurmaya bilməz. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bunun UEFA-nın qərarı olduğunu deyir: “Pley-off görüşləri də ÇL-in qrup oyunlarının statusuna bərabər tutulur. Vaxtı UEFA müəyyənləşdirir. Əslində pley-off qarşılaşmaları Mərkəzi Avropa vaxtı ilə saat 22.45-də keçirilir. Yəni əksər ölkələrdə bu belə olacaq. Ancaq istisnalar da var. Biz, o cümlədən Qazaxıstan, Rusiya və bəzi başqa ölkələr Mərkəzi Avropanın saat qurşağından uzağıq. Yəni bizdə oyun 22.45-də başlayanda çox gec bitir. Yerli vaxtla uyğunlaşdıranda isə bu 20.45 deməkdi. Ancaq qitə futbol qurumu 20.00-ı məsləhət bildi. Bildiyimə görə, Qazaxıstan təmsilçisinin ev oyunu bizdən də erkən baş tutacaq”.
UEFA nümayəndələri gəldi-getdi, danimarkalılar sabah gəlir
"Kopenhagen"in texniki direktoru Yohan Lanqe püşkatma ilə bağlı danışarkən onları gözləyən çətinlikləri də qabardıb. Yerli mətbuata danışan klub rəsmisi maraqlı məqamlara toxunub: “Birinci görüşün öz meydanımızda keçirilməsini istəyərdik. Ancaq səfərdə oynamalıyıq. Deməli, bizi uzun səyahət gözləyir. İsti hava, saat fərqi də unudulmamalıdı. Bu amillər əlavə çətinlik yaradacaq. Rəqib haqda mümkün qədər çox bilgi toplamalıyıq.
Rəqib haqda informasiya toplamağa gəlincə, bunun çətin olacağını düşünmürəm. “Qarabağ” pley-off görüşündən öncə çempionat matçı keçirəcək. Bakıya gedib rəqibimizin oyununa canlı baxmalıyıq”.
Qeyd edək ki, "Qarabağ" premyer-liqanın ilk turu çərçivəsində avqustun 11-də “Neftçi” ilə üz-üzə gələcək. Yeri gəlmişkən, “Kopenhagen”in nümayəndələri komandanın səfərinin təşkili, otel seçimi və digər məsələlərin həlli üçün Bakıya sabah gələcəklər. UEFA nümayəndələri isə “Qarabağ”ın stadionunu və şəraitini təftiş etmək üçün ötən həftəsonu paytaxtımızda olublar. Qeydlər aparan UEFA rəsmiləri bunu qurumda müzakirə edəcəklər.
“Kopenhagen”dən “Qarabağ”lılara müraciət
Danimarkadakı oyuna iki həftədən çox vaxt qalmasına rəğmən, "Kopenhagen" də hazırlığa başlayıb. Klub Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi oyunlarla bağlı "Qarabağ" azarkeşlərinə müraciət edib. Bununla bağlı klubun saytında rəsmi açıqlama yerləşdirilib. Ağdam təmsilçisinin fanatlarına avqustun 23-də Bakı vaxtı ilə saat 22.45-də cavab görüşünün təşkil olunacağı "Parken" stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb. O da vurğulanıb ki, qonaq komandanın tərəfdarları biletləri yalnız "Qarabağ" klubu vasitəsilə əldə edə bilərlər. "Parken" stadionu 38 min tamaşaçı tutumuna malikdi. Bu isə o deməkdir ki, "Qarabağ" azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq.
Çəlikəl xəbər verdi, klub təkzib etdi
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl bir gün əvvəl mətbuata açıqlamasında Qurban Qurbanovun köməkçilərindən birini Danimarkaya ezam edəcəklərini bildirmişdi. Məqsəd superliqa çərçivəsində "Kopenhagen"in "Brondbü" ilə keçirəcəyi derbini izləmək idi. Çəlikəl məsələnin müzakirə olunduğunu, Danimarkaya kimin yollanacağına məşqçilər heyətinin qərar verəcəyini demişdi. Qeyd edək ki, "Brondbü" - "Kopenhagen" matçı dünən Bakı vaxtı ilə saat 20.00-da baş tutub. Ancaq bu matçı izləməyə gedən olmayıb. Dünən klubdan verilən bilgiyə görə, son anda plan dəyişib. Məşqçilər korpusu səfərə gərək olmadığına qərar veriblər.
Kapitan Türkiyəyə yollandı
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Şerif"lə cavab oyunundan sonra Türkiyəyə yollanıb. Buna səbəb onun "Samtredia" ilə Bakıda keçirilən qarşılaşmada aldığı zədədi. Bu üzdən Sadıqov müayinə olunmaq üçün qardaş ölkəyə gedib. Onun durumuna həkimlərin rəyindən sonra aydınlıq gələcək. Xatırladaq ki, Rəşad "Qarabağ"ın "Şerif"ə qalib gələrək Azərbaycan futbolu tarixində ilk dəfə ÇL-in pley-offuna yüksəldiyi səfər matçında 90 dəqiqə meydanda olub. Buna baxmayaraq, kapitan əvvəlki zədəsinin sağalma prosesinin axarını öyrənmək istəyir.
Rəqibin heyətində ciddi itki
"Kopenhagen"in legioneri Yan Qrequş Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıda keçiriləcək oyunda iştirak etməyəcək. 26 yaşlı slovakiyalı yarımmüdafiəçi cəzalı olduğundan avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda meydana çıxa bilməyəcək. Buna səbəb Yanın son oyunda – 3-cü təsnifat mərhələsində Makedoniya "Vardar"ına qarşı evdə 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada qırmızı vərəqə alaraq meydandan qovulmasıdı. Özü də Qrequş matçın 2-ci dəqiqəsində hesabı açaraq böyükhesablı qələbənin təməlini qoyub. Daha sonra o qəhrəmandan anti-qəhrəmana çevrilib. Matçın 28-ci dəqiqəsində ilk, 71-ci dəqiqəsində isə 2-ci sarı vərəqəni alan futbolçu sonadək meydanda ola bilməyib. O, iki sarı vərəyəyə görə meydandan çıxarıldığından cəzası 1 oyunluqdu. Buna görə də Yan "Qarabağ"la avqustun 23-də evdə reallaşacaq cavab görüşündə komandasına kömək edə biləcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar